Müasir avtomobil haqqında esse

Avtomobilin ixtira olunma tarixi haqqında inşa
0
(0)

Bu məqalə Müasir avtomobil haqqında esse yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.


GİRİŞ
Elm və texnologiyanın sürətli inkişafı ilə avtomobillər ildən-ilə təkamül edərək, daha müasir, sürətli və konfort hala gəlmişdir.



ƏSAS HİSSƏ

Yaşadığımız texnologiya əsrində müasir avomobillər göz oxşayan interyeri, yüksək keyfiyyəti və sürəti ilə seçilir. Modern avtomobillər arasında AUDI, BMV, Mercedes, Hyundai və KIA kimi düyaca məşhur markalar üstünlük təşkil edir. Bu markaların hər biri öz xüsusiyyətlərinə və üstün tərəflərinə görə fərqlənir və sevilir.

Ötən əsrdə elmi-texniki inqilabın baş verməsi və sənayedə tətbiqi ilə avtomobillərin də sürətli inkişafı və modernləşməsi baş verdi. Müasir avtomobil ifadəsi nisbi anlayış olub zamanla dəyişir. Bu anlayışın hər dövrdə özünə görə tələb və ehtiyacları olur. Məsələn 10-20 ilin müasir avtomobil anlayışı ilə indininki arasında fərqlər mövcuddur.

Artıq müasir avtomobillər dedikdə təkcə sürət, estetika və komfort deyil, həm də nə dərəcədə ekologiya dostu olması da nəzərə alınır. Bildiyiniz kimi, benzin və dizel ilə işləyən avtomobillər ətraf mühitə karbon qazlar buraxaraq havanı çirkləndirir. Elektrik ilə işləyən avtomobillər isə daha çox təbitə dostu olub, ətrafa karbon qazı buraxmır və ekologiyanı qoruyur.
Müasir avtomobillər arasında elektriklə işləyənlərin sayı və həcmi ildən-ilə artmaqdadır.

Yaxın gələcəkdə hər kəsin benzin və dizelli mühərriklərdən imtina edib, elektrikli maşınları istifadə edəcəyi gözlənilir. Hətta elektriklə işləyən uçan maşınlar kəşf edilmişdir. Ancaq onların istehsalı və satışı hələ ki, həyata keçirilmir. Çünki, üzərində testlər aparılır, daha da təkmilləşdirlir. Bunlarla bərabər sürücüsüz avomobillərin yaxın gələcəkdə ən müasirlərindən biri olacağı gözlənilir. Özü-özünə idarə olunan bu cür ağıllı maşınlar üzərində də hələki sınaqlar aparılır. Xüsusilə də Google şirkəti bu baxımdan fərqlənir və o gələcəyin avtomobillərinin əsas istehsalçılarından biri olmaq niyyətindədir. Ümid edirəm ki, nə vaxtsa vətənim Azərbaycan da müasir avomobil istehsal edən ölkəyə çevrilər və idmanda, mədəniyyətdə olduğu kimi texnolgiyada da öz sözümüzü deyər, dünyada tanınarıq.



NƏTİCƏ

Texnologiya az qala işıq sürəti ilə inkişaf edir və bu inkişafın nəticəsində avtomobillərə yeni özəlliklər, innovasiyalar tətbiq olunur və onlar ən müasir vəziyyətə gətirilir.

Müasir avtomobil haqqında esse


Bənzər mövzular:

Axtarış sözləri: Muasir avtomobil haqqinda esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir