Xarı bülbül haqqında şeirlər

Xarı bülbül haqqında şeirlər xari bulbule aid seirler
4.1
(24)

1️⃣ XARI BÜLBÜL, SƏN AZADLIQ RƏMZISƏN! ŞEİRİ
Müəllif: Ramiz Oğuz

Xarı bülbül…
Tanrının möcüzəsi, Tanrıdan pay gələn gül,
Sevinc-kədərimizi bizimlə tən bölən gül.
Sənə olan eşqimiz soruşma ki, nədəndi?!
Sənin aşiqin bizik, bu eşq ilahidəndi.
Keçib oddan-alovdan əllərimiz yetən gül,
Alnımıza yazılan, köksümüzdə bitən gül.

Bu günüm-sabahımsan… keçmişimin yaddaşı,
Ləçəyinə düşən şeh sənsizliyin göz yaşı.
Qorudun illərilə yağıdan ismətini,
Şükür, Tanrı bəxş etdi azadlıq qismətini.
Xarı bülbül…
Səni sevməyən yağı bir gün özü xar oldu!
Eşitdi Tanrı bizi, Tanrı bizə yar oldu.
Adın düşdü dillərə, adın iftixar oldu.

Kimimiz həsrətinlə həyata vida dedik,
Durna qatarları tək indi köçüb gəlmişik.
Kimimiz qazi olduq savaşın yollarında,
Səndən ötrü nələrdən bilsən keçib gəlmişik?!
Kimimiz şəhid olduq, Vətən haqqı andımız,
Şəhidlik şərbətini, gülüm, içib gəlmişik!

Səninlə bir əridi könlümüzün qubarı,
Daha boynunu bükmə, açıl günəşə sarı.
Nəbz qəlbin əks-sədası, qəlbimizin nəbzisən.
Azadlıq halal haqqın, sən azadlıq rəmzisən!

2️⃣ UNUTMADIQ XARI BÜLBÜL ŞEİRİ
Müəllif: Naməlum

Zaman keçdi yay oldu,
Yay keçdi yaz oldu.
İllər keçdi qış oldu,
Hardadı bu xarı bülbül?
O gözəl səsin ilə,
Gətirdin yazı bizə.
Bilirdik ki, gələcəksən,
Unutmadıq xarı bülbül.
Şuşanın neməti dən,
Bir sənsən xarı bülbül.
Zaman keçdikcə oxudun sən,
Unutmadıq xarı bülbül.
Şuşanın nağılını
Sən yazdın xarı bülbül.
O gözəl səsin ilə
Sən oxudun xarı bülbül.
Şuşanın dərmanı,
Sənsən xarı bülbül.
Gələcəyini bilirdik,
Unutmadıq xarı bülbül.

3️⃣ XARI BÜLBÜL ŞEİRİ
Müəllif: Günel Əliyeva

Ağla, göz yaşını saxlama daha,
Ya həsrət insafsız, ya vüsal baha.
Vallah, ümid yoxdur gələn sabaha,
Sən də dərd əlindən yaz, xarıbülbül!

Min güldən bağ saldım, sən niyə yoxsan?
Ürəyə məlhəmdin, indisə dağsan.
Sən də öz bəxtindən yaralanmısan,
Eşqini içində boğ, xarıbülbül!

Seyrinə çıxanlar yoxa çıxıblar,
Ayrılıq əlindən cəfa tapıblar.
Yuxuda boynunu qucaqlayıblar,
Nolar, yuxulardan çıx, xarıbülbül!

Gerçək ol, doğru ol, həqiqətim ol,
Həm vəfam, həm sevgim, sədaqətim ol.
Get daha kədərin saçlarını yol,
Üsyan et, fəryad et, coş, xarıbülbül!

Dərd çəkir hələ də Şuşa dağları,
Unutmaq olarmı o oylaqları?
Tək vətən bitirər bu ağrıları,
Bizi də qoynuna al, xarıbülbül!

Sənin görüşünə gələ bilmədi,
Neçə qəlb əzabla vurdu, inlədi.
Susdu, içindəki ahı gizlədi,
Həsrətin bağrını yar, xarıbülbül!

 

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 24

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir