Azərbaycan dili milli varlığımızdır inşa

ana dili haqqinda esse,ana dili esse,ana dili insa,ana dili haqqında insa 4 sinif,ana dili haqqında inşa, ana dili inşa, ana dili milli varlığımızdır inşa, azərbaycan dili milli varlığımızdır esse, dilimiz varligimizdir
3.1
(7)

 Bu məqalə Azərbaycan dili milli varlığımızdır mövzusunda inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


Öz ana dilini sevmək vətən sevgisinin ayrılmaz bir parçasıdır. Bu dili sevirik və sevməliyik də.  Ana dili ana qədər əziz və doğmadır bizə. Hər birimiz danışmağa, yazıb-oxumağa ilk bu dildə başladıq. Hiss və duyğularımızı, düşüncələrinizi bu dildə ifadə etməyi öyrəndik.

Dilimiz milli sərvətimizdir. Dil hər bir millətin milli varlığının əsasıdır. Bir milləti millət edən həm də onun öz ana dilidir. Hər birimiz öz varlığımızı, öz kimliyimizi onunla ifadə edirik.  İnsanlarla ana dilimizmdə ünsiyyət qurur, münasibətlər yaradırıq. O, bizi sevdiklərimizə daha yaxın edir. Hər birimizin şəxsiyyəti və xarakteri onun ana dili ilə formalaşır.

Ana dilim varsa, Azərbaycanlı kimi mən də varam. Azərbaycan dilin yaşaması, var olması üçün tarix boyu başda Həsən bəy Zərdabi olmaqla bir çox ziyalımız mübarizə aparmışdır.  Onlar öz dilimizdə mətbuatın olması, insanların bu dildə yazıb oxuması üçün bir ömür sərf ediblər. Bu gün bu dildə dünya üzrə 55 milyondan çox Azərbaycan türkü danışır. Ana dilimiz həm də bizi Türk dünyasına bağlayan qırılmaz bir bağdır.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.

Düşmən bəzən bizim diliimizə göz dikir, onu dəyərsiz etməyə çalışır. Bunun özü də bir mənəvi soyqırım cəhdidir. Əgər bir millətin dilini əlindən alsaz, o millət zamanla yox olar. Bu səbəbdən öz dilini qorumaq sərhədləri qorumaq qədər önəmli və vacibdir. Bəs milli varlığımız olan dilimizi necə qorumalı?

Bunun üçün mümkün qədər milli sözlərimizdən istifadə etməliyik. Əgər bir sözün öz dilimizdə qarşılığı varsa o zaman alınma sözlərdən istifadə etməməliyik.  Əlbəttə xarici dil bilmək gözəldir. Ancaq insan öncə öz dilini sevib hörmət etməyi öyrənməlidir. Hər birimiz Azərbaycanlıyıq və Azərbaycan dili bizim bir parçamızdır.

Öz dilini sevməmək, onu dəyərsiz bilmək vətənə xəyanət etmək kimidir. Ana dilinə hörmət etməyənlər, ona yuxarıdan aşağı baxanlar milli varlığını unutmuş potensil vətən xainidirlər. Unutmayın ki, öz dilinə xəyanət edənlər özgə millətlərin əsiri olarlar.

Öz dilimizi vətənimiz qədər sevək və qoruyuaq! Çünki, bu bir Azərbaycanlı kimi hər birimizin vətəndaşlıq borcudur!

Azərbaycan dili milli varlığımızdır inşa

Bənzər mövzular:

Axtarış sözləri: ana dili haqqinda esse,ana dili esse,ana dili insa,ana dili haqqında insa 4 sinif,ana dili haqqında inşa, ana dili inşa, ana dili milli varlığımızdır inşa, azərbaycan dili milli varlığımızdır esse, dilimiz varligimizdir mənim dilim mənim varlığım haqqında esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.1 / 5. Səs sayı: 7

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir