Bilik haqqında aforizmlər və sözlər

Elm bilik haqqinda aforizmler ve sozler
0
(0)

Tanınmış filosof, yazar və xadimlərin elm, bilik haqqinda aforizmler ve sozleri

Elm, yaxşı zamanlarda sərvət, pis zamanlarda bir sığınaq və yaxşı bir yol rəhbəridir.- Aristotel

Elmli olan güclü olar.- Əbülqasım Firdovsi

Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin. – Atalar Sözü

Təhsil xəzinədir,əmək onun açarı.  – Seyid Əzim Şirvani

Biliksizliklə heç vaxt öyünmək olmaz, biliksizlik gücsüzlük deməkdir. – Deni Didro

Elmsiz bir yaşar, elmli – min. – Atalar Sözü

Bilik sizə güc verər, ancaq hörməti xarakterinizlə qazanarsınız. -Brüs Li

Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox, düşünmək lazımdır. – Rene Dekart

Hər hansı bir elmin açarı sual işarəsidir.- Balzak

 Elm öyrənmək heç vaxt gec deyil.- İbn Sina

İnsanın pulu artdıqca düşməni,   elmi artdıqca dostu çoxalar.- Hz. Əli

Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. -Sədi Şirazi

Tərbiyə – nəfslə, təhsil – biliylə bağlıdır. İnsan yetkinləşdikcə bu iki proses bir-birini tamamlayır.- Viktor Hüqo

 Kitabın vərəqləri bizi aydınlığa çıxaran qanadlar kimidir.- Volter

 Əgər bizim uşaqlar əsil təhsil almaq istəyirlərsə, onlar mütaliə ilə təhsil almalıdırlar.- Nikolay Çernışevski

Bir cəmiyyətin mədəniyyət, incəsənət və fəlsəfəsini öyrənmək üçün o cəmiyyətin kitablarını oxuyub öyrənməliyik.- Samuel Smayls

 Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.
– Verner Heyzenberq

Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.-C. Robertson

Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.- Fyodor Dostoyevski

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. – Frensis Bekon

Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. -Napoleon Bonapart

sponsor 3

Qüvvət elmdədir, başqa cür heç kəs  Heç kəsə üstünlük eyləyə bilməz.     – Nizami Gəncəvi

Bilik haqqinda aforizmler ve sozler

Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.- Əbül Fərəc

Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar.- Əhvədi

Kim ki, elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir. -Nəvai

Müdriklik kitab oxumaqla deyil, insanı oxumaqla əldə edilir. -Hobbs

Böyük müəllimlər uşaqlara öyrənməyi öyrədirlər. Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. – Adolf Disterverq

Cəhalət (biliksizlik) – bu alaqaranlıqdır, orada pislik axtarılır. – Viktor Hüqo

Biliksiz müəllim susuz bulağa, işıqsız fənərə bənzəyir. -Y.A.Komenski

Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. -Leonardo da Vinçi

Hünər ağıldan, ürəkdən gəlirsə cəsarətdir.
Savadsızlıqdan gəlirsə bu cəhalətdir. -Mövlana

Şair – xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir. – Cübran

İstənilən elmi həqiqət üç mərhələdən keçir. Birinci mərhələdə ­ “bu ola bilməz”, ikinci mərhələdə ­ “bu ola bilər”, üçüncü mərhələdə “bunu hamı bilir” deyirlər. -Rezerford

Təhsil bizə əzbərləməyi deyil, düşünməyi və anlamağı öyrətməlidir. Əks təqdirdə, bilgili cahillər yetişdirməkdən başqa bir işə yaramayacaqdır.- Səbuhi Quluzadə

Cəmiyyət insanlara düzgün təhsil-tərbiyə vermədiyindən onların çoxu həyatda öz yerini tapa bilmir və məhv olurlar. -Deni Didro

Elmi olmayan bir bədən suyu olmayan bir şəhərə bənzər.- Şəms Təbrizi

Elm elm bilməkdir, elm özünü bilməkdir, sən özünü bilməzsənsə, bu nəcə oxumaqdır. -Yunus Əmrə

Cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz.- Xalid Hüseyni

21-ci əsrin cahilləri oxuma-yazma bilməyənlər deyil, öyrənməyən, öyrəndiyi səhvlərdən imtina etməyən və yenidən öyrənməyənlər olacaq.- Alvin Toffler 


Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım.


Nizami Gəncəvi

Bənzər Sözlər:


Axtarış sözləri: bilik haqqında aforizmler,Elm haqqinda aforizmler,biliyə aid aforizmlər,elm bilik haqqında aforizmlər və sözlər,bilik haqda aforizm ve sozler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir