Bu məqalə “Ulu Öndər Heydər Əliyev haqqında esse yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Heydər Əliyev əsl liderlik keyfiyyətlərinə və müdrikliyə sahib siyasətçi olmaqla bərabər həm də xalqını sevən əsl vətənpərvər idi. Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər öz istedadı, cəsarət və qətiyyəti ilə vətənin gözəl gələcəyi üçün çalışmış, buna bir ömür fəda etmişdir.
ƏSAS HİSSƏ
Hər millətin tarixə öz damğasını vurmuş böyük şəxsiyyətləri və dahiləri olur. Hansı ki, dünya onunla həsəd aparır, milləti onunla fəxr və qürur duyur. Azərbaycan deyəndə şüphəsiz ağıllara ilk Heydər Əliyev düşür. Müasir Azərbaycanın qurulması və inkişafı onun adı ilə bağlıdır. Bu dövlətin və xalqın yeni bir baharı yaşaması Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladı. O, Azərbaycanın ən çətin günlərində vətənin dadına çataraq xalqının əsl xilaskarı və qəhrəmanı oldu. Türkiyə üçün Atatürk kimdirsiə, Azərbaycan üçün Heydər Əliyev də odu: Dahi qurucu və böyük qəhrəman.
Bir işıq doğdu yurda
O vətənə gələndə
Səs verdi millətinə,
Söz verdi millətinə.
Yaratdı Azərbaycan.
Hüzür dolu bir məkan.
Öpdü ulu bayrağı,
Öpdü Quran kitabın.
Azərbaycan adını
Azərbaycan adına
Yaydı dünyalara.
Heydər hakimiyyətə gəlişinin ilk ilindəcə xalqı üçün ən ideal, ən doğru namizəd olduğunu müdrik siyasəti və qurduğu düzgün strategiyası ilə milyonlara sübut etdi. O, ölkədə hakimiyyət uğruna gedən savaşa son verdi, xaos və qeyri-sabitliyi ortadan qaldırdı. Düşmən qüvvəllərin ölkəni bir-birini qatmaq, zəiflətmək və dağıtmaq niyyəti Heydər Əliyevin siyasi istedadı sayəsində puç oldu. Heydər, Azərbaycanı potensial vətən müharibəsində qurtardı. Xalq onun sayəsində sülhə və səadətə qovuşdu. O, xalqının gözündə əsl qəhrəman və lider idi.
Sponsor Linklər

Ulu öndərimiz çox yaxşı bilirdi ki, ölkənin inkişafı və güclənməsi üçün öncə daxildəki problemləri. hərcmərcliyi və özbaşınalıqları aradan qaldırmaq lazımdır. Bu onun uzaqgörənliyinin və dahiliyinin təcəssümüdür.
Düşmənlə atəşkəsin imzalanmasında əsas məqsəd,öncə ölkənin hərbi, siyasi və iqtisadi gücünü artırmaq idi. Çünki Azərbaycan yeni müstəqillik əldə etmişdi və öz gücünü toparlamadan, ölkədə siyasi sabitlik yaratmadan inkişafa nail olmaq mümkün deyildi. Bu həm də ikinci Qarabağ müharibəsinə hazırlıq üçün atılmış dahiyanə addım idi..
Onun təşəbbüsü ilə böyük dünya dövlətləri və şirkətləri ölkəyə dəvət olundu 1994-cü ilin sentyabrın 20-də Əsrin müqaviləsi imzalandı. Məhz bu müqaviləylə Azərbaycan qara qızılı dünya bazarına çıxdı və iqtisadi gücümüzün inkişaf dövrü başladı.
Heydər Əliyev əsl şəxsiyyət olaraq həm də elm və təhsilə, incəsənət və əbəbiyyata həmişə böyük diqqət və qayğı göstərirdi. Xüsusilə müəllimləri, elm adamlarını, incəsənət nümayəndələrini tez-tez ziyarət edir, onların şəraiti ilə maraqlanır, ehtiyac və problemlərini öyrənib həll edirdi.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,
Heydər Əliyevin faəliyyəti nəticəsində təhsil, səhiyyə, iqtisadiyyat, incəsənət sahələri yenidən canlanmış, öz inkişaf yoluna qədəm qoymuşdur.
Ulu Öndər daim Azərbaycanlı olmağıyla qürur və iftixar duyurdu. O, Azərbaycanın zəngin mədəniyyətinə, musiqisinə, tarixinə olan heyranlığını daim dilə gətirir və hər bir azərbaycanlının bunu dərk etməsi, fərqində olmasını istəyirdi. Gələcəyimiz olan gənclərimizə bunun aşılanması üçün məqsədli və planlı işlər gördürdü.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!” kəlamı da buna bariz nümunədir.
Heydər Əliyevin də Azərbaycan övladı olduğun üçün biz hər birimiz onunla fəxr edirik. O da bizlər üçün qürur və fəxr mənbəyidir.
Ulu Öndər elə bir şəxsiyyət idi ki, təkcə öz xalqının deyil, həm də bir çox dünya liderinin hörmət və sevgisini qazanmışdı.
Bu gün qazandığımız Qarabağ zəfərinin təməllərini məhz Heydər Əliyev qoymuşdur. Orduda nizam-intizam yaratmış, müasir hərbi məktəblər,hərbi hissələr tikmiş, yeni silah və təchizatlarla təmin olumuş yeni ordu qurmuşdur. Onun ordu quruculuğunu və siyasətini İlham Əliyev uğurla davam etdirərək bizlərə tarixi zəfəri bəxş etmişdir.
2003-cü il 12 dekabr tarixində Ulu Öndər əbədiyyətə qovuşdu. Bu Azərbaycan üçün böyük itki idi. Ancaq onun müdrik siyasəti, Azərbaycan üçün gördüyü böyük işlər, söylədiyi dərin kəlamlar daim yaşayır və yaşayacaqdır. Onun adı mahnılarda, əsərlərdə, tarix kitablarında yaşayır. Ulu Öndər təkcə tarixdə iz qoymadı. O, həm də könülləri fəth edərək ürəklərdə iz qoydu. Ulu Öndər milyonlara insanın ürəyində və xatirələrində yaşayır və yaşayacaqdır.
NƏİTCƏ
Heydər Əliyev daim xalqı üçün çalışdı, xalqı üçün yaşadı. Bununla da milyonlarla azərbaycanlının sevgisini, güvənini və hörmətini qazanmağı bacardı. Bunun özü də ən şərəfli və böyük uğur idi. Ulu Öndər adını tarixə qızıl hərflərlə yazdı. Onun bənzəri yoxdur və ola da bilməz. Heydər Əliyev kimi dahi siyasətçi bir daha dünyaya gəlməyəcək.
Dahilər ölmürlər, ölümüsüzdürlər. Tarixdə iz qoyanlar əbədi tarixdə qalacaqlar.
Ulu Öndər Heydər Əliyev haqqında esse
Bənzər mövzular:
- Heydər Əliyev haqqında məlumat
- Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər
- Heydər Əliyevin Anım Gününə Aid Şeirlər
- Heydər Əliyevin tarixə düşən müdrik kəlamları
Axtarış sözləri: Heydər Əliyev haqqında inşa yazılar,ulu onder Heyder Eliyev haqqinda esse,Heydər Əliyev haqqında esse,ulu öndər Heydər Əliyev haqqında esse,Heydər Əliyev haqqında inşa,ulu öndər haqqında inşa ,Heydər Əliyev inşa,Heyder Eliyev haqqinda insa


One Comment