Məktəb Haqqında Şeirlər məktəblə bağlı
4.1
(60)


Məktəbə get, dərs oxu şeiri

Müəllif:Abdulla Şaiq

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.

Məktəb şeiri

Müəllif: Şirinxanım Kərimbəyli

Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.

Kitablarla o bizə,
Dil tapmağı öyrədir.
Düşüb zamanla izə,
Düz çapmağı öyrədir.

Odur ömrün işığı,
Gələcəyin can barı.
Həyatın yaraşığı,
Uşaqlığın nübarı.

Danışan hərflər şeiri

Müəllif:Gülarə Münis.

Hərflər dilə gəldi,
Biri belə söylədi:
“A “deyirlər adıma,
“N” yetişsə dadıma.
Yaranar “Ana” sözü,
Gülər dünyanın üzü.


Bir “T” gəlsə  o saat,
Vərəqdə yazılar “At”.
Bir “A”da çağıraram,
“Ata” sözü yazaram.


“B” söylədi: Sus bir az,
Qarşıda bir “B” da yaz,
İki “B” və iki “A”,
Birlikdə olar “Baba”.


Bu dəfə dözmədi “C”,
Dilə gəldi bu bacı:
Mənimlə yazılır “Can”,
Vətənim Azərbaycan.
Çox şirindi dilimiz,
Bəxtəvərdi elimiz

İlk dərs şeiri

Müəllif: Bəxtiyar Vahabzadə.

Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.

O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?

Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.

Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.

Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.

Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.

Zəng çalınır… uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.

Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.

Bu səs gör bir nə deyir:
“qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.

sponsor 3

Dərs qutarır, dağılır
Evlərinə uşaqlar.
O da gedir, üzündə
Yeni bir nəşə çağlar.

Sən bu gün “A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.

Müqəddəsdir, əzizdir
Sən sev bu “A” səsini.
Bu səslə yazacaqsan
Sən “ana” kəlməsini.

Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
“ana vətən” deyərək
Ölməyə də hazırıq.

Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.

Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.

Əla qiymət Şeiri

Müəllif: Əyyub Türkay.

Səhər saat səkkizdə mən,
Məktəbimdə olmalıyam.
Hazırladım dərslərimi,
Əla qiymət almalıyam.

Müəllimim söyləyir ki,
Hər gün dərsə hazır gəlin.
Arxayınlıq yaranmasın,
Qoy qaldırsın, hamı əlin.

Dərslərini yaxşı bilən,
Alar layiqli qiyməti.
Savadsız bir cəmiyyətin,
Artar daim əziyyəti.

“Sevimli məktəb”

Müəllif: Hikmət Ziya.

Günəşin şəfəqində
Yuyunanda çölçəmən,
Xoş ətrini yayanda
Hər yana gülyasəmən,
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Bu yerin dağıdüzü …
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq,
Dönürük biz yanına
Alnı açıq, üzü ağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən

Məktəbə çağırış!

Müəllif: Mirzə Ələkbər Sabir.

Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq  şeytandan,
Tez durmaq  Allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!


Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Haqqdan edər təmənna
Məktəbinin davamın.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!

Bənzər mövzular:

Axtarış sözləri: məktəbə aid şeirlər,birincilərə aid şeirlər ,birinci sinifə aid şeirlər , mektebe aid usaq seirleri,mektebe aid seirler yazili,sevimli məktəb şeiri , məktəbə aid uşaq şeirləri, mekteb haqqinda seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 60

İlk səs verən sən ol!

2 Comments

  1. çox yaxşı şeirlər var amma bəzi şeirlərdəki qafiyələti bəyənmədim hesab özünü gəliştirməlidir və adlara görədə şeirlər gəlməlidir və xahiş edirəm ki məltəm adınada şeir gəlsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir