Mirzə Ələkbər Sabir Şeirləri

Mirzə Ələkbər Sabir Şeirləri mirze elekber sabir seirleri
4.1
(77)

“Uşaq və buz” şeiri

Müəllif: Mirzə Ələkbər Sabir.

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.

Durdu uşaq neylədi?
Buza belə söylədi:

“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”

“Qarğa və tülkü” şeiri

Müəllif: Mirzə Ələkbər Sabir.

Pеndir аğzındа bir qаrа qаrğа
Uçаrаq qоndu bir ucа budаğа.
Tülkü görcək yаvаş-yаvаş gəldi,
Еndirib bаş, ədəblə çömbəldi.

Bir zаmаn həsrət ilə qаrğа sаrı
Аltdаn-аltdаn mаrıtdı bаş yuхаrı;
Dеdi: “Əhsən sənə, а qаrğа аğа!
Nə nəzаkətlə qоnmusаn budаğа!

Bəzədin sən bu gün bizim çəməni,
Şаd qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə хоşliqаsən sən!
Yеri vаr söyləsəm – hümаsən sən!

Tüklərindir ipək kimi pаrlаq.
Bəd nəzərdən vücudun оlsun irаq!
Bu yəqindir ki, vаr səfа nəfəsin!”
Bеlə sözdən fərəhlənib qаrğа,
Аğzını аçdı, tа ki, еtsin “ğа”.

“Ğа” еdərkən hənüz bircə kərə
Pеndiri dimdiyindən еndi yеrə.
Tülkü fövrən hаvаdа qаpdı, yеdi,
Qаrğаyа tənə ilə böylə dеdi:
“Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin ki, yаltаqlаr”.

“Hörümçək və ipəkqurdu” şeiri

Müəllif: Mirzə Ələkbər Sabir.

Bir hörümçək özün çәkib durdu,
Dedi fәxr ilә:-Ey ipәkqurdu!
Nә xәsilәtlә iş görürsәn sәn,
Niyә bunca ağır hörürsәn sәn?!
Gәl mәnim sənətimdə sürәtimi
Görüb iqrar qıl mәharәtimi.
İşә gircәk tamamını hörürәm,
Az zaman necә çox iş görürәm?!
Baxdı, güldü ona ipәkqurdu,
Sәrzәniş etdi, tənələr vurdu.
Dedi:-Bәrfәrz olsa, hәr yerdә
Toxuyarsan böyük, kiçik pәrdә.
De görüm, onların nәdir sәmәri?
Bәlkә dә hәr kәsә çatır zәrәri.
Leyk mәndә yox isә dә sürәt,
Yapdığım işdә var ağır qiymәt.
Alәmә faidә verir karım,
Hәr kәs istәr ola xәridarım.

“Ağacların bəhsi” şeiri

Müəllif: Mirzə Ələkbər Sabir.

Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin;

“Yetməz olur, – söylədi, – dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə;

Az qala başım yetişir göylərə,
Şax budağım kölgə Salıb hər yerə;

Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;

Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!”

Alma ağacı ona verdi cəvab:
“Eyləmə tərif özünü, ey cənab!

sponsor 3

Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin;

Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olar donquza.

Məndə, vəli, yaxşı, gözəl alma var,
Rəngini hər kim görə heyran qalar!

Dadlı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir!”

Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi: Bəsdir, buraxın söhbəti!

Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi;

Lazıməm ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara

Qış sobada xəlq məni yandırar,
Mənfəətim xəlqə mənim çox dəyər”.

Millət necə tarac olur olsun, nə işim var?! şeiri

Müəllif: Mirzə Ələkbər Sabir.

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 77

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir