20 yanvar faciəsi haqqında esse, 20 yanvara aid esse,20 yanvar esse yazmaq,20 yanvar haqqinda esse yaz,20 yanvar faciesi haqqinda esse,20 yanvar faciəsi haqqında inşa qanlı yanvar
3
(5)

Bu məqalə 20 Yanvar haqqında esse yazmağınıza yardım edəcək. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


Giriş

Yanvarın 20-si  Azərbaycanda Ümumxalq Matəm Günü kimi qeyd olunur.
Bu faciə xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 


Əsas Hİssə

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı ən qəddar cinayətlərdən biri baş verdi. SSRİ qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakı və ətraf rayonlarda 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həyatını itirənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olub.

Tarixə “Qanlı Yanvar” kimi daxil olan bu hadisə həm də insanlığa qarşı törədilmiş qəddar bir cinayət idi. Dinc əhali yalnız yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin həllində ədalətli olmasını istəyirdi. Bu hadisənin baş verməsinin əsas səbəbkarı, Sovet rejimi və onun ədalətsiz, ermənipərəst siyasəti idi. SSRİ-nin Azərbaycana haqsız və qərəzli siyasətinə qarşı xaql susmadı və öz haqqını, öz ədalətini tələb etdi. 20 Yanvar haqqın və ədalətin səsi idi.

Yanvar faciəsinin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək, burada xalqımızın kədərini bölüşüb və sovet rejiminin respublikamızda törətdiyi qanlı qətliamı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Ulu Öndərin bu addımı xalqımıza güc verməklə bərabər, ona mənəvi dayaq və dəstək oldu.  

Bütün dünyanın gözü qarşısında baş verən bu hadisə bir çox xarici informasiya vasitələrində yayınlandı. Xəbər kanalları, saytlar, jurnal və qəzetlər bu faciəni işıqlandırıb bütün dünyaya çatdırdı.

1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda faciə qurbanlarının dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə azərbaycanlı güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik və ədalət uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.

Hər il yanvarın 20-də Bakı vaxtı ilə 12:00-da bütün ölkə ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, nəqliyyat vasitələrindən səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Hər il yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır, onların xatirəsinə qərənfillər düzülür. Qərənfil 20 Yanvarın əsas simvoluna çevrilmişdir. Bu gündə sanki, bütün qərənfillər ağlayır.

Nəticə

SSRİ günahsız vətənaşlarımız öldürülsə də, içimizdəki haqq və ədalət eşqini öldürə bilmədi. Sovet imperiyası dağıldı və Azərbaycan öz azadlığına yenidən qovuşdu. Bu faciə bizim birlik və bərabərliyimizi sarsıtmadı, əksinə daha da gücləndirdi.  20 yanvar müstəqilliyimizə gedən yol  oldu.


20 Yanvar haqqında esse

Bənzər mövzular:

Axtarış sözləri: 20 yanvar faciəsi haqqında esse, 20 yanvara aid esse,20 yanvar esse yazmaq,20 yanvar haqqinda esse yaz,20 yanvar faciesi haqqinda esse,20 yanvar faciəsi haqqında inşa qanlı yanvar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir