Uğurun 8 sirri | Müvəffəqiyyətli olmaq üçün bunları edin

Uğurun 8 sirri | Müvəffəqiyyətli olmaq üçün bunları edin
0
(0)

Hər bir insanın əsas arzusu həyatda uğurlu və xoşbəxt bir həyata sahbi olmaqdır. Müvəffəqiyyət arzulayan, bunun üçün böyük bədəllər ödəməyə hazır olmalıdır.

İllərdir insanlar uğur anlayışını müəyyən etməyə çalışıblar. Necə uğurlu olmaq olar? Uğurun sirri nədir? Uğura aparan yollar hansılardır? Bu kimi suallar həmişə insanların beynini məşğul edib.

Kimisi öz metodları ilə uğura aparan yol cızdı, kimisi isə uğura aparan yol haqqında hekayələri dinləyib ona uyğun mövqe tutdu. Nəticədə uğurun sirləri araşdırılıb və bu proses həmişə davam edəcək.

Analitik Richard St. Con öz yaratdığı üsulla uğura gedən yolu müəyyən edənlərdən biridir. Onun sözlərinə görə, uğura aparan yolda 8 sirr var. TED Talks çıxışında müvəffəqiyyətin sirlərini bir-bir izah edən Richard St. John bu mövzuda çox gözəl təkliflər verir. Ona görə uğurun əsas 8 sirri vardır:

Uğurun 8 sirri | Müvəffəqiyyətli olmaq üçün bunları edin
Uğurun 8 sirri | Müvəffəqiyyətli olmaq üçün bunları edin
  1. Passion (Şövq)
  2. Work (Zəhmət)
  3. Push(Özünü məcbur etmək)
  4. Good(Yaxşı olmaq)
  5. Focus (Fokuslanmaq)
  6. Serve (Xidmət etmək)
  7. İdeas (İdeyalar)
  8. Persist(Mübariz olmaq)

Passion (Şövq)
İnsanlar yalnız sevdiyi işlərdə böyük uğurlar qazanır. Sevdiyin işlə məşğul olmağın sənə verdiyi həzz sözlə ifadə olunmazdır. Bəs sevdiyimiz işi necə tapaq?
“Pula ehtiyacınız olmasaydı, hansı işi xüsusi şövqlə və sevərək görərdiz?”. Bu suala cavab verərək sevdiyiniz işi tapa bilərsiz..

Work (Zəhmət)
Uğurlu insanların bir çoxu xüsusi istedadı və bacarığı olmasa belə, sırf zəhmətin, davamlı çalışmağın sayəsində böyük yerlərə gəlmişlər.
Əslində, ehtirasınızı həyata keçirmək üçün çox çalışmalı və əlinizdən gələni etməlisiniz. Burda əsas məsələ, çox çalışmaq deyil, doğru yolda ağılla çalışmaqdır.

Push(Özünü məcbur etmək)
Çalışmaq üçün hər zaman motivasiyamız olmur. Ancaq motivasiyalı anlarda çalışaraq uğur qazana bilmərsiniz. Uğurlu olmaq üçün həvəsiniz olmadığı anlarda belə hədəfinizə fokuslanmağı və çalışmağı bacarmalısınız. Zatən bunu bacarsaz, motivasiyanız geri gələcəkdir. Disiplinli olmaq istənilən uğur üçün ən önəmli meyardır.

Good(Yaxşı olmaq)
İşinizdə son dərəcə yaxşı olmaq çox vacibdir. Bunun üçün daim məşq etməlisiniz və bu işdə ciddi şəkildə yaxşı olduğunuzu bilməlisiniz.

Focus (Fokuslanmaq)
Diqqət istənilən işdən ən vacib meyarlardan biridir. İnsan bir işə tam fokuslandıqda öz potensialını daha yaxşı kəşf edir, daha produktiv və uğurlu olur. Bu səbəbdən müvəffəqiyyətli olmaq üçün yaydan çıxan ox kimi, hədəfinizə fokuslanmalısız. Sosial medianın təsiri ilə bir işə fokuslanmaq asan olmasa da, bunun üçün bir sıra tətbiqlər mövcuddur ki, sosial şəbəbələrdən gələn gərəksiz bildirişləri bloklayır.

Serve (Xidmət etmək)
Uğurun yollarından biri insanlara yaxşı xidmət göstərməkdir. Bunun üçün dəyər irəli sürmək, insanlar üçün dəyər yaratmaq lazımdır.

İdeas (İdeyalar)
Bir işdə uğur qazanmaq üçün işləyə biləcək və sizi gələcəyə aparacaq ideyaların olması son dərəcə vacibdir.

Persist(Mübariz olmaq)
Əgər bir işdə uğur qazanmaq istəyirsinizsə, o mövzuda israrlı olmalısınız. Uğur istəyirsənsə, onun üçün get, israrla və “Mən uğur üçün buradayam” deməyi vərdiş halına gətir.

Uğuru bir pazıla bənzətsək, bu 8 metod onun əsas parçaları olar. Bu özəlliklərə sahib olsanız, istənilən sahədə böyük uğurlara imza bilərsiniz. Unutmayaq ki, uğurun sirri, subyektivdir və insandan-insana dəyişir.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir