gulmel letifeler ve aniktodlar gulmeli letife

Sponsor

4.1
(10)

1) Ata Əliyə:Bugün məktəbdə nə etdiniz?
Əli:Kimya dərsində partlayıcı hazırladıq
Ata: Sabah məktəbdə nə edəcəksiz?
Əli: Hansı məktəbdə?


2) Səhrada ölmək üzrə olan adam sürünür. Təsadüfən ordan cip keçir. Adamlar onu görüb köməyə çalışırlar:
“Su, tez olun.”
Ona fincanda su gətirirlər. Can veren kişi gözlərini güclə açıb soruşur:
“Qaynadılmışdır?”


3) Çukça yol ilə gedir. Tanışı soruşur:
Hara gedirsən?
İynə vurdurmağa!
Poliklinikaya?
Yox, özümə!


4) Cərrah narkozdan ayılmış xəstəyə deyir:
-Əməliyyat uğurla başa çatdı.
Xəstə:
-Çox sağ olun, həkim! Amma mən bura krantı düzəltməyə gəlmişdim.


5) Bir dəli gəlib dostlarına danışır:
-Dünən taksi şoferinə atdım
-Necə?
-Pulu verdim, ama minmədim


6) Bir gün biri gəlir həkimə:
-Həkim yaddaşımı itirirəm, kömək eləyin.
Həkim:
-Hm.. Tez-tez itirirsiniz?
Xəstə:
-Nəyi ay həkim?
Həkim:
-Yaddaşınızı
Xəstə:
-Yaddaş nədir?


7) Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq.
Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir anası deyir qab gətir,
qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir hansı atamı?


8) Qadın mağazada xalça seçir:
-mənə rahat bir xalça lazımdır,uşaq otağı üçün,çirkləndiyi tez bilinməyən
-neçə uşağınız var?
-altı
o….onda siz otağı asfaltlasanız daha yaxşı olar.


9) Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş.
Bu da soruşur ay qardaş suda batmaram ki? Alkaş deyir yox.
Bu suya girir batır boğula-boğula deyir: bəs deyirdin su dərin deyil?
Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.


10) Qaz idarəsindən bir işçi hansısa bir qapını döyür və qapını balaca oğlan uşağı açır. Kişi uşaqdan soruşur:
Atan hanı?
Atam tankın altında qalıb.
Bəs anan hanı??
Anam da tankın altında qalıb.
Aaaa yazıq uşaq((( A bala başqa böyük yoxdu evdə??
Nənəmdi o da tankın altında qalıb.
Bəs sən balaca uşaq evdə tək neyləyirsən?? – – TANK SÜRÜRƏM!!!


Gülməli Lətifələr və aniktodlar

11) Müəllim məktəbdə uşağın dəftərinə oğlunuz çox danışır yazıb evə yollayır. Atası bunu oxuyub aşağıdan yazır:
-Bu nədir ki? Siz hələ anasını görməmisiniz)))Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:


12) Baba ilə nəvə yol gedirmişlər. Qarşıdan müəllimə gəlir.
Baba: Qaç gizlən 2 gündü məktəbə getmirsən.
Nəvə: Baba, sən qaçe. Demişəm ki, sən ölmüsən.


13) Bir gün dəli polisə zəng edib deyir:
-Burda 500 ölü var.
Polis:
– Harda?
Dəli: Qəbirsanlıqda..


sponsor 3

14) Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.


15) Müəllim dərsdə soruşur:
Uşaqlar balıqlar niyə danışmaz
Bu sualı həç kəs cavablandıra bilməz.
Əli qalxar və suala cavab vərər:
Müəllim sizin başınızı suya soxsam danışa bilərsiniz,,,??


16) -Bu nədi? Sənə nə olub?
-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?”
-Nə olsun ki?
-Heeeç . Bu gün biri tapdı.


17) Birinci gün birinci sinif şagirdləri dərsə gəliblər. Müəllimə başa salır:
Uşaqlar siz dərsə gəlmisiniz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, əlinizi qaldırın!
Bir oğlan əlini qaldırır.
-Nəsə soruşmaq istəyirsən?
-Yox, sadəcə yoxlamaq istəyirəm sistem necə işləyir?


18) Məktəbə gecikən uşaqdan müəllimi soruşur:
-Niyə gecikdin?
-Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən…
-Nə?
-Yazılmışdı ki qabaqda məktəb var yavaş gedin.



19) İki professor universitetdə söhbət edir:
-Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
-Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
-Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.


20 ) Mamed Amerikaya dostunun evinə gedir. Girir tualetə əlin yumağa, qapı bağlanır aça bilmir dostun çağırır ki, bəs qapı açılmır dosdu deyir ki, krantı 2 dəfə aç bağla qapı açılacaq. Bu Mamedin çox xoşuna gəlir. Vətənə qayıdandan sonra öz evinə də bu sistemi düzəltdirir. Günlərin bir günü həmin dostu gəlir Bakıya Mamedin evinə qapını döyür. Qapını Mamedin arvadı açır. Dosdu soruşur ki, bəs Mamed hardadır? Arvad deyir ki, onun boyun qara yerə soxum, 3 gündür sular kəsilib qalıb tualetdə.

Bənzər Mövzular:

Maraqlı faktlar
Maraqlı suallar
Məşhur Azərbaycan filmlərindən sitatlar
Güldürən Sözlər, Gülməli Sözlər


Axtarış sözləri: gülməli aniktodlar,maraqli letifeler,gulmeli letifeler azerice,gulmeli letifeler,mırt lətifələr,aniktotlar gülməli lətifələr,gülməli lətifələr yazılı,maraqlı lətifələr,ən gülməli lətifələr,qısa lətifələr,lətifələr gülməli,gülməkdən öldürən lətifələr,gülməli lətifələr,gülməli lətifə,gulmeli letife,Gülməli Lətifələr

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir