Asta gedən usta gedər.
Dərin su bulanmaz. – Atalar sözü
Ağac kölgəsiz olmaz, insan sevgisiz. – Atalar sözü.
Ev şamdan işıqlanar, baş – bilikdən.
Söz odur ki, haqqa vara.
Biləyin edə bilmədiyini bilik eləyər.

Hər könülün bir yazı, bir qışı var.
Yaz bir gül ilə başlayar, mini ilə bitər. – Atalar sözü
Arvad nə qədər ağıllı olsa, ailə o qədər güclü olar. – Rus atalar sözü
Valideynlərinizin sevgisini anlamaq üçün öz övladlarınızı böyütməlisiniz. – Çin atalar sözü

İnsan öz taleyinin ardınca gedir. – Şumer Atalar Sözü
Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər. – Hind atalar sözləri
Dövlət ağıllının nökəridir, axmağın ağası. – Atalar sözü
Qorxudan çaqqal da pələngin üstünə atılar. Əfqan atalar sözü

Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır. – Atalar sözü
Qızıl odla, qadın qızılla, kişi qadınla sınanılar.
Cəsarətin bitdiyi yerdə əsarət başlayır.- Atalar Sözü
Planınız 1 illikdirsə – düyü əkin, 10 illikdirsə – ağac əkin, 100 illikdirsə – insanlara təhsil verin. – Çin atalar sözü
Pələng ölür – dərisi, fil ölür – sümüyü, insan ölür – adı qalır. – İndoneziya atalar sözü