Elxan Elatlının Dilənçi Qadının Sirri kitabından sitatlar | Kitab sözləri

elxan elatli dilenci qadinin sirri elxan elatlinin
5
(2)

Əsasən detektiv romanları ilə tanınan Elxan Elatlının “Dilənçi qadının sirri” romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.

Hər kəs dünyanı öz gördüyü kimi qəbul edir..Əsl həqiqət hər kəsin özünün qəbul etdiyi həqiqətdir.

Dilənçi Qadının Sirri, Elxan Elatlı

– Siz qorxulu adama oxşayırsız.
– Əsl qorxulu adamlar xəyanət edən adamlardır..

Hər kəs öz doğruları ilə yaşayır….
Kimisi yanlış yolda olan doğru saydığı yanlışlar ilə..
Kimi də doğruluğuna əmin olduqları ilə

“Başqaları kimi onun da öz həyatı vardı və yalanlarla dolu bu həyatı yaşamağa məcbur idi”

İnsan ömrü boyu yalnız birini sevə bilər…

Hər kəs bu dünyanı öz bildiyi, öz qavradığı kimi görür və gördüklərini, bildiklərini həqiqət kimi qəbul edir. Əsl həqiqət isə ya yoxdur, ya da nadir hallarda dərk olunur. Bəzən elə olur ki, insan uzun müddət, ya elə ölənəcən nəyisə həqiqət kimi qəbul edir. Əgər belə qəbul edirsə, deməli onun üçün həqiqət qəbul etdiyi həmin şeydir…


“Hər kəs bu dünyanı öz bildiyi, qavradığı kimi görür və gördüklərini, bildiklərini həqiqət kimi qəbul edir.”

Dilənçi Qadının Sirri, Elxan Elatlı

Başqasının həyat hekayəsinə gözüyumulu baxıb öz içində fırtınalar qopan insanlar  heç də həmişə xoşbəxt olmur.Ya ciddiliyini qorumaq , ya da laqeyd görünmək üçün bəzən səssiz görünməyə çalışar insan….

Susduqca susar, sonda kirimişcəsinə divara baxıb ölümünü gözləyər insan…
Xəyanət görən insan….
Xəyanəti edib, vicdan əzabı çəkən insan…
Başqasının başqasına xəyanət etdiyini hiss edən insan…

Hər həqiqət olmasında yox, həqiqət kimi qəbul edilməsindədir.

O gecədən sonra anladı ki, yad kişi ilə cinsi əlaqə, ilk baxışdan anlaşılan kimi, sadəcə, iki bədənin yaxın əlaqəsi deyil. Sən demə, qadın onun gözəlliyinin, hətta müqəddəsliyinin əsasını təşkil edən qadın həyasını da itirirmiş bu zaman. Özündən qətiyyən asılı olmayaraq, kimisi az, kimisi bir az çox, kimisi tamam…

Oğruluq çox alçaq və iyrənc bir işdi,xüsusilə də qadın üçün..

-Yəni, dünya pula ehtiyacı olmayan adam var mı? -0, baxır adamın arzularına. Əgər mən şəxsi təyyarəmin, beş altı yerdə villalarımın, bahalı maşınlarımın olmasını arzu etsəm, deməli pula ehtiyacım olar. Onda mən kasıb hesab olunaram. Ancaq mənim elə arzularım yoxdur. Hər nə istəyim varsa malik olduğum pulla ona yetişə bilirəm. Hələ pulum artıq da qalır. Deməli, mən hazırda varlıyam.

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yarı-vəfadar istəmə.
(Nəsimi)

Dilənçi Qadının Sirri, Elxan Elatlı
https://youtube.com/watch?v=hgFk4FxtYD0
Dilənçi Qadının Sirri, Elxan Elatlı

Bənzər məqalələr:

Elxan Elatlı kitablarından mənalı sözlər
Məşhur kitablardan mənalı sözlər və sitatlar
Elxan Elatlının On dördüncü adam kitabından mənalı sözlər

kitablardan sitatlar, kitablardan sözlər, kitablardan menali sozler, elxan elatli dilenci qadinin sirri
elxan elatlı dilənçi qadının sirri pdf,elxan elatli kitablari, elxan elatlı kitabları, elxan elatli, Dilənçi Qadının Sirri,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir