İnsan insanın dostu yoldaşıdır haqqında esse yazmağınıza yardım etmək üçün bu məqaləni hazırladıq. Olduğu kimi köçürməyin və çalışın inşaya öz fikirlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaş.
GİRİŞ
Dost bizim sirdaşımız, yol yoldaşımız və çətin günlərdə əsas dayağımızdır. O, müqəddəs və əziz nemətdir.
ƏSAS HİSSƏ
Dostluq hər bir insan üçün mənəvi sərvətdir. Bizlər hər kəslə yoldaş ola bilərik. Dostluq isə daha özəl və əvəzolunmazdır. Həqiqi dost bizim həm xoş, həm çətin gündə yanımızda olandır. Bir dahinin dediyi kimi:
Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar.
Dostların yanında biz özümüzü rahat və güvəndə hiss edirik. Onlar varlıqlarıyla bizə hüzur və sevinc bəxş edirlər. Dostlarımızla vaxt daha əyləncəli və maraqlı keçər. Belə anlarda zamanın necə keçdiyini bilmərik.
Sponsor Linklər
Dost dostun aynasıdır. Bu həqiqətən də, belədir. Deyir. dostunu mənə göstər deyim sən kimsən. Biz hər zaman özümüzə uyğun dostlar seçirik. Zövqlərimiz, arzu və istəklərimiz eyni və ya oxşar olur. Bu bənzərlik doslar arasındakı bağlılığı daha da gücləndirir.
Dost olmağı bacarmaq da bir insani keyfiyyətdir. Dostluğun əsas təməlində xeyirxahlıq, dürüstlükdür və vəfa vardır. Bunlar olmadan dostluq da olmaz. Dostlar nə qədər xeyirxah, dürüst və vəfalıdırsa, dostluqları da bir o qədər möhkəm və sarsılmazdır. Bu cür dostlar, min dosta, yoldaşa dəyər.
Dostluqların ən böyük düşməni isə, yalan və paxıllıqdır. Atalar deyib ki,dost dar gündə tanınar. Məncə əsl dost yalnız dar gündə deyil, həm də xoş gündə tanınar. Çünki, dost kimi görünən elə adamlar olur kİ, onlar çətin günlərdə yanımızda olsalar da, xoş günlərdə, uğurlu və xoşbəxt anlarımızda yanımızda olmurlar. Dostun dərdinə kədərlənə bilərsən. Bu asandır; amma dostun uğuruna sevinə bilmək, möhkəm bir xarakter və ürək tələb edir.
Qazanılan var-dövlət bir andaitirilə bilər. Alınan mülklər, əşyalar zamanla köhnələ və xarab olar. Ancaq əsl dostlar bir ömür bizimlə birgə olar, dar gündə öz maddi və mənəvi dəstəyini bizdən əsirgəməz. Bu cür dostları bəzən zaman və məkan bir-birindən ayırsa da, dostluqları əsla bitməz. Dostluğun dəyərini, qədrini bilməyənlər hər zaman dostsuz qalarlar. Dostluğu bacarmayanlar, yalnız düşmənçik etməyi yaxşı bilənlər həm də özlərinə düşməndirlər.
Bir sözlə insan özünə dost da qazana bilər düşmən də. Düşmən qazanmaq və düşmənçilik etmək asandır. Əsas bacarıq və hünər dost qazanmaq, vəfalı əsl dost ola bilməkdir.
NƏTİCƏ
Dostsuz bu həyatı yaşamaq çətindir. Əgər əsl dosta sahibsənsə, onun qədrini bil və itirmə. Bu cür dostlar, həyatın bizə bəxş etdiyi ən gözəl və dəyərli hədiyyədir.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bənzər mövzular:
İnsan insanın dostu yoldaşıdır esse
Axtarış sözləri: insan insanin dostu yoldasidir esse