9 May Faşizm Üzərində Qələbə Günü Haqqında İnşa

9 May Faşizm Üzərində Qələbə Günü Haqqında İnşa
4.2
(6)

9 May qələbəsi dünya tarixində böyük önəmə sahib parlaq bir qələbədir.

Azərbaycan xalqı  bu qələbə naminə həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstərmişdir.Bizim  cəsur igidlərimiz və nefti sərvətimiz faşizm üzərində qələbədə çox böyük pay sahibi olmuşdur.1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.  

9 May Faşizm Üzərində Qələbə Günü

Qəddar  və irqçi faşist rejimi öz hakimiyyətini dünyaya yaymağa çalışır, bunun  üçün hər yola əl atırdı. Hitler rejiminin növbəti hədəfi isə SSRI-yə, xüsusilə də Bakı nefti idi. Hətta Hitlerin Bakını alınması üçün bir planı da var idi.

Çünki, neft müharibənin taleyini dəyişəcək gücə sahibdir. Bunu bilən faşistlər Bakı neftinə gözlərini dikmişdi.

Bu zəfəri əsgərlərimizlə birgə, həm də neftçilərimizin fədakar əməyi sayəsində əldə edildi. Belə ki, təkcə 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu,  Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici idi və SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər.

Təkcə onu demək kifayətdir ki, hər 5  təyyarədən 4-ü, hər 5 tankdan   və 5  avtomobildən 4-ü Bakıdan göndərilən yanacaqla işləyirdi. 

Bütün bu rəqəmlər Azərbaycanın faşizm üzərindəki tarixi qələbədə necə böyük önəmə sahib olduğunu bir daha sübut edir. Əlbəttə 9 May zəfərində bütün SRRI ölkələri yaxından iştirak etdi, onlar da bu qələbədə müəyyən pay sahibi oldu.. Ancaq Azərbaycan olmasaydı, 9 May zəfəri də olmazdı. Bu tarixi bir həqiqətdir.

Əgər Hitler Bakını işğal edə bilsəydi, SSRİ-də neft qıtlığı yarana və nəticədə müharibədə faşistlərə məğlub ola bilərdik.  
Ancaq biz qələbə qazandıq və qəddar faşist rejimin bütün dünyaya yayılmasına, günahsız insanları qurban etməsinə əngəl olduq.

9 May təkcə bizim deyil, həm də bütün dünyanın qələbəsidir.  Faşizm üzərində bu parlaq qələbəyə görə bütün dünya bizə borcludur və minnətdardır.


9 May qələbə gününə aid şeirlər, 9 may haqqinda seirler

Axtarış sözləri: 9 may haqqinda insa,9 may qelebe gunu haqqinda insa,9 May Faşizm Üzərində Qələbə Günü,9 may qələbə günü haqqında inşa,9 may faşizm üzərində qələbə günü haqqında inşa,9 May Faşizm Üzərində Qələbə Günü Haqqında Inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir