Vətən üçün yaşamaq, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir.
Ağ Zanbaqlar Ölkəsi, Qriqorİ Petrov
Ağ Zanbaqlar Ölkəsi kitabından mənalı sitatlar
Bəxtimizə bataqlıq və qayalıqlar düşdü, bizsə oranı əsl mədəni ölkəyə çevirdik.
Hamı həyatdan nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə düşünmür.
Gəncliyi deyil, özünüzü qınayın. Gənclik sizin onu tərbiyə etdiyiniz kimi yetişib.
İstədiyiniz qədər mükəmməl konstitusiya hazırlayın. Müstəqillik çərçivəsində də xalqa istədiyiniz qədər hüquq verin.Sosializmin və ya liberalizmin sehrli gücünə istədiyiniz qədər inanın. Əgər uşaqlarınız lazımi səviyyədə təhsil almasalar, həyata heç bir əhəmiyyət daşımayan şəxslər kimi atılacaqlar.
Balaca və qorxaq soxulcanlar, siz ancaq sürünməyi, titrəməyi və yaltaqlanmağı bacarırsınız…
Sponsor Linklər
Tanrı səni cəzalandırmayıbsa,deməli,özünü düzəltməni gözləyib.
Qəhrəmanlar kütləni alovlandırır, ruhlandırır, ancaq bu odu öz xalq kütlələrindən əldə edirlər.
Bir millət necədirsə, dövlət adamları da onun kimidir. Elə bu səbəbdəndir ki, qədimdən- “Hər millət layiq olduğu idarəçilik sisteminə və dövlət adamlarına sahibdir” düşüncəsi aktualdır.
Sevin,sevin,sevin! İnsanı sevin, bütün dünyanı sevin! Göydəki ulduzları ,yerdəki qum dənələrini, daşı,ağacı sevin!Tanrı və ona yaxın olanları sevin!Dinin həqiqəti sevgidədir.
Başqa millətlərin torpaqlarını işğal edən komandirlərdən niyə bu qədər çox danışıldığını başa düşmürəm. Makedoniyalı İsgəndər, Hannibal, Scipion, Sezar, Napoleon və onlar kimi minlərlə komandir başqa xalqların torpaqlarını işğal etməkdən başqa nə ediblər ki?
Bizim iri həcmli ,ancaq insanların marağını çəkməyən etiqadi kitablar və ibadət yerləri haqqında nə bilirsiniz?Bunları su dəyirmanlarına bənzədirəm.Axan su dəyirmanların çarxlarını fırladır,ancaq heç kim üyüdücü daşların arasına buğda tökmür.
Əgər xalq kütləsi yalnız soyuq dumandan ibarətdirsə, heç bir güc ondan ildırım törədə bilməz.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Ağ Zanbaqlar Ölkəsi kitabından mənalı sitatlar
Axşam düşəndə lampa “Nə etməliyəm?” deyə soruşmur, yanıb ətrafa işıq saçır. Makdonald oxucularına səslənir: “Sizlər də canlı lampalar olun, hardasınızsa, orada canlı işlər görün, yanın və ətrafı işıqlandırın. Soba yanacaqla dolu olanda “Nə etməliyəm?” sualını vermir, evi və insanları isidir. Sizlər də canlı soba olun və ruhlara istilik aparın.
AĞ ZANBAQLAR ÖLKƏSİ, GRİGORY PETROV
Xalqımıza necə çalışmaq lazım oluduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının sağlamlıqlarını necə qoruya biləcəklərini öyrədin! Xoşbəxt bir ailəyə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduğunu başa salın!
Uşaqları böyüyüb cavan oğlan və yeniyetmə qız olanda onların gələcəyi haqqında xoş xəyallar qururlar. Oğullarını mühəndis, həkim, ticarətçi, vəkil, məmur və ya yaxşı bir peşə sahibi olmasını istəyirlər. Qızları üçün isə varlı həyat yoldaşı axtarmağa başlayırlar. Övladlarının ancaq dolanışığını, var dövlət sahibi olmasını, maddi cəhətdən yaxşı yaşamasını istəyirlər. Gecə-gündüz yalnız mal-dövlət düşünürlər. Və bununla valideynlik vəzifəsini layiqincə yerinə yetirdiklərini sanırlar.
Bu yerdə L.Tolstoy haqlı olaraq deyir :
“Həyatda nizamsızlığın əsas səbəblərindən biri budur ki,hər kəs varlı olmağa çalışır.Ancaq heç kim həyatı nizama salmağa ehtiyac duymur və təbii olaraq da buna cəhd etmir”.
Bütün şəhərdə cəmi bir mehmanxana və hərdən böyük zalında teatr tamaşaları nümayiş olunan “Teatral” adlı bir restoran var. Amma məktəblər, necə deyərlər, xirtdəkdəndir.
*Bu şey deyilmi bizdə olanın tərsi¿
Xalqın əksəriyyətini təhsildən məhrum etmək bir növ intihardır. Dövlətin öz-özünü məhv etməsi, dağıtması deməkdir.
Bir düşünün! Kazarmadakı hər bir əsgər canlı bir cövhərdir. Bu cür minlərlə dəyərli varlıq hər il bir yerdə toplaşır. Hərbi xidmət onları yorur, yıpradır. Onları bir müddət istifadə edib evlərinə “qırılmış” , “cızılmış” halda göndərmək insanda kədər doğurur.
Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələri əylənəsiz deyə o mövqeyə gətirməyib.
Millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz ve hərəkətsiz də qalacaq.
Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa,ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz.
Hörmətli müqəddəs atalar, Kilsənin keşişləri. Sizin işiniz təkcə dini ayinləri keçirməkdən ibarət deyil. Sizin vəzifəniz yalnız Kilsəyə xidmətə nəzarət də deyil. İsa Məsih hər şeydən qabaq insanlara dürüst, xeyirxah və ədalətli olmağı öyrədirdi. İnsanların vicdanını oyadırdı. Yaxınlara sevgiylə yanaşmağı aşılayırdı. Necə yaxşılıq etməyi öyrədirdi.
Çünki insanlar qəhrəman deyillər. Onlar Yer adlanan böyük peyin qalağında eşələnən peyinqurdu, bütün işıqları görməyə gözü olmayan köstəbəkdirlər, çünki bu işıqlar onların gözlərini qamaşdırır. Adamlar şirin yalanları sevir. Bütün nazirlər və rəislər onlara göstərilən yaltaqlığı sevirlər. Özləri kobud, zorakı, yırtıcı və tənbəl milçəklər kimidir, ancaq özlərinin müdrik, böyük, xalq atası adlandırılmasını istəyirlər.
Bütün məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz ve dərdlərinizin bataqlığında qıvranmayın.
Açığını desək, uşaqlar valideynlərinin yanında, çoxsaylı əmi-dayıların və xala-bibilərin yanında olsalar da, öz evlərində yetim kimi böyüyürlər. Ola bilsin, uşaqları yaxşı yedirir, geyindirir, sağlamlıqlarının qayğısına qalırlar, ancaq uşaq ağlının və ruhunun sağlamlığı,təmizliyi və qidalanmasının qayğısına çox az qalırlar.
Hörmətli atalar və analar, icazə verin sizdən soruşaq,bu cür tərbiyə verdiyiniz uşaqların qanadları ola bilərdimi?Bəlkə siz onların qanadlarını lap körpəlikdən sındırmısınız?!
Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğursuzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir.
Onlar öz övladları ilə danışmır, onların problemləri ilə maraqlanmırlar. Sadəcə boş vaxtlarında onları oxşamağı bilirlər. Onlara şirniyyatlar və oyuncaqlar almaqdan başqa heç nə etmirlər. Sonra da, – “İndi də öz otağınıza gedin, səs salmadan öz -özünüzlə oynayın” , – deyirlər. Əslində bunun mənası belədir :”Bircə başımızdan rədd olun, nə istəyirsiniz edin! Sadəcə bizi narahat etməyin!
“İndi bir də düşüncə xəstəliyi, iradə vərəmi, ruh qızdırması xəstəlikləri peyda olub. İnsanların mənəviyyatlarının korlanması -xəstələnməsi demək olar ki, bütün gəncliyi çulğayıb. Gələcəkdə cəmiyyətə faydalı işlər gördürmək üçün həyata atılan gənclərimizin mənəvi cəhətdən xəstələnərək məhv olmalarına göz yuma bilmərik. Mübarizə aparmaq lazımdır.”
Cəmiyyət düşüncə cəhətdən sanki yuxuda idi; cəhalət isə zirvələri fəth edirdi.
Özünüz Allahı axtarın. Özünüzdə. Özünüz üçün.
Bizim ruhsuz məktəblərimiz sağlam düşüncə yerinə şagirdlərimizə quru və darıxdırıcı formulların ölü tozunu verib və verməkdə davam edir. Oxumaq həvəsi oyada bilmir. Dərsliklərdə elmilik yarada bilmir. Şagirdlərə elmi anlayıb dəyərləndirməyi öyrətmir.
Hər bir ucqar kənd gərək özünün su qaynağını tapsın. Bu göl, çay, bulaq və ya quyu da ola bilər. Xalqın ruhunun yanğısı da belədir. Hər bir ərazi özünün insanlarına, canlı quyularına möhtacdır.
Tarix boyunca həmişə belə münasibət olub va indi də vardır. Xalqın təhsilli yuxarı təbəqəsi xalqın aşaği təbəqəsinə həqarətlə baxır. Onlar belə deyirlər:- Xalq cahildir. Xalq kobuddur. Xalq içki düşkünüdür.Xalq tənbəldir. Acgözdür. Kirlidir. Yalançıdır. Paxıldır.Xalq, sayı milyon başla ölçülən heyvan sürüsüdür. Bu yırtıcı vəhşiyə heç cür azadlıq vermək olmaz.Əgər bilmək istəsəniz, xalq haqqında deyilən bu pis sözlərin 90, hətta 95 faizi həqiqətdir. Ancaq bunun günahı kimdədir?Başlı-başına buraxılmiş çöllükdə qızılgül, alma, xiyar və ya kartof deyil, gicitkən, ayıpəncəsi və dəvətikanı bitir.Xalq kütləsinin beyni və ürəyi də bunun kimidir.
Bənzər Mövzular: bəyaz zanbaqlar ölkəsində,beyaz zanbaqlar olkesinde,ag zanbaqlar olkesi kitabi,ağ zanbaqlar ölkəsi pdf,ağ zanbaqlar ölkəsi haqqında
Elm və Təhsil Haqqında Aforizmlər
Müəllimə Aid Gözəl Sözlər və Aforizmlər
Axtarış sözləri: