Bir-birindən gözəl 7 Son zəng şeiri
“Son zəng” şeiri
Yenə son zəng çalınır,
Həm sevincdi, həm kədər.
Göz önündə canlanır,
Xatirələr nə qədər…
Ürəkləri titrədir
Son zəngin kövrək səsi.
Kimə “xoş gəldin” deyir,
Kimə vida nəğməsi…
Səslən, ey məktəb zəngi,
Qoy sənin doğma səsin
Gələcəyə çağırsın
Azad, yeni bir nəsli…
Sponsor Linklər
Əlvida, doğma məktəb,
Alqış gələn səhərə.
Heç nə itmir dünyada,
Dönür xatirələrə…
Gələcəyə gedən yol
Yalnız məktəbdən keçər.
Dahilər də müəllim
Əllərindən su içər…
Bir gələcək gözləyir,
Bir keçmiş yola salır.
Hara uçub getsək də,
Qəlbimiz burda qalır…
İlk müəllim – ilk sirdaş,
İlk sevgi, ilk ayrılıq.
Son zəng son nöqtə qoyur,
Gəlin daha ayrılaq…
“Son zəng” şeiri
Sənin isti qucağın ana qayğılı,
Nəfəsin mehriban, əzizdir bizə.
Verdiyin biliklə ucalardayıq,
Gərək yox tərifə, gərək yox sözə.
Bizə məbəd oldun, çox müqəddəssən,
Şagirdlər adını şərəfləndirdi.
Biz elmi öyrəndik müəllimlərdən,
Onlar savad verdi, bilikləndirdi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Nə desəm az olar şəninə, inan,
Məktəb yoldaşlarım dost olub mənə.
Həyatın ən əziz, şirin çağları,
Sözbəsöz yazılıb tale səhifəmə.
Bu gün sağollaşır onbirincilər,
Uğurlar diləyək həyatlarında.
Elm qapıları daim açılsın,
Günəştək parlasın sabahlarında.
Gülə, çiçəklərə bəzənib məktəb,
Nə gözəl yaraşır bər-bəzək sənə.
Şadlıqdan, gülüşdən çələng düzülüb,
Xoşbəxtlik çevrilib təbəssümünə.
“Son zəng” şeiri
Daha getməliyik, bağışla, məktəb,
Bu da son ayrılıq, bu da son vida.
Biz sənə əlvida deyə bilmirik,
Son zəng yerimizə deyir “Əlvida”.
Səninçün bitirmək xoşbəxt illəri,
Nə sadə, nə adi, nə asan, son zəng?!
On bir il yolunu gözləsəm belə,
İndi istəmirəm çalasan, son zəng.
Bu adi səs deyil, bu qəddar səsdi,
Bu səs bu son zəngin iniltisidi.
O xoşbəxt, qayğısız, gözəl illərin,
Ayrılıq nəğməsi, vida səsidi.
Bu son zəng hər şeyə nöqtə qoysa da,
Salsa da bizləri həsrətə, dərdə,
Ən gözəl məqamlar, ən gözəl anlar,
Hamısı yaşayır xatirələrdə.
Bu səs tənəffüsün səsi deyil ki,
Parlaq gələcəyin parıltısıdı.
Bizimlə əbədi ayrılıb gedən,
Ölən uşaqlığın xırıltısıdı.
Ayrılıq həsrəti çəkdiyin o an,
Səssizcə göz yaşı axanda olur.
Həyatda ən böyük həsrət, iztirab,
Dönüb uşaqlığa baxanda olur.
Daha getməliyik, bağışla, məktəb,
Bu da son ayrılıq, bu da son vida.
Biz sənə əlvida deyə bilmirik,
Son zəng yerimizə deyir əlvida.
“Son Zəng şeiri
Dayanın çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman -GƏL- deyə o doğma səsdə,
Bir hicran nəğməsi oxunacaqdır.
Zəngçalan nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir az da.
Bu məktəb, bu bina, bax, bu divarlar,
Mənim olmayacaq zəng vurulanda.
Hələ bir-birindən ayrı düşəcək,
Neçə könül dostum, yaxın yoldaşım.
O sarı köynəkli, gülərüzlü qız,
Daha olmayacaq sinif yoldaşım.
Qoyun, bir dəfə də -MƏNİMDİR- deyə,
Sinif otağımı süzüm doyunca.
Tələsmə zəngçalan, bunun üçün sənə,
Minnətdar olaram ömrüm boyunca.
Çağırsın lövhəyə məni müəllim,
Bir misal versin ki, asan olmasın.
Üç saat çalışıb, həll edim onu,
Tək arzum budur ki, zəng vurulmasın.
Ürəyim titrəyir yad elədikcə,
Məktəbə getdiyim o ilk çağımı.
De, burda necə qoyub gedim mən?
Arxası çantalı uşaqlığımı,
Durub cərgə ilə müəllimlərim.
Baxırlar üzümə sözü var kimi,
Bu doğma mehriban şən baxışlara.
ƏLVİDA deməyə dilim gələrmi?
Son zəngə aid şeirlər
“Son Zəng” şeiri
Müəllif : Tubu İmanova
İstəmirəm bu gün mənim
Son zəngimi kimsə çalsın
İstəyirəm xoş nəğməmiz
Göy üzünə qanadlansın
Son zəng! necə təsirlidir sənin səsin
Səndən necə xoş arzular əsirgəsin?
Arzum budur birdə duyaq
Bu səsin xoş ahəstəsin
Ali məktəb qarşısında
Yaşayaq xoş təntənəsin
Doğma məktəb !
Səndən necə ayrılım mən?
Axi məni neçə illər
Elim ədəb öyrətmisən
Ana kimi qarşılayıb
Çox mərhəmət bəsləmisən
Necə səndən ayrılım mən?
Ana məktəb əziz ocaq
Sənə əlvida söyləyir
11 illik övladların
Sinə dolu qucaq-qucaq
Yadımızdan çıxmayacaq
Ana məktəb doğma ocaq
Qəlbimizdə könlümüzdə
Əbədilik yaşayacaq.
“Son zəng” şeiri 2024
Çalınır sonuncu zəngimiz bu gün
Bir az sevinclidir bir az acıdır.
Qayğısız illərin bu son vidası
Yeni bir həyatın başlanğıcıdır.
Son zəngin səsiylə kövrəlir ürək
Doğma olmuşduq biz indi ayrılaq.
11il eyniydi arzularımız
Bundan sonra daha fərqli olacaq.
Aylar da illər də ötəcək ..qəlblər
Məktəb illərini unutmayacaq
Hər kəsin könlündə şirin və kövrək
Ən gözəl xatirə son zəng olacaq.
“Son Zeng” seiri
Əlvida deməyə gəlməyir dilim
Səninlə on bir il kecən günlərim
Həyatda ən gözəl məktəb illərim
Mənə yadigardı,bu günüm SON ZƏNG
İlk atdım ilk gəliş düşür yadıma
Yazmışdım o vaxtdı adın partama ,
İndi isə yazıram məktəb adına
Mənə yadigardı,bu günüm SON ZƏNG
Öyrətdi nələri məktəb bizdərə
Təşəkkür edirəm müəllimlərə
Elimi bəxş etdi hər tələbəyə
Mənə yadigardı,bu günüm SON ZƏNG
Unutmam bu zəngi əsla heç zaman
Ömürdə əbədi qəlbimdə qalan
Seymurun ömründə daim calınan
Mənə yadigardı ,bu günüm SON ZƏNG