Kimi mənəviyyatlı insan saymaq olar esse

Kimi mənəviyyatlı insan saymaq olar esse
4.4
(24)

Burdakı məqalə Kimi mənəviyyatlı insan saymaq olar mövzusunda esse yazmağına yardım edəcək. Esse sənə fikir vermək məqsədiylə yazılıb. Çalış ki, ona öz fikir və sözlərini də əlavə edəsən. Sonda şərh yazaraq öz düşüncələrini bizimlə paylaş.


Giriş
Mənəviyyat insani keyfiyyətlərin məcmusudur. Sevgi, dürüstlük, vicdan, ədalət, anlayış və hörmət kimi keyfiyyətlər mənəviyyatın əsasıdır.



ƏSAS HİSSƏ
O insanı mənəviyyətlı saymaq olar ki, o vicdanlı, ədalətli, dürüst və sevgi dolu xeyirxah biridir. Mənəviyyatı zəngin insanlar, hər zaman doğruluqdan və yaxşılıqdan yanadırlar. Bu cür insanlar insanlığı hər zaman və hər şeydən üstün tuturlar. Onlar öz xaraətrafındakı insanlar üçün örnək və nümunədirlər. Uca Yaradan da məhz insandan belə ola tələb edir.

Özü bir sözü bir olan, verdiyi sözlərə əməl edən, doğurluğu və vicdanı özünə rəhbər adamları mənəviyyatlı saymaq olar. Onlar bu xarakterləri ilə, cəmiyyətdə az yer tutsa da, ən güvənilən və etibar olunan insanlardır. Bu cür adamlar həm də mərhəmətli və səxavətli ürəkləri ilə digərlərindən seçilirlər. Yaxşılıq edərkən belə təmənnasız edir, qarşılıq gözləmirlər. Həmçinin mənəviyyatı yüksək insanlar ana təbiətə, onun canlılar aləminə sevgi və hörmətlə yanaşır, onları qoumağa çalışırlar. Onlar dərk edirlər ki, təbiət insanlar daxil bütün canlıların ortaq anasıdır, doğma evidir.

Mənəviyyatlı insanlar incənətə, şeir və ədəbiyyata bağlı olurlar.Bütün bunlar onların ruhunu qidalandırır, mənəvi dünyalarına zənginlik və gözəllk qatır. Zəngin mənəviyyata sahib insanlar böyük dünya görüşünə, bilik və həyat təcrübəsinə sahib olur. Onlar kitablarla mütaliə etməyi, milli və klassik musiqilər dinləməyi çox sevirlər. Bu cür insanlarla söhbət etmək, birgə vaxt keçirmək hər zaman xoş və maraqlı olur.

Mənəviyyatlı insan həm də öz doğma elini,vətənini sevən insandır. Onların vətən eşqi sözdə deyil, əməldə özünü bəlli edir. Belə ki,onlar bu vətənin, bu dövlətin daha inkişaf etməsi, gözəlləşməsi üçün canla başla çalışırlar. Bu cür fədakar adamların sayı çox olmasa da, cəmiyyətdə böyük rola və təsir gücünə sahibdirlər.

Artıq elə bir dövrdə yaşayırıq ki, mənəviyyatlı bir insan olmaq və elə birisi olaraq qalmaq böyük hünər, zəhmət və iradə tələb edir. Acgöz, yalançı və hiyləgər olanlar isə mənəviyyatdan yoxsul kimsələrdir. Onlar hər zaman maddiyyatı mənəviyyatdan üstün tutur, ancaq öz mənafeləri üçün yaşayırlar. Belələri maddi baxımdan zəngin belə olsalar, insanlıq baxımından yoxsuldurlar. Çünki, bir insan mənəviyyatını itiribsə, demək o artıq insanlığını da itirib.


NƏTİCƏ
Bizi yaşadan, bizi insan edən mənəviyyatdır. İnsan nə olursa olsun, öz mənəvi dəyərlərini itirməməli, onu qorumalıdır. Hər kəs sevgiylə çalışıb öyrənərək, özünü inkişaf etdirərək zəngin mənəviyyata sahib bir insan ola bilər. Bu dünya məhz məvəviyyatlı insanların əməyi və zəhməti nəticəsində inkişaf edir, gözəlləşir.

Kimi mənəviyyatlı insan saymaq olar esse


Bənzər mövzular:

Axtarış sözləri: kimi mənəviyyatlı insan saymaq olar ? inşa,kimi meneviyatli insan saymaq olar insa,kimi meneviyyatli insan saymaq olar movzusunda esse,kimi meneviyyatli insan saymaq olar haqqinda insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.4 / 5. Səs sayı: 24

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir