Əgər istəyirsən ki, sənə hörmət etsinlər, əvvəl özün özünə hörmət elə.(Alçaldılmış və Təhqir Edilmiş İnsanlar, Fyodor Dostoyevski)
Başlıcası odur ki, sağlam olum, özümü yaxşı aparım və həyatda sevinim. Əgər bu 3 bənd öz yerindədirsə, qalan şeylər yoluna düçəcək(Gündəlik, Anne Frank)
Elə kitab oxu ki, o həm səni inkişaf etdirsin, həm də həyatını dəyişsin(Ferrarisini satmış rahib, Robin Şarma)
Qəribədir, görəsən, nə üçün mən kiçik olarkən böyüklərə oxşamağa çalışır, böyüdükdən sonra isə çox vaxt kiçik uşaqlara oxşamaq istəyirdim.(Uşaqlıq, Lev Tolstoy)
Gözlərimdə sənin təbəssümünün rəngi var…(Bəlkə də Bu, Həqiqətdir, Marc Levy)
Sponsor Linklər
Bilirsən…Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur…(Balaca Şahzadə, Antoine de Saint-Exupéry)
Bilirsən, sənə rast gələndən sonra oxuduğum kitabların arasında həmişə səni, sənin kölgəni, sənin gözəl simanı görürdüm!(Paris Notr-Dam Kilsəsi, Victor Hugo)
İnsanların bir-birini sevməsi nəyə desən dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.(Zəfər Tağı, Erich Maria Remarque)
Məşhur əsərlərdən sitatlar
Nə olursa-olsun,bahar kimi bir mövsümu olan bu dünyada yaşamağa dəyər…(İçimizdəki Şeytan, Sabahattin Ali)
O yaşamaq üçün işləyirdi, sonra – yenə yaşamaq üçün sevdi, çünki adi aclıqdan başqa ürək aclığı da var.(Səfillər, Victor Hugo)
Necə də nadir hallarda başqasının simasında sən öz simanın, ən gizli düşüncə və arzularının əksini görə bilirsən!(Fahrenheit 451, Ray Bradbury)
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bəzən mənə elə gəlir ki, əksinə, dünyada o qədər ağıl dəryası var ki, heç birində mehribanlıqdan əsər-əlamət yoxdu.(Siçanlar və adamlar, Con Steynbek)
Öyrəndim ki, insan öz qayğılarını həll etməkdən ötrü yox, içində sevgi olduğu üçün yaşayır…(İnsanı Yaşadan Nədir?, Lev Tolstoy)

Allaha bel bağla. Hər şey yaxşı olacaq, bəlkə sən gözlədiyindən də lap yaxşı olacaq, çünki Allahın iradəsi olmadan ağacda heç yarpaq da tərpənmir.(Don Kixot, Miguel de Cervantes)
Səni dəyişdirən hər şey yaxşıdır. Səni böyüdən, genişləndirən, şüurunu inkişaf etdirən hər şey yaxşıdır. Səni dayandıran və hazırkı vəziyyətini qoruyan hər şey ölümcüldür, intihardır.(Tale, azadlıq və ruh. Həyatın mənası nədir?, Oşo)
Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir. Ona qardaş demək olar.(Da Vinçi Şifrəsi, Den Braun)
İllər necə də sürətlə gəlib keçir!”Yenə də özündən soruşursan:”Axı ,nə elədin ki,bu uzun illər belə tez ötüb keçdi. Ömrünün ən yaxşı günlərini harada məzara gömdün?Sən yaşayırdın ya yox?()
İblis nədir?
-Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
-İblis!..(İblis, Hüseyn Cavid)
Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır(Səfillər, Viktor Hüqo)
Cəmiyyət düşüncə cəhətdən sanki yuxuda idi; cəhalət isə zirvələri fəth edirdi.(Ağ Zanbaqlar Ölkəsi, Grigory Petrov)
Nəyisə mən sizə öyrədə bilərəm, nəyisə siz kitablardan oxuyub öyrənəcəksiz. Amma elə şeylər var ki, onu görmək, hiss etmək lazımdır…(1000 möhtəşəm günəş, Xalid Hüseyni)
Əziz dost, sən hansısa kamil nəzəriyyəyə deyil, özünü kamilləşdirməyə can atmalısan. Allah hansısa kitablarda deyil, sənin özündədir.(Muncuq Oyunu, Hermann Hesse)
Zira bizim dünyamızda bir böyük həqiqət var: sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.()
(Kimyagər, Paulo Coelho)