Bu məqalə Ana təbiət haqqında esse yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Şərhlərdə öz fikrinizi bildirə, həmçinin esseye öz əlavələriniz varsa onu da göndərə bilərsiz.
- Giriş
Təbiətimiz, bu dünyada yaşamış və yaşayan bütün canlıların Anasıdır. O həm də bu canlıların evidir, beşiyidir. Hər bir canlı məhz onun qoynunda doğulur, onun nemətləri ilə bəslənir və böyüyür. Ona görə də bizlər ona Ana Təbiət deyirik. O, hər canlıya əzizdir və doğmadır.
2. Əsas hissə
Dünyadakı ən ətirli çiçəkləri, ən dadlı meyvələri, ən gözəl canlıları məhz Ana Təbiət bizlərə bəxş edir.
Minbir möcüzəylə dolu gözəl Ana təbiətimiz Allahın əsəridir və ona məxsusdur. Uca Allah məhz təbiət vasitəsiylə bizə öz nemətlərini bəxş edir, öz sevgisini göstərir. Ətraf aləm onun yaratdığı minbir gözəllik və nemətlə doludur.
Sponsor Linklər
Bir dahinin də dediyi kimi:
“Təbiət hər səhifəsi məna dolu bir kitabdır.”
Təbiətimiz şəfa və hüzur mənbəyidir. Mən də təbitətin qoynunda vaxt keçirməyi,gəzib-dolaşaraq onun canlılar aləmini kəşf etməyi çox sevirəm. Quşların gözəl nəğməsi, güllərin xoş ətri, günəşin parlaq doğuşu…Bunlar həmişə məni valeh edir. Və hərdən elə olur ki, mən bizə bu qədər nemənləri bəxş edən təbiət qarşısında özümü borclu hiss edirəm. Ağac əkməyi və onları sulamağı, ac və susuz canlıları bəsləməyi, quşlara yuva düzəltməyi çox sevirəm. Nənəm və babamla bərabər təbiətdə vaxt keçirmək həmişə əyləncəli və maraqlı olur. Yadımdadır babam mənə belə deyərdi:
“Çalış bir qarışqanı belə incitmə. Onu da sənin kimi Allah yaradıb. Və Yaradanı sevən onun yaratdıqlarını da sevər.”
Mən böyüdükcə onun bu sözlərini daha yaxşı anladım.
Ana təbiət özü də qayğı və diqqət tələb edir.
Biz də təbiəti öz Anamız kimi sevməli, ona xoş davranmalı, qayğısına qalaraq qorumalıyıq. Bu hər birimizin həm vətəndaşlıq, həm də insanlıq borumuzdur.
Ancaq təəssüf ki, heç də hər kəs təbiətə insana yaraşacaq tərzdə gözəl davranmır. Bəziləri öz mənfəətini hər şeydən üstün tutur, təbiətin meşəsini qırır, gölünü və çayını qurudur, günahsız canlılarını incidir və həlak edirlər. Bir sözlə təbiətə qənim kəsilirlər. Məncə belələrində nə Ana sevgisi vardır, nə də ki, Vətən sevgisi. Çünki, öz doğma Anasını sevən Vətənini sevər, Vətənin sevən onun hər qarışına, hər daşına hörmətlə yanaşar, bilərəkdən zərər verməz. Bir kəs ki, Ana yurduna, təbiətinə bilərəkdən və istəyərəkdən ziyan vurur, deməli o vətənini sevmir və vətəninə xəyanət edir.
Ana təbiət haqqında esse
3. Nəticə
Yaşından, vəzifəsində asılı olmayaraq Vətənin sevən hər kəs onun təbiətini də sevməli, qorumalı, ona sahib çıxmalıdır. Əsl vətənpərvər insanlar təbiətin hər guşəsini qoruyar, təmiz tutar, canlılarına hörmətlə və nəzakətlə davranar. Ətraf mühitini qoruyan həm də sağlamlığını da qoruyar.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Keçmiş nəsillər hər zaman Ana təbiəti müqəddəs saydı, onun qoynunda yaşadı,ona hörmət etdi və ondan bəhrələndi.
Təbiətin də özünə məxsus öz nizamı, qayda və qanunları var. Və biz təbiətə necə davransaq o da bizə elə davranacaq. Ağac əksək bizə öz barını bəxş edər, ağacları kəssək, çayları qurutsaq bizi qıtlığa sürüklər. Gördüyümüz kimi, təbiətə vurulan hər bir ziyan və zərər insanın özünə və gələcəyinə vurduğu bir zərbədir. Təəssüf ki, bəziləri bu həqiqət görmür, ya da görmək istəmir.
Unutmayaq ki, Ana təbitət ona ediən yaxşılığı mükafatsız qoymadığı kimi, edilən pisliyi də cəzasız qoymur.
Təbiətimiz bizim dünənimiz, bu günümüz və sabahımızdır. Tariximiz də ondadır, mədəniyyətimiz də. Özümüzə, aid olduğumuz Vətənimizə hörmətlə və sevgiylə yanaşaq! Onun inkişafı və çiçəklənməsi, daha da gözəlləşməsi üçün gəlin birgə əlimizdən edək! Edək ki, gələcək nəsillər də bizə təşəkkür etsin, bizi gözəl ansın.
Bənzər inşalar:
Xeyirxah insanlar unudulmur insa
Mübariz iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq inşa
Ana haqqında inşa, 💖Anaya aid inşa💖
Axtarış sözləri: təbiət haqqında inşalar,təbiət haqqında məlumat,ana təbiət haqqında inşa,ana təbiət haqqında esse,ana tebiet haqqinda melumat,tebiet haqqinda insa yazmaq,ana tebiet haqqında inşa,ana tebiet haqqinda insa tebiete qaygi lazimdir haqqinda esse,təbiətə qayğı lazımdırmı haqqında esse
tebiyet