Sənə qızılgül verənin əllərində azca da olsa o qızılgülün ətri qalar.
(“Ferrari”sini Satmış Rahib, Robin Şarma)
İnsan olmaq həyatda qorxusuz yaşamaq deyil, bütün qorxulara rəğmən həyatı gözəl yaşamaqdır.”
Kitabı okudu(Qorxular, Rövşən Abdullağlu)
Həqiqət elə bir şeydir ki, istər onu görməzliyə vur, istər gözünü bağla, o, öz yenilməz qüvvəsi ilə işini görəcək; məsələn, sevdiyiniz bir adamın dəfn vaxtı yetişəndə necə ola bilər ki, onun dəfnində iştirak etməyəsən?
Taun romanı (Seçilmiş Əsərləri, Albert Camus)
Külək qum təpələrinin formasını dəyişdirsə də, səhra əvvəlki kimi dəyişilməz qalar. Bizim məhəbbətimiz də əvvəlki kimi qalacaq.
(Kimyagər, Paulo Coelho)
Doğrudan da, görmək istəməyən kordan da pisdir…
(Korluq, José Saramago)
Məşhur kitablardan mənalı sözlər və sitatlar
– Kim və nə olursa olsun, dedi, Yer üzündə hər bir insan hər zaman dünya tarixində baş rol oynayır və təbii ki, özünün xəbəri olmadan.
(Kimyagər, Paulo Coelho)
Sponsor Linklər
Qadın uşaqları kişidən daha yaxşı başa düşür, lakin kişi qadına nisbətən daha uşaq xasiyyətlidir. Həqiqi kişinin içində oynamaq istəyən bir uşaq gizlənib.
(Zərdüşt Belə Söylədi, Friedrich Nietzsche)
Hər sevən öz sevdiyində sakitlik taparmış…
(Qarmaqarışıq, Nəimi)
Gəbərmiş itin quduzluğunu təbiət özü sağaldır…
(Korluq, José Saramago)
Çirkabda çabalamaq vicdan əzabından qurtulmağın yaxşı yolu deyil
Yeni Cəsur Dünya, Aldous Huxley
Sirrini küləyə deyirsən, ağaclar neyləsin?
(Xəlil Cibran) Min Möhtəşəm Günəş, Khaled Hosseini
Qəribə adamsan, elə bu qəribəliyinə görə səni sevirəm, ancaq kim deyə bilər ki,günlərin bir günü bu qəribəlik məni təngə gətirməyəcək?
(Yad, Albert Camus)
Heyf, heyf sənə, uşaqlıq !
Nə gözəl şey imişsən! Nə çörək fikrinə qalırsan, nə paltar fikrinə qalırsan, nə övlad dərdi çəkirsən, nə bilirsən ki, kasıblıq nədir.(Danabaş Kəndinin Əhvalatları, Cəlil Məmmədquluzadə)
Bu aşıb-daşan sevinclər, gülüşlər, çılğınlıq mənə çox saxta, gülünc görünürdü.
Yalquzaq, Hermann Hesse
Sən zəhmət çəkib bu sual barədə düşünə bilərsənmi ki, şər olmasa, xeyirin nə mənası vardır, kölgələr itsə, yer üzü necə görünərdi?
(Master və Marqarita, Mihail Bulgakov)
İnsanlar arxada qoyduqları dəhşətdən qaçırlar və həyat onlarla qəribə davranır – bəzən qəddarcasına, bəzən isə o qədər yaxşı ki ümid çırağı yenidən alışır və daha heç zaman sönmür.
(Qəzəb Salxımları, John Steinbeck)
“Hər cəhətdən mükəmməl olan plan heç vaxt baş tutmaz. Tam məyusluqdan sığortalanmaq üçün, mütləq, xırda bir əngəl olmalıdı”
(Qürur və Qərəz, Jane Austen)
“…insanlara uşaq kimi yanaşmaq lazımdır, bəzilərinə isə, ümumiyyətlə xəstəxanadakı xəstələr kimi”…
(Karamazov Qardaşları, Fyodor Dostoyevski)
Bil ki, qəlbimiz böyük olduğu müddətcə sevdiyimiz hər şey içinə sığar.
(Şəkər Portağalı, José Mauro de Vasconcelos)
Kitablar inandırmaq üçün deyil, düşündürmək üçün yazılır.
(Qızılgülün Adı, Umberto Eco)
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Tarix qaliblər tərəfindən yazılır. Və o vaxt ki, iki mədəniyyətin toqquşması baş verir, məğlubun üstündən xətt çəkilir. Qalibsə özünü mədh edən, məğlubu alçaldan tarixi kitablar yazır.
Da Vinçi Şifrəsi, Dan Brown
Bizi biz edən qabiliyyətlərimizdən çox seçimlərimizdir.
(Harri Potter və Fəlsəfə Daşı, J. K. Rowling )
Bənzər mövzular:
Axtarış sözləri: kitablardan sitatlar, kitab sözləri, kitablardan cumleler,
Salam bu cümlələr maraqlıdır zəhmət olmasa bunların davamı da gəlsin.
Adım:İsazadə Şəfa