20 yanvar kitablarda, 20 yanvar haqqında deyilmiş fikirlər, 20 yanvar hadisələri haqqında
0
(0)

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı ən qəddar cinayətlərdən biri baş verdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakı və ətraf rayonlarda 147 nəfər həyatını itirdi, 744 nəfər yaralandı. Hadisə nəticəsində 841 nəfər qanunsuz olaraq həbs edilərkən, yüzlərlə insan isə itkin düşdü.
Bu faciə xalqımızın yaddaşında əbədi olaraq hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.

Məqalədə 20 Yanvar hadisələrindən bəhs edən seçmə kitablardan sitatları sizlərlə paylaşdıq. Tarixi faktların yer aldığı bu kitablar ilə oxucunun gözündən hadisələrə fərqli bir gözlə baxmış olacaqsız.

Yüksəldi bir fəğan, hıçqırıq, nalə,
Səpildi qarlara qırmızı lalə.
Ölüm söndü, əməl dillərdə susdu,
Sardı qızıl kəfən yolların üstü.
Boğulmayan Bir Səs, Almas İldırım

Əslində isə o, ölkə ərazisində müharibəyə çevrilən milli münaqişələrin “qaynar nöqtələri”ni yaratdı. 1990-cı ildə Bakıya da qoşunları məhz Qorbaçov yeritdi. 1990-cı ilin 20 Yanvar gecəsində Qorbaçovun əmrini yerinə yetirərkən, sovet ordusu qoşunları silahsız Bakı əhalisinin qanını tökdürdü.
Kreml Rəhbərlərinin Psixoloji Portretləri, Adıgözəl Məmmədov

Yanvar faciəsinin ilk günlərində radio ilə hərbi komendant xəbər verdi ki, 83 adam ölüb. Yanvarın 22-də “Səhər” qəzeti şəhidlərin dəfni haqqında dəhşətli yazıları, reportajları və fotoşəkilləri vermək istədi, lakin qoymadılar… Qəzet olduğu kimi yanvarın 25-də çıxdı. Mən ömrümdə nə belə qəzet görmüşdüm, nə də ki oxumuşdum. Küçələrə sərilmiş günahsız şəhidlər, onların yerdə qalmış paltarları, gül-çiçəyə bürünmüş tabutları, sıra ilə qazılmış qəbirləri, əzik-üzük olmuş maşınları, deşik-deşik olmuş binaların eyvanları və bütün bu dəhşətlərə görə ağlar günlərə qalmış Azərbaycan xalqı… Bu qəzeti başqa dillərə tərcümə etməyə ehtiyac yox idi. Bunu hamı başa düşərdi…
Dünyamızın 20 Yanvar Faciəsi, Hacı Niftalı Şıxlar

Uşaq nevroloji xəstəxanasının divar və dəhlizlərində yüzlərlə güllə yeri qalmışdı. Xəstəxananı (özü də uşaq xəstəxanasını) gülləyə tutanlara nə ad verərsən?… Məgər onların uşaqları yoxdurmu?…
Dünyamızın 20 Yanvar Faciəsi,Hacı Niftalı Şıxlar

…Sovyet ordusu komutanı, yolu açmalarını ve geri çekilip, dağılmalarını söylüyordu. Bir an dahi geri adım atmayan, tankların önünde birbirine kenetlenmiş, vatan için siper olan Azerbaycan Türkleri, istiklâli müjdeliyordu. Sovyet ordusu yaptığı tüm çağrılara rağmen, bu duruma aldırış etmeden kararlı bir şekilde bekleyen halkın üzerine, tankları sürüp geçti.
Mübariz İbrahimov, Enis Bozkurt

Xəstəxanaya nisbətən yaxın olan Tibb İnstitutunun yataqxanasından gecə qaranlığında axışıb qanını verməyə, köməyə gələn qeyrətli qızlarımız güllə yağışına düşdülər. Onlar buna baxmayaraq, yaralıları daşıyır, həkimlərə kömək edirdilər. Namərdlər bu gələcək həkimlərə də atəş açırdılar. Xəstəxanın həyəti də, yolları da, meyitləri, yaralıları daşıyan maşınlar da, onların sürücüləri də, hətta “təcili yardım” maşınları da atəşə tutulurdu.
Dünyamızın 20 Yanvar Faciəsi,Hacı Niftalı Şıxlar

Matəm libasını geyindi elim,
Ərşə bülənd oldu min ahım mənim.
Soruşan olmadı, bilən olmadı,
Görəsən nə imiş günahım mənim?

Alçaqlar, azğınlar susayıb qana,
Qənim kəsilibdi insan insana.
Xudanı çağırıb sığınnam Ona,
Yoxdu Ondan qeyri pənahım mənim.

Batmaz şəhidlərin günahsız qanı,
Başımın üstədi Allahım mənim.
Dünyamızın 20 Yanvar Faciəsi, Hacı Niftalı Şıxlar

1990 yılının başında Rus tankları Bakü’ye girdiler. Önlerine çıkan bütün engelleri ezip geçtiler. Rus emperyalizmine karşı koyan gençleri kurşunladılar. Bakü’de büyük bir katliam yaptılar. Azerbaycan kan ağladı. Bazı aydınları Türkiye’ye geldiler. Aralarında Nebi Hazri de vardı. Bir toplantıda onun hüngür hüngür ağladığına şahit oldum. Ruslar için “Zalimler, alçaklar, hainler, kanımızı iliğimizi emen canavarlar… ” ifadelerini kullanıyordu. Konuşmalarını hüzünle dinledim. Bursa’da bana demişti ki: “Bizde bir söz var. Biz deriz ki: Dostun Urus’du; işin dürüsdü.” Nebi Hazri, Rus dostluğunun ve dürüstlüğünün ne demek olduğunu 1990 yılında gördü.
Azerbaycan Yüreğimde Bir Şahdamardır, Yavuz Bülent Bakiler

20 Yanvar hadiselerini önceden tahmin ettiklerini söyyen Ebülfez Elçibey sonraki yıllarda şu açıklamayı yapacak; Birçok meseleler böyle gösteriyordu ki, bunu ne AHC nede Azerbaycan halkı önleyebilirdi. Bu hadiselerden 2-3 ay önce ABD’nin devlet katibi: “Bush ile Gorbaçov görüşmelerde anlaşmaya vardılar. Bu anlaşmaya göre Gorbaçov, Kafkaslarda sıki yönetim ilan edecek olsa Amerika buna itirazını bildirmeyecek” diye beyanat verdi. Mesele burada anlaşılmıştı, plan önceden hazırlanıyordu. Ben çeşitli demeçlerimde, Kafkaslarda Ermenilere ve Gürcülere dokunulmayacak, Azerbaycan için birplan hazırlanıyor ve bunu Kafkasya adı altında veriyorlar dedim. Bu hadise Aralık ayının 26’sı ile 28’i arasında bekleniyordu. Harekât için ortamın hazır olmadığını gördüler ve bu iş için zemin hazırladılar. Bakü’de birkaç Ermeni’yi öldürerek evlerini talan ettiler, bu da bahane oldu. Bu hadiselerden az önce hastanelerin boşaltılması için emir verdiler. Bu olayları AHC nasıl önleyebilirdi? Bu, Moskova ve Ermenilerin oyunu idi. Bunu önlemeye halkımız da hazır değildi.
Mübariz İbrahimov, Enis Bozkurt


Görəsən, biz 20 Yanvara Qanlı Yanvar, Qara Yanvar deməkdən nə zaman imtina edəcəyik? Xalqın qəhrəmanlıq gününü yas günü kimi təqdim etməklə necə böyük nöqsana yol verdiyimizi dərk edirikmi?
Mən, sən, o ≠ BİZ, Nicat Həşimzadə

Bənzər Mövzular:


Axtarış sözləri: 20 yanvar kitablarda, 20 yanvar haqqında deyilmiş fikirlər, 20 yanvar hadisələri haqqında

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir