[quads id=7]

Müdrik Kəlamlar və Aforizmlər

Mudrik kelamlar,Müdrik Kəlamlar və Aforizmlər, müdrik sözlər, menali sozler ve kelamlar
4
(27)

Müdrik Kəlamlar və Aforizmlər başlıq bu yazımızda bir-birindən mənalı sözlər yer alır.
Müdrik kəlamlar insanı düşündürən dərin mənaya və hikmətli sözlərə sahibdir.

Bir insanda əsas 3 şeyi axtarın: zəka, qəlb və dürüstlük. Əgər axırıncısı yoxdur, digər ikisini boş verin.

Məni kənardan qınayanlara sözüm yoxdu. Onsuz kənarda qalmaqları onlara bəs edir.  –Mark Twain.

Həyatda görəcəyiniz iş nə olursa olsun ərdəm olmayınca əldə edəcəyiniz hər şeyin edəcəyiniz hər işin sonunda utanc və pislik vardır. – Platon

Xarakter ağac, şan –şöhrət isə o ağacın kölgəsi kimidir. Biz çox vaxt kölgəni düşünürük, ancaq gerçək olan ağacın özüdür.  – Uilyam Linkoln

Qiymətli olan hər şey ölçülə bilməz, ölçülə bilən hər şey qiymətli deyil. – Albert Eynşteyn

Əgər həyatda həmişə xoşbəxt olsam, xəyalini quracaq nəyim qalar? – Fyodor Dostoyevski

Hər uşaq bir tərəfdən dahi, və hər dahi bir tərəfdən uşaqdır.  – Artur Şopenhauer

Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.  – Sokrat

Gözəllik gözdən könülə düşən közdür.  –Könül Bünyadzadə

Dərd, rahatlıq üçün çalışan insanla, kamillik üçün yaşayan insan arasıdındakı sərhəddi müəyyənləşdirir.

Tamahkarlıqla xoşbəxtliyin bir –birini tanımadığına təəccüblənməyin, çünki onlar heç vaxt rastlaşmayıblar.  – Bencamin Franklin

Müdrik Kəlamlar və Aforizmlər

Ağlamaq üçün gözdən yaş mı axmalı ?
Dodaqlar gülərkən, insan ağlamaz mı ?

Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır.  – Frensis Bekon

Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə. Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən.

Hər qışın ürəyində titrəyən bir bahar vardır. Hər gecənin örtüyünün arxasında təbəssümlə gözləyən bir şəfəq vardır.  – Xəlil Cübran

 Hər şey vaxtını gözləyər. Nə gül vaxtından öncə açar, Nə günəş vaxtından öncə doğar. Sənin olan sənə gələcək   

Dedilər ki, gözdən iraq olan könüldən də iraq olur. Dedim ki, könülə girən gözdən iraq olsa nə olur.  – Hz. Mövlana

İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək.  –

Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır.  –Budda

Mənəviyyatca zəngin adamlar – sadə, maddi imkan baxımından zəngin adamlar – təkəbbürlü olurlar.  – Əbu Turxan.

Ey insan! Öləcəyin günü bilmirsən, heç olmasa ölümlü olduğunu bil!  –Hz.Mövlanə.

sponsor 3

Yax­şı söz­lər da­nı­şıb əməl elə­mə­yən adam ət­ri ol­ma­yan gö­zəl çi­çək­lə­rə bən­zər. Çi­çək­lə­rin ət­ri kü­lə­yin axı­nı­na qar­şı ya­yıl­maz. Xe­yir­xah adam­la­rın ət­ri isə kü­lə­yin gəl­di­yi yer­lə­rə də ya­yı­lır.

Övladlarınıza varlı olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə ömürləri boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilmiş olarlar.  –

Qoy kül olum yana –yana…
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!  – Nazım Hikmət

Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar? Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Tək fərq sənsən.  – Şəms Təbrizi

Bizi güclü edən yediklərimiz deyil, həzm etdiklərimizdir.
Bizi zəngin edən qazandıqlarimiz deyil, mühafizə etdiklərimizdi.
Bizi məlumatlı edən oxuduqlarımız deyil, dərk etdiklərimizdi.
Bizi sevimli edən də başqalarına verdiyimiz nəsihətlər deyil, onları özümüzdə tətbiq etməyimizdir.  –

 Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir.  – Mövlana Cəlaləddin Rumi

Heç vaxt bir mismarı belə kiçik görməyin.. Çünki, bir mismar bir nalı, bir nal atı, bir at sərkərdəni, bir sərkərdə ordunu, ordu isə böyük bir ölkəni xilas edir!  – Çingiz Xan

İnsan necə də qəribədir !?
O var –dövlət qazanmaq üçün sağlamlığını itirir, sonra da sağlamlığını geri gətirmək üçün sərvətindən keçir.
O hazırkı vaxtında gələcəyin dərdini çəkir, amma gələcəkdə isə keçmiş vaxtları özləyir.
O elə yaşayır ki sanki heç ölməyəcək, amma elə şəkildə ölür ki sanki heç anadan olmamış.
Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın. – Viktor Hüqo

Açar sözlər: Mudrik kelamlar,Müdrik Kəlamlar və Aforizmlər, müdrik sözlər, menali sozler ve kelamlar

Bənzər sözlər:

Müdriklərdən Müdrik Sözlər
Dərin Mənalı Sözlər
Hikmətli Sözlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 27

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir