Yurdumuzun təbiəti esse, Yurdumuzun tebieti
3.5
(14)

Yurdumuzun təbiəti esse

Bu məqalə Yurdumuzun təbiəti mövzusunda esse yazmağınıza yardım etmək üçün hazırlanıb. Olduğu kimi köçürməyin və çalışın ona öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq düşüncələrinizi bizimlə paylaş.


GİRİŞ

Azərbaycan, zəngin təbiəti ilə dünyada tanınan bir ölkədir. Qafqaz dağlarının ətəklərində, Xəzər dənizinin sahillərində yerləşən ölkəmiz əlverişli coğrafi mövqeyi və münbit iqlim şəraiti ilə seçilir,


ƏSAS HİSSƏ

Rəngarəng təbiəti, sıx meşələri, bol sulu çayları, soyuq bulaqları, başı qarlı dağları, gözoxşayan çəmənlikləri, min bir dərdin dərmanı mineral bulaqları və saymaqla bitməz gözəllikləri ilə cənnət diyarı yurdumuz görənləri heyrətləndirir. Ölkəmiz zəngin fauna və florası ilə Qafqazın Göz bəbəyidir.

Yurdumuzun gözəllikləri, poeziyaya, musiqi və nəğmələrə ilham mənbəyi olmuşdur. Bir çox yazar və şair, təbiətin gözəlliklərini öz əsərlərində tərənnüm etmişdir.

Dağlar və Yüksəkliklər

Azərbaycanın dağlıq əraziləri, xüsusən Qafqaz dağları, ölkənin simvolik rəmzlərindən biridir. Bu dağlar, həm gözəlliyi ilə, həm də biyoçeşidliliyi ilə diqqət çəkir. Quba, Qusar, Şahdağ və digər bölgələr, dağ turizmi üçün mükəmməl yerlərdir. Bu dağlarda yerləşən meşələr, müxtəlif bitki örtükləri və nadir heyvan növləri ilə zəngindir.

Çaylar və Göllər

Ölkəmizin su ehtiyatları da geniş çeşidli ekosistemlərin yaranmasına səbəb olmuşdur. Kür, Araz, Gəncəçay və digər çaylar, yalnız içməli su mənbəyi deyil, həm də balıqçılıq və əkinçilik üçün böyük əhəmiyyət kəsb edir. Kür çayı, eyni zamanda ölkəmizin mədəniyyətində mühüm yer tutmuşdur. Onun sahilində yerləşən şəhərlər, tarixən ticarət və mədəniyyət mərkəzləri olmuşdur. Ölkənin ən sevilən dağ gölü olaraq şeirlər, rəsm əsərləri və musiqilərdə təsvir olunan Göygöl gölü payızda qızılı rəngə boyanan qalın yaşıl meşələrlə əhatə olunmuşdur. Kəpəz dağının ətəyində yerləşən Göygölün yerləşdiyi ərazidə bir-birindən maraqlı, irili-xırdalı 19 göl var. Bunlardan biri də Maralgöldür ki, o öz gözəlliyi ilə olduqca göz oxşayır. Şirvan gölü, həm də köç edən quşların sığınacaq yeri kimi tanınır.

Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Kəlbəcər rayonundakı İstisu, Naxçıvan
MR-dakı Badamlı, Sirab mineral suları respublikamızdan çox-çox uzaqlarda məşhurdur.

İqlim və Bitki Örtüyü

Azərbaycanın iqlimi müxtəlifliyi və rəngarəngliyi ilə seçilir. Azərbaycanın əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.Quba bölgəsində mülayim iqlim, Lənkəran sahilində subtropik iqlim, Naxçıvanda isə quraq iqlim hakimdir. Bu müxtəlif iqlim şəraiti, müxtəlif bitki örtüklərinin yaranmasına imkan tanıyır. Qafqaz dağlarında, palıd, qoz, fıstıq ağacları, meşəliklərdə isə çinar və kəklikotu kimi bitkilər rast gəlinir. Lənkəran sahilində isə çay, sitrus meyvələri və digər tropik bitkilər yetişir. Bu zəngin bitki örtüyü, ölkəmizin biyoçeşidliğinin artırılmasında mühüm rol oynayır.

Azərbaycanda 240 endemik bitki növü mövcuddur (Eldar şamı, Lənkəran akasiyası və s.)

Meşələrimiz əsas üç ağac növündən – fıstıq, vələs və palıddan ibarətdir. Onlar bütün meşə
örtüyünün 85 faizindən çoxunu təşkil edir

Təbii Qoruqlar və Parklar

Yurdumuzun təbiətinin qorunması üçün bir sıra qoruq və milli parklar yaradılmışdır. Şirvan Milli Parkı, Qızılqaya Qoruğu və Qobustan Milli Parkı, həm ekoturizm, həm də biyoçeşidliliyin qorunması baxımından əhəmiyyətlidir. Bu parklarda yaşayan nadir heyvan növləri və bitkilər, ölkənin təbii irsini qorumaq məqsədilə xüsusi mühafizə altına alınmışdır. Eyni zamanda, ekoturizm təşviqləri, insanların təbiətə olan sevgisini artırmaqla yanaşı, onun qorunmasına da yardımçı olur. Ölkəmizə gələn turistlər burdan doymur, bir daha səbrsizliklə bu cənnət diyarını ziyarət etmək istəyir,


NƏTİCƏ

Tanrı Vətənimizə bir-birindən ecazkar və bənzərsiz təbiət əsərləri bəxş edib. Təbiətimiz sərvətimizdir. Yurdumuzun təbiəti, gözəlliyi və zənginliyi ilə seçilir ki, bu da bizə böyük turizm potensialı verir . Dağlar, çaylar, göllər və meşələr, yalnız estetik baxımdan deyil, həm də ekosistemlərin qorunmasında və insan həyatında əhəmiyyətli rol oynayır. Bu təbii sərvətləri qorumaq, gələcək nəsillərə sağlam bir mühit saxlamaq üçün biz hər birimiz məsuliyyət daşıyırıq. Yalnız birgə səylərlə, yurdumuzun təbiətini qoruyub saxlaya bilərik. Bu, həm bizim, həm də gələcək nəsillərin sağlamlığı və rifahı üçün vacibdir. Son sözləri bu gözəl misralarla bitirək:

Dağlarımın bəyaz qarı,
Düzlərimin ilk baharı.
Bağ-bağatın şirin barı
Azərbaycan təbiəti!

Qobustanın qayasıdır,
Göygölümün boyasıdır.
Şeir, sənət dünyasıdır
Azərbaycan təbiəti!


Bənzər mövzular:

Axtarış sözləri: yurdumuzun təbiəti haqqinda insa,yurdumuzun təbiəti esse,yurdumuzun təbiəti haqqında esse,yurdumuzun tebieti haqqinda insa,yurdumuzun təbiəti inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.5 / 5. Səs sayı: 14

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir