Bu məqalə Bayatılarımızda vətən həsrəti haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Bayatılar bizim şifahi xalq ədəbiyyatımızın, söz xəzinəmizin ayrılmaz bir parçasıdır. Bayatıların əsas mövzularından biri də Vətən sevgisi və Vətən həsrətidir.
İnsan Anası üçün necə darıxırsa, Vətəni üçün də cür darıxır. Anasız bir gün qalmaq necə çətindirsə, Vətənsiz bir gün qalmaq da elə çətindir. Ən şirin xatirələr, arzu və istəklər insanın öz vətəndə onunla birgə böyüyüb boy atır.
Bu sevgi keçmişdən bugünə bir çox şeirə, bayatıya ilham mənbəyi olmuşdur, təsrili və duyğudolu misraların yaranmasın. Vətən bayatıları el yığıncaqlarında, mərasim və şənliklərdə aşıqlar tərəfindən tez-tez dilə gətirilirdi.
Bayatılarda vətən həsrətinin çətininliyi, insanın öz eli-obası üçün necə darıxdığı, qürbətin nə qədər gözəl olsa da Vətənin yerini vermədiyi poetik bir dildəcə təsvir olunur.
Sponsor Linklər
Arazda axar qaldı,
Tərlan uçdu, sar qaldı.
Elimdən ayrı düşdüm,
Gözlərim baxar qaldı.
Digər bir bayatı nümunəsinə nəzər yetirək:
Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.
Bu bayatılar vətənindən didərgin düşmüş, ondan illərlə ayrı qalmış şairlər, aşıqlar tərəfindən bəstələnmiş, dildən-dilə dolaşaraq bu günümüzə qədər gəlib çatmışdır. Hansı ki, bu bayatıların bəstələyən şair və aşıqlar, əsl vətən aşiqləridir. Onlar vətənə olan sevgi və həsrətlərini bayatılar vasitəsilə ifadə etmişlər.
İnsan vətənin qədrini qürbətdə olduqda daha yaxşı anlayır, dərk edir. İnsan üçün sevdiklərindən, ilk arzu və xatirələrinin beşiyi olan Vətənindən uzaq olmaq olduqca ağırdır.
Əzizim bütöv olmaz,
Parasız bütöv olmaz.
Vətənsiz yaşayanın
Ürəyi bütöv olmaz.
Bu bayatılarda insan ruhunun vətəninə necə bağlı olduğu, ondan ayrı düşməyin, uzaq olmağın verdiyi dərd və kədər təsirli və gözəl sözlərlə ifadə olunur.
Qürbətdə çana yetdim,
Təng olub, sana yetdim.
Vətənə dönən günü
Dinə, imana yetdim.
Bir digər bayatıda isə, qürbət ellərdə yaşanan insanın çətinlik və problemlərlə üzləşdiyi, yurdu üçün necə darıxdığı, öz vətənində necə hüzur tapdığı təsvir olunub:
Yağı gəldi yanıma,
Susamışdı qanıma,
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.
Bayatılarda həmçinin Arazın ayırdığı Cənubi Azərbaycana olan həsrət və sevgimiz də öz əksini tapır:
Əzizim səni, Təbriz,
El sevər səni, Təbriz,
Al qoynuna əzizlə,
Ana tək məni, Təbriz.
Azərbaycan Şİmali və Cənubi olmaqla iki yerə parçalandı və bir-birindən ayrı düşən qanı bir, canı bir soydaşlarımız Azərbaycanla birləşəcəkləri günün həsrətini çəkirlər.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Həsrət qoxulu bu bayatılar həm də düşündürücü və öyrədici fikirləri özündə ehtiva edir. Vətən həsrəti mövzulu bayatılarda biz bunları öyrənirik:
- İnsan Vətəni nə qədər sevdiyini, ona nə qədər bağlı olduğunu məhz Vətəndən ayrı düşdükdə anlayır.
- Qürbət nə qədər gözəl olsa da, Vətənin yerini verə bilməz. Onun suyu, havası, çörəyi bir başqa şirin, tarixi və mədəniyyəti isə doğmadır bizə.
- Bu vətənin bizə bəxş etdiyi doğmalığı, səmimiyyəti və təbiiliyi heç bir yerdə tapmaq olmur. İnsan həm də qürbətdə bunun həsrətini çəkir.
- Vətəni bizlər üçün əziz edən həm də torpaqlar və onun üzərində yaşayan sevdiklərimizdir.
Bayatılarımızda vətən həsrəti haqqında inşa
Bənzər mövzular:
- Vətən insan üçün niyə əzizdir haqqında esse
- Hər şey vətəndaş üçün haqqında esse
- Vətənpərvərlik haqqında atalar sözləri
Axtarış sözləri: bayatılarımızda vətən həsrəti mövzusunda inşa, ,bayatilarimizda veten hesreti haqqinda insa,bayatılarımızda vətən həsrəti haqqında inşa,,bayatilarimizda veten hesreti movzusunda insa