hüququndan keçən əsgər inşa,huququndan kecen esger here bir qehreman oldu,hüququndan keçən əsgər hərə bir qəhrəman oldu inşa
4
(102)

Bu məqalə “Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu  mövzusunda inşa yazmağınıza yardım edəcək.Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın

Vətən bu gün fəadakar insanların sayəsində ayaqdadır. Dünyanın ən fədakar insanlar ı kimdir deyə soruşsaz düşünmədən deyərdim: ŞƏHİDLƏR! Gələcək nəsillərin azad və firavan yaşaması üçün ölümü belə gözə aldılar, mərd və igidcəsinə Vətən uğrunda canlarını fəda etdiər. Vətən uğrunda canının qurban verən hər bir əsgər təkcə canından keçmədi, həm də insani hüquqlarından keçdi. Onların da hər kəs kimi yaşamaq, təhsil almaq, evlənmək hüquqları var idi. Ancaq şəhidlərimiz Vətənin gələcəyi və xoşbəxtliyini hər şeydən üstün bilərək şəhidlik zirvəsinə ucaldılar. Varmı dünyada buna bənzər bir fədakarlıq?

Məncə bu şeir hər şeyi çox gözəl izah edir:

İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.

Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!


Cəsur əsgərlərimiz vətənin ən çətin günündə onu qorumağı özünə borc və şərəf bildi. Çünki, vətən onlar üçün Anadır, doğmadır və müqəddəsdir. Onlar öz canları və qanları hesabına zalım düşmənin daha çox günahsız insanı öldürməsinə imkan vermədilər. Canından keçən şəhidlərimizlə bərabər, sağlamığından keçən minlərlə qazimiz də hərb meydanında şücaətləri və igidlikləri ilə öz sözlərini dedilər. Zəfərə gedən yolda onların da əvəzolunmaz payı vardır. Məhz onlar İkinci Qarabağ müharibəsində hərb tarixini yenidən yazanlardan oldular.
Onların qəhrəmanlıq dastanları tarixə əbədi həkk olundu. Biz bu cəsur və fədakar insanların sayəsində doğma Qarabağımıza yenidən qovuşduq. İndi Qarabağda şəhidlərimizin adına məktəblər tikilir, yeni küçələr salınır, abidə və heykəllər ucaldılır. Onların ruhu ölməyib, bizimlədir. Onların ruhu Qarabağdadır.Qanları hələ də Qarabağdadır.
Bir kəlamda deyildiyi kimi:

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.

Şəhidlərimiz ,sahib olduqları yaşamaq hüququnu öz vətəninin gələcəyi naminə, sevdikəri naminə fəda etdilər. Şəhid olmadan öncə vətənə borclu idilər. Şəhid olduqdan sonra vətən onlara borcu qaldı. Hər birimiz onlara sonsuz dərəcədə borclu qaldıq.
Bu hüquqları Himnimizin sözlərində deyildiyi kimi:
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu.

Şəhidlik zirvəsinə ucalan əsgərlər şəhadət şərbətini içərək haqq-ədaləti bərpa etidlər . Bəs biz borc qərşısında nə etməliyik ki, şəhidlərin ruhu şad olsun?
Hər şeydən öncə vətəni sevib, onun hər qarışına, hər daşına hörmət etməli və qorumalıyıq.
Daha sonra ölkəmizin inkişafı və tərəqqisi üçün əlimizdən gələni etməli, canla və başla çalışmalıyıq. Yurdumuz gözəlləşibdikcə, daha da inkişaf edib yüksəldikcə şəhidlər də öz haqqını bizə halal edər. Vətənə fayda vermədən mənası və boş həyat sürənlərə isə, şəhidlər haqqını halal etmir və etməyəcək!

Qanlarıyla tarix yazanlar əbədi yaddaşlarda qalacaq və tarix bu fədakar insanları unutmayacaq!Onlar hər zaman ürəklərdə yaşayacaq. Ruhunuz şad olsun Əziz ŞƏHİDLƏR!

Bənzər mövzular:

Axtarış sözləri: hüququndan keçən əsgər inşa,huququndan kecen esger here bir qehreman oldu,hüququndan keçən əsgər hərə bir qəhrəman oldu inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 102

İlk səs verən sən ol!

4 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir