Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
atalar sözü
Hərəkət harada, bərəkət orada.
Yaxşılıq edən yaxşılıq görər.
Ən yaхşı yоl düzlükdü.
Adamı başdan tanı, ağacı yaşdan.
İki eşit, bir danış.
Sponsor Linklər
Kişinin sözü ilə işi bir olar.
Hamıya hörmət elə, hörmətin olar.
Atana hörmət elə, оğlun sənə hörmət edər.
Kiçiyin kiçik yeri var, böyüyün – böyük.
Böyüklərlə böyük ol, kiçiklərə göstər yol.
İpin uzunu yaxşıdır, dilin qısası.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Nəsihət vermək asandır, nümunə olmaq çətin.
Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as.
Sözü olana dil ver, söz eşidənə qulaq ver.
Ağıllı ədəbi ədəbsizdən öyrənər.
Min bilsən də bir bilənə danış.
Böyük zəkalar birlikdə düşünürlər.
Gənclərə nəsihət haqqında Atalar sözləri
Bir dəfə yaxşılıq eləmək min dəfə deməkdən yaxşıdır.
Atalar sözü
Birlikdən qüvvət doğar.
Ağlı qısanın, dili uzun olar.
Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.
Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
Buzu gün əridər, insanı xəcalət.
Axmaq özünə düşməndi, özgəyə necə dost olsun.
Yaman günün ömrü az olar.
Su axar, çuxurun tapar.
İş insanın cövhəridir.
Cəfa çəkməyən səfa görməz.
Vaxtın qiyməti puldan bahadır.
Heyvanı qulağından tanıyarlar, insanı sözündən.
Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
Tənbəllik bütün eyiblərin anasıdır.
Çox danışıb iş görməməkdənsə, susup işləmək yaxşı.
Kitabsız böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
Yüz biliyin olsa da, bir bilənlə danış.
Şərəfli məğlubiyyət şərəfsiz qələbədən yaxşıdır.
Torpaqdan pay olmaz.
Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz.
İnsan bir işə etməsə həvəs, bütün əziyyəti gedəcək əbəs.
Vaxtı itirsən hədər, görərsən böyük zərər.
Yaxşılığa yaxşılıq hər kişinin işidir, Yamanlığa yaxşılıq nər kişinin işidir.
Pələng ölür – dərisi, fil ölür – sümüyü, insan ölür – adı qalır.
atalar sözü
Bənzər Sözlər:
Axtarış sözləri: genclere nesihet haqqinda atalar sozleri,genclere nesihet atalar sozleri,genclere nesihet atalar sozu,nesihet atalar sozleri,gənclərə nəsihət haqqında atalar sözləri,gənclərə nəsihət atalar sozleri,nəsihətli sözlər,öyüd nəsihətlər,uşaqlar üçün atalar sözləri
