Ana haqqında atalar sözləri

Ana haqqında atalar sözləri 

Anadan əziz yenə anadır.

Hər kəs ağlar, amma analar başqa cür ağlar.

Analar bizi bu gün üçün doğub.

Ata-ananın canı övlada bağlı olar.

Analı quzu, Xınalı quzu.

Ana bir olduğu kimi vətən də birdir.

Ana o deyil ki – doğub, ana odur ki – böyüdüb.

Keçinin buynuzları böyüdükdə, daha anaya ehtiyacı yoxdur. – Buryat

Ata-ana qızı toya qədər qoruyur, ər – axıra qədər.

Anaya baxıb qızı, ataya baxıb oğulu tanıyarlar.

Ata evində anan yoxsa, getmə.

Ana torpağa baş əy, o sənə yüz qat mükafat verəcək

Pişik evə, it – sahibinə, uşaq isə anaya öyrəşir. – Çin

Lalın dilini anası bilər.

Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.

Öldürənin anası unudar, ölənin anası – yox.

Bir ananın yeddi uşağa çəkdiyi qayğı, yeddi uşağın bir anaya çəkdiyi qayğıdan çox olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *