Atalar Sözləri
Azərbaycan Atalar Sözləri
- Yamanlığa yaxşılıq mərd kişinin işidir.
- Axan su yolunu tapar.
- Bəy verən atın dişinə baxmazlar.
- Saxla gönü, gələr günü.
- Kişinin sözü ilə işi bir olar.
- Axşamın işini sabaha qoyma.
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
- Əli açıq olanın üzü ağ olar.
- Şad günün dostu çoxdu.
- Qarğa qarğaya deyər üzün qaradır.
- Axtaran tapar, yoğuran yapar.
- Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
- Papağını qoy qabağına, fikirləş.
- Biləyi güclü birini yıxar, biliyi güclü minini.
- Ağıllıya bir söz bəsdir, axmağa min söz əbəsdir.
- İgiddən yaxşı iş qalar, Arifdən yaxşı söz.
Mənalı Atalar Sözləri
- Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar.
- Uşaq sözü şah sözündən hökmlüdür.
- Vaxtı boş olanın sözü çox olar.
- Sarsaq yaşamaq ömrə yamaqdır.
- Ay var ili gözlər, il var ayı gözlər.
- Söz deyən azdır, söz çeynəyən çox.
- Uğursuzluq uğurdan daha çox şey öyrədir.
- Qaranlığı söyməkdənsə şamı yandır.
- Sevgisiz böyüyən uşaq, susuz böyüyən ağaca bənzər.
- Təmiz bir vicdan qədər yumşaq yastıq yoxdur.
- Var-dövlət tükənər, elm tükənməz.
- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl.
- Batan günəş kimi qaranlıq deyil, doğan günəş kimi işıqlı ol!
Məşhur atalar sözləri
- Ağıllı bir dəfə aldanar.
- Tutar qatıq, tutmaz ayran.
- Sözü ağzında bişir, sonra de.
- Axmaq axmağı tapar.
- Balıq başdan iylənər.
- Şirin dil ilanı yuvadan çıxardar.
- Qonaq süfrənin yaraşığıdır, uşaq – evin.
- Hər oxuyan Molla Pənah olmaz.
- Keçəl yağ tapsa, başına yaxar.
- Barlı ağacın başına dolanarlar.
- Yaxşı atın dişinə baxma.
- Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
- Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı.
- Dəvədən böyük fil var.
Maraqlı Atalar Sözləri
- Həyat bir səyahətdir, hədəf deyil.
- Baş-başa verməyincə daş yerindən qalxmaz.
- Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən
- Vəziri qarğa olanın ağzı zibillikdə olar.
- Papaqçının papağı olmaz.
- Cəsur bir adamın baxışı düşməni qorxaq adamın qılıncından daha çox titrədir.
- Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
- Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
- kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
- Umduğun güdməyən, bulduğun xoş görər.
- Fələyin işinə bax, ayıya qaval çaldırır.
- Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.
Uşaqlar üçün Atalar Sözləri
- Ən böyük sərvət ağıldır.
- Yaxşı kitab yaxşı dostdur.
- Zəhməti sеvəni hamı sеvər.
- Bilik insanın bəzəyidir.
- Övlad ata-ananın ürəyidir.
- Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
- Əmək insanı ucaldar.
- Səbr uğurların anasıdır.
- Fürsət əldə ikən yaxşılıq eylə.
- Yaxşılıq açan qapıya, sevgi qonar.- Atalar sözü.
- Sözlə yox, işlə göstər.
- Lovğa olma, loğman ol.
- Özünə hörmət etməyən, özgəyə də hörmət etməz.
- Mərdin gözü tox olar, namərdin gözü ac.
- Ağac əkən özündən başqasını da sevdiyini sübut edir.
- Valideynlərinizin sevgisini anlamaq üçün öz övladlarınızı böyütməlisiniz.
- El yolunda baş qoyan qazanar el hörmətin.
Gülməli Atalar Sözləri
- Varlının eşşəyi də yeyin gedər.
- Pişik ölüb, siçanların bayramıdır.
- Keçəl baxar güzgüyə – adın qoyar özgəyə.
- dəvəni eşşəyin quyruğuna bağlayır.
- Tənbələ həftənin hər günü bazardır.
- Sən ağa, mən ağa, inəkləri kim sağa.
- Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
- Varlılın eşəyyinədə, ağıllı diyərlər.
- Dəvə oynayanda qar yağar.
- Pişik evdən çıxanda, siçanlar baş qaldırar.
- Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
- Tanrı eşşəyi tanıyıb, buynuz verməyib.
Hikmətli Atalar Sözləri
- Kamil insan kəlamından bəllidir.
- Şam yanmasa, başına pərvanə dolanmaz.
- Cahil ilə bal yemə, aqil ilə daş daşı.
- Böyük zəkalar birlikdə düşünürlər.
- Kölgədə olanın kölgəsi olmaz.
- Ötüb keçən ömürdür, qocalan insan!
- Fürsət ağıllı adamlar üçün pilləkəndir.
- Dəli ilə tapmaqdansa, ağıllı ilə itirmək yaxşıdır.
- Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət onu çatıb keçər.
- Pələng ölür – dərisi, fil ölür – sümüyü, insan ölür – adı qalır.
- Adam var ki, adamların naxşıdır, Adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən “can” deyər, Adam var ki, dindirməsən yaxşıdır.
Müdrik Atalar Sözləri
- Tanrı vicdanlı qəlbdə olur.
- Sifət – ürəyin aynasıdır.
- Eyni güldən ilan zəhər, arı bal çəkər.
- Ağacı meyvəsindən tanıyarlar.
- Yerinə səpilməyən toxum bar verməz.
- İsti keçdi, kölgə də unuduldu.
- Tikanı ayaqdan tikanla çıxararlar.
- Ay işığından qar da ağarar, ağıllı sözdən ağıllı da ağıllanar.
- Təqsiri bağışlamaq qüdrətin bəzəyidir.
- Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər.
- Üzümüzün və gözlərimizin rəngi nə olursa olsun, göz yaşlarımızın rəngi eynidir.
- Sular yüksəldikcə balıqlar qarışqaları yeyər, sular çəkildikcə də qarışqalar balıqları yeyər. Heç kəs bugünkü üstünlüyünə və gücünə arxayın olmamalıdır… Çünki, kimin kimi yeyəcəyini suyun axışı qərar verər.
Axtarış sözləri: atalar sozleri atalar sozu atalar sozu ve meseller Atalar Sözləri atalar sözü və məsəllər Azerbaycan atalar sozleri Azərbaycan Atalar Sözləri mənalı atalar sözləri ,Atalar Sözü və Məsəllər, Atalar Sözü və Məsəllər,Atalar Sözləri Qısa, Atalar Sözü və Məsəllər,Atalar Sözləri Şəkilli
Sponsor Linklər
Çox piis
3