Nigar Rəfibəyli şeirləri

ala gozlum nigar refibeyli,resul rza nigar refibeyli,nigar refibeyli serleri,nigar refibeyli neyleyim,nigar refibeyli sevgi seirleri,rəsul rza və nigar rəfibəyli,nigar rəfibəyli ala gözlüm,nigar rəfibəyli şeirləri
1.5
(2)

“Günəş doğanda” şeiri

Səhər günəş doğanda
Aləm nura boyanır,
Şehli qərənfillərin
Üzündə sevinc yanır.

Çiçəklərə, güllərə,
İnci şehlər ələnir.
Sarı saçlı sünbüllər
Dərya tək ləpələnir.

Gündüzləri işıqlı,
Gecələri füsunkar.
Həmişə sevinclidir,
Fərəhlidir ilk bahar.


Qayıqçışeiri

Müəllif:

Qayıqçı, məni də apar dənizə
Oturaq səninlə bir az üz-üzə…
Bir günəş, bir səma, bir dəniz olsun.
Sularda uzanan kölgəmiz olsun.
Sularda uzanan kölgəmiz olsun
Uçsun qağayılar dörd dövrəmizdə,
Əyləndirsin bizi mavi dənizdə.
Səninlə bir olsam qorxmaram, inan,
Qoparsa dənizdə fırtına, tufan
Qayıqçı, məni də apar dənizə,
Oturaq səninlə bi az üz-üzə.
Bir dəniz, bir səma, bir günəş olsun,
Bir də qağayılar bizə əş olsun.
Qayıqçı, məni də apar dənizə,
Bir olsaq tufan da xoş olar bizə.


“Bahar nəğməsi” şeiri

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.


“Dağlar” şeiri

Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar…
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar…
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.


“Durna” şeiri

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar…
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə…
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.

Nigar Rəfibəyli şeirləri

“Dənizin səsi gəlir” şeiri

Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,

Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.

Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kimi keçən

Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir…


Nigar Rəfibəyli şeirləri

“Neyləyim?” şeiri

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?

Əsən rüzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə, tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

sponsor 3

“Vətənim” şeiri

Mən sənin torpağından
Boy atmışam, Vətənim…
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Ya şatmışam, Vətənim.
Min nəğməli, min sözlü
Coşqun könül olmuşam.
Mən səndən öyrənmişəm

Eşqi də, nifrəti də.
İnsana, təbiətə
Sonsuz məhəbbəti də…
Bir gün sinəmdə əgər,
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək…


Bənzər mövzular:

Axtarış sözləri: ala gozlum nigar refibeyli,resul rza nigar refibeyli,nigar refibeyli serleri,nigar refibeyli neyleyim,nigar refibeyli sevgi seirleri,rəsul rza və nigar rəfibəyli,nigar rəfibəyli ala gözlüm,nigar rəfibəyli şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1.5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir