Qadınlar şeiri
Həyatda hər zaman əziyyət çəkir,
Bir çox çətinliyə dözür qadınlar.
Bəzən günəş kimi gülür gözləri,
Bəzən də göz yaşı tökür qadınlar.
Evləri qadınsız düşünün görək,
Qadınlar zinətdir dəyərin bilək.
Hərəsi bir evə verilən mələk,
Cənnətə aparan yoldur qadınlar.
Kimiyçün bacıdır, kimiyçün ana,
Bunlar əvəzsizdir hər bir insana,
Qadınlar bəzəkdir bütün cahana,
Hər biri ətirli güldür qadınlar.
Hər evin əziyyətin qadınlar çəkir,
Bəs onun arzusu istəyi nədir?
Qadın istədiyi dəyər, sevgidir,
Çoxları sanırki, sirdir qadınlar.
Müəllif: Elvin Elxanoğlu
Sponsor Linklər
Xəyallarımın Qadını şeiri
Bilmirəm necə səsləyim,necə çağırım adını,
Sən mənim xəyallarımın, yuxularımın qadını
Gecə-gündüz fərq eləməz, gözümü yuman kimi gəl.
Sinəmə çəkdiyin dağa ağappaq duman kimi gəl.
Hamıdan qaçmağın üçün ən gözəl yerimdi yuxun.
Nə yalan deyim,mənim də sənin də şirindi yuxun.
Müəllif: Sənani
Qadın Ürəyi şeiri
Qadınlar haqqında şeirlər
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Müəllif: Nüsrət Kəsəmənli / Tofiq Bayram
Fərqli qadın şeiri
Sən fərqli qadınsan hamıdan fərqli.
Səni anlamaq da asan iş deyil.
Gah xoşbəxt olursan, gah da ki dərdli,
Bu sənin ruhundur, bu vərdiş deyil.
*
Çətindən çətinsən, qəlizdən qəliz
Bir üzün güləndə biri ağlayır,
Kiminə dəlisən, kiminə dərdsiz.
Dərin baxışların ürək dağlayır.
*
Qəhvəyi gözlərin, şirin sözlərin
Adamı sahildən sahilə çırpır.
Sənsən supərisi bu dənizlərin.
Nurundan buludlar gözünü qırpır.
*
Gəl məni qınama, incimə məndən,
Səni istəməmək sevməmək olmur.
Mən sənin üzünü gördüyüm gündən,
Səhər yediyim də yadımda qalmır.
*
İncə əllərinin, titrək səsinin
Ürkək baxışının xəstəsi oldum.
Mən sənə yazdığım sevgi şeiri,
Sən həmin şeirin bəstəsi oldun.
Müəllif: Nüsrət Həsən
Qadın şeiri
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Müəllif: Hüseyn Cavid
qadinlara aid seirler,qadınlara aid şeirlər,qadin seiri,qadin gulerse beseriyyet gulecek,hüseyn cavid qadın şeiri,hüseyn cavid qadın gülərsə,qadın haqqında şeir,qadın şeiri