Yatmış ilana dəymə.
– Atalar sözü
İlanın quyruğun basmasan, səni sancmaz. – Atalar sözü
İlanın ayağı yoxdur, yalanın kökü. – Atalar sözü
İlan qabığını dəyişər, ürəyini yox. – Atalar sözü
İlana süd də içirsən, zəhəri azalmayacaq. – Atalar sözü
İlanın başın düşmənin əlinnən əz. – Atalar sözü
Sponsor Linklər
Bir dəfə ilan çalanı, kəndir də qorxudar. – Atalar sözü
İlan qabığını dəyişər, xasiyyətini dəyişməz. – Atalar sözü
İlan öz əyrisini bilməz, deyər; dəvənin boynu əyridir. – Atalar sözü
İlan üçün yaxşı keçəndə, qurbağa üçün pis keçər. – Atalar sözü
İlanı öldürmək istəyirsənsə, başını tapdala. – Atalar sözü
İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur. – Atalar sözü
Həşərat çox olsa, hətta ilanı da məhv edər. – Atalar sözü
İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar. – Atalar sözü
Balaca ilanı da böyük ağacla vur. – Atalar sözü
İlan özü bilir ki, ayaqları haradadır. – Atalar sözü
Xoş sözlə ilan yuvadan çıxar. – Atalar sözü
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Dərisini dəyişən ilan təbiətini dəyişmir. – Atalar sözü
İlan nə qədər əyri olsa da, yuvasına düz gedər. – Atalar sözü
Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. – Atalar sözü
Suyu inək içir, süd əmələ gəlir, ilan içir – zəhər. – Atalar sözü
Kor ilan heç nədən qorxmaz. – Atalar sözü
İlan izini, ilan o saat bilər. – Atalar sözü
“Mən sancmıram” deyən ilandan qorx. – Atalar sözü
İlan nə qədər ki, balacadır – əz başını. – Atalar sözü
İlanı başından tutarlar. – Atalar sözü
İlanın balası zəhərsiz olmaz. – Atalar sözü
İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı. – Atalar sözü
İlan kəsilmiş quyruğunu unutmaz. – Atalar sözü
Hər yuvaya əlini salma: birində siçan var, birində ilan. – Atalar sözü
Yatana ilan da toxunmaz. – Atalar sözü
İnsan ilandan, ilan insandan qorxar. – Atalar sözü
İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar. – Atalar sözü
İlan öz zəhərindən ölmür. – Atalar sözü
İlanı əzirsənsə, ölüncə əz. – Atalar sözü
İlanın da yadında qalır ki, onun quyruğunu kim tapdayıb. – Atalar sözü
İlan deyir: “Məni düşmən kimi öldürsən də dost kimi basdır”. – Atalar sözü
Allah ilanın ürəyindəkini bildiyinə görə onu ayaqdan məhrum elədi.
– Atalar sözü
Axtarış sözləri: ilan haqqında atalar sözü,ilana aid atalar sozleri ilan haqqinda atalar sozleri ve menalari, ilan haqqında atalar sözləri, ilana aid atalar sözləri,ilanlar haqqında atalar sözləri
Bənzər Atalar sözləri:
Atalar Sözləri
Heyvanlara Aid Atalar Sözləri
Yaxşılıq və pislik haqqında atalar sözləri


Bu gözel atalar sözü olsun ilan haqqında
Əladırr🥰
Yaxşı ki varsınız siz olmasaz biz də olmarıq təşəkkür💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Əla Amma bəzi sözləri dəyişdiriblər.
Diyəsən MUHAAMDA KAŞĞARİ yəni türk dahi edib belə👍🏻
Çox gözəl bir ilan haqqında atalar sözləri ♥️💜🖤
Yaxşıdır ancaq mənaları yoxdur👍😎
yazanın əlinə sağlıq çox gözəldir
Çox sağolun 🧡