[quads id=7]

Cəlil Məmmədquluzadənin Ölülər əsərindən sitatlar

celil memmedquluzade oluler eseri oluler pdf sitatlar 1
3.8
(6)

Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya.(Mənbə:Vikipediya )

Həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?

–Cəlil Məmmədquluzadə, Ölülər (Səhifə 16 – Qanun Nəşriyyatı)

Vallah, dünyanın işlərinə məəttəl qalmışam.
Ölülər rahat idi.Əsl dirilməli olanlar “yaşayanlar” idi.
–Cəlil Məmmədquluzadə, Ölülər

“Mənim adım kefli İsgəndərdir; bəs sizin adınızı nə qoyaq? Mən dağları, ulduzları və dünya aləmlərini bura şahid çəkirəm və bu qızlara nişan verirəm, soruşuram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: “Ölülər”. Və bizdən sonra gələnlər illər uzunu  sizi yada salıb bir səslə deyəcəklər. “Ölülər”…”
–Cəlil Məmmədquluzadə, Ölülər (Səhifə 93)

Cəlal görmür ki, elmsiz insan bir qəpiyə dəyməz? İnsanın ki, elmi olmadı, onun nə qədr-qiyməti ola bilər və nə hörməti ola bilər.
–Cəlil Məmmədquluzadə, Ölülər

Hərkəsin ki elmi var onun bir qəpiyə dəyər hörməti yoxdur, kimin ki hörməti var, onun elmi yoxdur…
–Cəlil Məmmədquluzadə, Ölülər

“Sizin dünyanız mənim yanımda çəyirtkə ağzında olan yarpaqdan da alçaqdır.”
–Cəlil Məmmədquluzadə, Ölülər  

Görəsən o kişi kasıblarında ölüsünü dirildir, ya bircə varlilarin?
–Cəlil Məmmədquluzadə, Ölülər  

Qonaqdan təvəqqe elə ki əvvəl qabaqca məni diriltsin, çünkü elə məndə ölü kimi bir şeyəm.
–Cəlil Məmmədquluzadə, Ölülər  

Şeyx Nəsruallahın ölüləri diriltməsi yalansa da, “Ölülər” in ölü fikirləri diriltməsinə şübhə ola bilməz.
–Cəlil Məmmədquluzadə, Ölülər

Baxın! Baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək: tfu sizin üzünüzə! (Tüpürür camaata tərəf. Hamı başını salıb dinmir).
–Cəlil Məmmədquluzadə, Ölülər

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb ( əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz…
–Cəlil Məmmədquluzadə, Ölülər

Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
 Bəsdir bu dayanmaq!
Allaha şükür, laləyanağında eyib yox,
Qaşında, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
–Cəlil Məmmədquluzadə, Ölülər

Ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz, Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: “Tuf sizin üzünüzə!”
–Cəlil Məmmədquluzadə, Ölülər

Axtarış sözləri: Cəlil Məmmədquluzadənin Ölülər əsərindən sitatlar, Celil memmedquluzade, oluler eseri,cəlil məmmədquluzadə ölülər,ölülər əsəri haqqında

https://www.youtube.com/watch?v=sV1npRAdQY4

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 6

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir