her sey vetendas ucun haqqinda insa,her sey vetendas ucun esse,her sey vetendas ucun movzusunda insa
3.9
(8)

Bu məqalə Hər şey vətəndaş üçün haqqında esse  yazmağınıza yardım edəcək. Esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq düşüncələrinizi bizimlə paylaşın.

GİRİŞ

Dövlət vətəndaşı üçün vardır, vətəndaş da dövləti üçün. Dövlətin siyasəti və fəaliyyəti vətəndaşlarının maraq və ehtiyacları, onların gələcəkləri üzərinə qurulur.  

ƏSAS HİSSƏ

Dövlət tərəfindən həyata keçirilən layihələr, qəbul edilən qərarlar, qanunlar və digər bütün işlər vətəndaşların ehtiyaclarına xidmət edir. Onların ehtiyaclarını ödəmək və problemlərini həll etmək dövlətin əsas prioretlərindən biridir.  Bunun üçün də dövlətimiz tərəfindən nazirliklər, icra orqanları, Asan xidmət mərkəzləri və digər dövlət strukturları yaradılır, fəaliyyəti tənzimlənir.  Bu strukturların hər birinin əsas vəzifəsi vətəndaşa layiqli xidmət etməkdir.

Dövlətin diqqət və qayğısının nəticəsidir ki, ölkədə son 20 ildə böyük yenidənqurma və bərpa işləri görülür. Yeni parklar salınır, yollar çəkilir, körpülər inşa edilir, müasir məktəb və xəstəxanalar tikilir, Köhnələrində isə bərpa işləri aparılır.  Bütün bu yeni məktəblər, xəstəxanalar, yollar, körpülər və digər infrastukturların  hər birisi vətəndaş üçündür.

Vətəndaşın haqq və hüquqlarının qorunması, müdafiə edilməsi dövlətin bir digər əsas vəzifəsidir. Bu məqsədlə  ölkə rəhbəri tərəfindən qanun və fərmanlar qəbul edilir, məhkəmə orqanları yaradılır və fəalliyyət göstərir. Əgər Azərbaycan vətəndaşının haqq və hüquqlarının pozulması halı aşkar edilərsə, bu zaman müvafiq qanunvericiliyə uyğun olaraq cəza tətbiq olunur və vətəndaşın hüququ bərpa edilir.  Hər birimizin haqq və hüquqlarını məhz dövlət qoruyur və mühafizə edir.

Azərbaycan dövləti öz vətəndaşlarının sosial və mənəvi ehtiyaclarının ödənməsi üçün planlı və məqsədli işlər görür. Ölkədə tibbi siğorta yaradılıb və tətbiq olunmaqdadır. Hansı ki, insanlar pulsuz bir sıra tibbi xidmətdən və dərmandan istifadə edəcək.


Son illər vətəndaşlar üçün yaradılmış ən uğurlu layihələrdən biri də Asan xidmət mərkəzləridir.
Prezident İlham Əliyevin  2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılan bu mərkəzlərin əsas məqsədləri:

  • vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması;
  • peşəkarlıq səviyyəsinin artırılması;
  • dövlət strukturlarına etimadın daha da gücləndirilməsi;
  • vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması;
  • şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi;
  • bu sahədə aparılan islahatların səmərəliliyinin artırılması.

Asan xidmət mərkəzləri bütün vətəndaşların  rahat və asan bir şəkildəcə öz işlərini həll etmələrinə, problemlərin öhtəsindən qısa müddətdə gəlmələrinə yardım edir.

Dövlətin əsas vəzifələrindən biri də vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Onların daxili və xarici təhlükələrdən qorunması üçün polis bölmələri, əsgərlər və digər təhlükəsizlik orqanlarının işçiləri gecə-gündüz çalışırlar. Bütün bunlar vətəndaşların əmin-amanlığı və sabitliyi üçündür.

Əlbəttə dünyada ideal dövlət yoxdur. Yəni ki, hər bir vətəndaş hansı dövlət yaşayır yaşasın, müəyyən problemlərlə və çətinliklərlə üzləşir.  Ölkəmiz müstəqilliyinin ilk illərində siyasi və iqtisadi problemlərlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin düzgün siyasəti və qərarları nəticəsində  Azərbaycan vətəndaşı bu ağır vəziyyətdən üzüağ çıxmışdır. 34 illik müstəqilliyi dövründə  dövlətimiz vətəndaşlarımız üçün böyük işlər görmüş, bir çox dövlətin edə bilmədiyi layihələrə imza atılmışdır.  Həmçinin fəxrlə deyə bilərəm ki, doğma Qarabağımızda Azərbaycan vətəndaşlarının yaşaması üçün hər cür şərait yaradılır. Ağıllı şəhərlər, müasir tipli yaşayış kompleksləri, yeni iş  yerləri, istirahət mərkəzləri, yollar, körpülər və s. Hər biri vətəndaşlarımız üçündür.

NƏTİCƏ

Vətəndaş  olmadan dövlət dövlət oladan vətəndaş olmaz. Hər bir vətəndaş  dövlətinin varlığının əsasıdır. Xalq razı və məmnun olduqda dövləti üçün də daha çalışır, xidmət edir. Dövlət nə edirsə, hər şeyi vətəndaşları üçün edir.  Onu yaşadan vətəndaşıdır.

Bir kəlamda deyildiyi kimi:
İnsanı yaşat ki, dövlət də yaşasın. 

Her sey vetendas ucun movzusunda esse

Bənzər mövzular:

Axtarış sözləri: her sey vetendas ucun haqqinda insa,her sey vetendas ucun esse,her sey vetendas ucun movzusunda insa,hər şey vətəndaş üçün haqqında esse inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 8

İlk səs verən sən ol!

sponsor 3

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir