Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub. Onun 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb.
Elxan Elatlı kitabları ilə kitabsevərlərin könlünü qazanmış və ən çox satanlar arasında öz yerini almışdır.
Həyatda təsadüf deyilən bir şey yoxdur . Qarşına çixan yollardan hansisa birini özün seçirsən.Bu zaman ya hansi yolu seçəcəyin barədə kifayət qədər düşünüb daşinirsan , ya da bəxtinə güvənərək gözüyumulu addim atirsan.
Elxan Elatlı, On Dördüncü Adam
Onlar o gün¬dən görüşməyə başladılar və bir-birlərinə elə dərin məhəbbətlə bağlandılar ki, «sevirəm» sözü bu məhəbbəti ancaq adiləşdirə bilərdi. –O Gecə Yağış Yağırdı
Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. –Qanunsuz Əməliyyat
Tənha yaşamağı bacaran insanlar ən güclü insanlardır. – Məhəbbətin Gizli Kodu
Axırda qərara gəlmişdi ki, insanın yaşaması, sağlam olması və sağlamlıq uğrunda mübarizə aparması üçün elə birinci növbədə yaşamaq həvəsi, yaşamaq eşqi lazımdır. Bunun üçün də gərək həyatında nədənsə zövq alasan. Nəyinsə naminə yaşayasan, nəyinsə uğrunda çarpışasan. –Bakıdan Gələn Xəfiyyə
-“İnsan bütün ömrü boyu çox şeylər görsə də gördüklərinin az bir qismini dərk edir.” –On Dördüncü Adam
Bəzən insanları aldatmaq lazımdır. Həqiqəti demək heç də həmişə xoşbəxtlik gətirmir… –Alternativ Əməliyyat
Bizdə bir misal var. Pis adam öləndə deyərlər ki itin biri azaldı. –O Gecə Yağış Yağırdı
-Siz qorxulu adama oxşayırsız. – Əsl qorxulu adamlar xəyanət edən adamlardır.. –Dilənçi Qadının Sirri
Ən mürəkkəb varlıq sayılırdı insan. Onun daxili aləminə girmək, nə düşündüyünü, hansı hisslərlə yaşadığını öyrənmək dünyanın ən çətin işi idi. –Ən Yaxın Planet
-Tanrının yaratdığı insanların yaşamaq hüququ olub-olmadığını sizmi müəyyən edirsiniz? –Armed Mişel
— Sən bilirsən mən onu niyə vurdum?! –Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?! –Cəhənnəmdən Gələn Səs
Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz. – Qisas Gecəsi
Əqidəsi, mənliyi olmayan kişi fahişə qadından da betərdir… Elxan Elatlı
Cəhənnəmdən Gələn Səs
Elxan Elatlı kitablarından mənalı sözlər
Unutmayın ki, yüz çaqqal yığılsa, bir canavara nəsə edə bilməz. – Alternativ Əməliyyat
Səhərin açılmasına iki saatdan çox qalırdı. Bu saatlar gizli iş tutanlar üçün ən əlverişli, hətta ideal vaxt hesab edilə bilər. Çünki bu vaxt ən gec yatanlar da, səhərlər yatağından ən tez qalxanlar da dərin yuxuda olurdular. – Armed Mişel
Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiz? Qollu tərəzi. Amma bu mənə indi gülünc görünür. Bəlkə də, xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər? – Seçilmiş Cəza
Yaxşiliq etdim deyə sevinməyə , pislik etdim deyə də kədərlənməyə tələsməyin. Nəyin yaxşiliq nəyin pislik olduğunu zaman göstərəcək. – On Dördüncü Adam
Lakin fitri istedadı, qabiliyyəti və təcrübəsi belə çətin, hətta çıxılmaz vəziyyətlərdən çıxmaqda ona həmişə kömək edirdi. – Armed Mişel
Mən alın yazısına,yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram.Ona inanıram ki,həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımızda çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza-yaza ölümə doğru irəliləyirik.