Bir-birindən gözəl 10 sevgi şeirini sizlər üçün bir araya topladıq.
Sevgi şeirləri ilə insanlar qarşı tərəfə olan ən gözəl hisslərini sözlərlə bəyan edir və içindəki öz həqiqətini qarşı tərəfə təsirli bir şəkildə çatdırmış olur. Bu şeirlər toplusundan ən bəyəndiyinizi sevdiyinizlə paylaşa bilərsiz.
“Bir Mən olum, bir də Sən” şeiri
Müəllif: Sənani
Bir körpə səsi kimi
Paksan, safsan, təmizsən…
Hardan çıxdın qarşıma?
Nə doğmasan, əzizsən?
Nəyi itirmişdimsə,
Səndə tapdım, nəfəsim…
Əbədi dustağın et,
Qəlbin olsun qəfəsim…
Harda olursansa, ol,
Baxdığım hər yerdəsən
Gəl bir dünya yaradaq,
Bir mən olum, bir də sən…
Sponsor Linklər
Kaş əbədi əllərin
Əllərimə toxuna…
Ayrılığı, həsrəti,
Buraxmayaq yaxına!
“Olar səni qucaqlayım” şeiri
Müəllif: Raqif Raufoğlu
Gedirsən məni də apar!
Gəlim saçını darayım.
Bir də nə vaxt əlim çatar?
Olar Səni qucaqlayım?
Oturum Səninlə bir az,
Gələcəyi varaqlayım.
Fonda bir bayatı-şiraz,
Olar Səni qucaqlayım?
Sən gülümsə, heç nə demə.
Mən öz halıma ağlayım.
Heç nəyi soruşma, bilmə,
Olar Səni qucaqlayım?
Dönə-dönə, dəfə-dəfə,
Öz-özümü aşağılayım.
Heç olmazsa bircə dəfə,
Olar Səni qucaqlayım?
Bilirsən bu nə ağrıdır?
Kimə, necə bel bağlayım?
Bəlkə dünyanın axırıdır,
Olar Səni quCaqlayım?
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Səni hamıdan saxladım,
Hər gün belə sabahladım.
Özümü çox qucaqladım.
Olar Səni qucaqlayım?
“Az olmayıb səndən ötrü darıxdığım” şeiri
Müəllif: Hacı Arif
Az olmayıb səndən ötrü darıxdığım…
Son təsəllim o olub ki,bəxtiyarsan…
Sağsan.. varsan…
Mənim kimi durmamısan illərin yol ayrıcında.
Ayrılığı dadmamısan…
Həsrət zülmü qarşısında qəzəbini udmamısan..
Dərd qəm səndən uzaq olub,
Hamı mənə qonaq olub…
Az olmayıb səndən ötrü darıxdığım…
Mən hər gecə, səssizliyin zülmət dolu nəğməsini dinlədikcə
Sənə bir vaxt demədiyim kəlmələri Xəyalına söyləmişəm…
Cavabını gözləmişəm..
Dilsiz xəyal,cansız xəyal!
Bütün gecə lal olub,lal…
Az olmayıb səndən ötrü darıxdığım…
Sən mənə bəxş eyləmisən təkiyimi.
Bəlkə qanın qaralardı, Bəlkə bir az xoşbəxtliyin azalardı
Bilsə idin bu illərdə sənsiz nələr çəkdiyimi…
Nə yaxşı ki,bilməmisən.
Talehinə Allah yazan səadəti
Bir miskinin xətri üçün bölməmisən….
Fələk tale bölgüsünü aparmayıb edaletle,
Ayrı düşüb mizrabından könül simi…
10 il qabaq salamıma cavab olan təbəssümü ,
Bu günədək işlədirəm qənaətlə…
Bu şeirimi sən oxuma,
Burda həsrət, burda nisgil…
Oxunduqca məhəbbətdən dağ-dağ olmuş sevən qəlbi ah,dumana qərq eyləyər aram-aram…
Mənə vaxt ver,qoy bir azda fikirləşim..
Mən səninçün səadətdən,xoşbəxtlikdən yazacağam…!
“Mən səninçün darıxmışam” şeiri
Müəllif: Samir Cəbrayıllı
Gözlərini kitab kimi
Birər birər oxumuşam
Vicdanıma and ola ki
Mən səninçün darıxmışam
Mən demirəm getmə, dayan
Gəl nə qalıb al o zaman
Bəhanədi əşya falan
Mən səninçün darıxmışam
Demirəmki gəlmə, yox gəl
Bir dəfə halıma bax gəl
Əzrayıl gəlməmiş çıx gəl
Mən səninçün darıxmışam
Yarım qalmış söhbət kimi
Vüsalsız məhəbbət kimi
Torpağ suya həsrət kimi
Mən səninçün darıxmışam
Mən sənin səsinnən ötrü
Gülüş qəmzəsinnən ötrü
Sən bir özgəsinnən ötrü
Mən səninçün darıxmışam
Başqaların səsləmirəm
Başqa sevgi bəsdəmirəm
Mən başqasın isdəmirəm
Mən səninçün darıxmışam
“Gəl bir az ayrılaq” şeiri
Müəllif: Ramiz Rövşən
Gəl bir az ayrılaq… bircə günlüyə,
bircə saatlığa, bircə anlığa.
Bircə küçəliyə, bircə tinliyə,
lap bir döngəliyə, bir dalanlığa.
Hərəmiz bir yana üz tutub gedək,
Bir başqa küçədə görüşək yenə.
Ayların, illərin həsrətlisitək
Yenə qucaqlaşaq,
öpüşək yenə.
Ayrılıq –
sevginin astar üzüdü;
Ən bərk sevənlərin payına düşər
ən uzun ayrılıqlar.Kim bilir, hardasa, bəlkə, bizi də
gözləyən upuzun bir ayrılıq var.
Bölək küçə-küçə o ayrılığı,
baxmayaq gündüzə, gecəyə belə.
Payımıza düşən o ayrılığı
hər gün xırdalayıb xərcləyək belə.
Axırda görək ki, yoxdu dərdimiz;
Kədər yoxsuluyuq, qəm yoxsuluyuq.
Ayrılıq sarıdan bu dünyada biz
Bütün sevənlərin ən yoxsuluyuq.
Yağsın başımıza bu bəxtəvərlik,
Bir ömür yaşayaq –
iki nəfərlik.
Hər gün ağac kimi bitim yanında,
Hər gün deyim:
– Səni sevirəm… amma…
Hərdən yola çıxıb azmağım gəlir,
Sənin xəbərin yox bu təhlükədən.
Hərdən sənə məktub yazmağım gəlir;
Bir sevgi məktubu… qürbət ölkədən…
Ən gözəl sevgi şeirləri
“Səndən yaman küsmüşəm” şeiri
Müəllif: Bəxtiyar Firuzə
Hey yuxuda görmüşəm Oyanmışam ki, yoxsan.
Süst qalıb heykəl kimi, Dayanmışam ki, yoxsan…
Sənsiz neynim sevinci, Yayınmışam ki, yoxsan.
Sən məni gəzməsən də, Mən səni hey gəzmişəm.
Səndən yaman küsmüşəm…
Eşqimi çiçək kimi dəstələyib, dərmisən.
Qəlbinə sancmamışdan, ayaq alta sərmisən
Səndən ürək ummuşam, sənsə əzab vermisən
Daha xəyalınla da haqq-salamı kəsmişəm.
Səndən yaman küsmüşəm…
Qəm yazdın taleyinə, qədərinə sevginin
Sənsiz necə dönüm mən sipərinə sevginin?
Bolluca qəmlərinə, kədərinə sevginin,
Sən insansan dözmədin, mən dağammış dözmüşəm.
Səndən yaman küsmüşəm…
Gözlərimə görünüb ilğım kimi yox oldun.
Səndəmi bu taleyin tərəfinə yıxıldın?
Məndən nə tez bezikib, yad ünvana yığıldın?!
Demək, sənin üçün mən duyğusuz bir kəsmişəm.
Səndən yaman küsmüşəm…
Səndən yaman küsmüşəm…
“Tut kirayə ömrümü” şeiri
Müəllif: Orxan Bahadırsoy
Gəl sənə bilmədiyin bir ağrıdan sirr açım:
hələ də üzgün-üzgün gözləyirəm yolunu.
Gəl sənə bu soyuqda sinəm üstə yer açım,
yastıq elə çiynimi, yorğan elə qolumu…
Elə gəl ki, bu ömrüm ikimizə bəs etsin,
götür gələcəyini, yığış, yığış ömrümə.
Gah qar kimi səpilsin, gah gün kimi isitsin,
çilənsin nəvazişin yağış-yağış ömrümə!
Getdikcə uşaqlaşıb tək yatmağa qorxuram,
qorxuram ki, gəlməsən qocalaram birazdan.
masa üstə göyərən çörəklərə baxıram,
heç zəhrimar tüstü də sənsiz keçmir boğazdan!
Bu soyuq ömrümü də bir ocaq hesab elə,
yenə bir bəla kimi, gəl mənim başıma, gəl!
Tanrıdan ünvanımı soruş, haqq-hesab elə,
tut kirayə ömrümü, daşına-daşına gəl!
Bir-birindən gözəl 10 sevgi şeiri
“Elə varlığınçün sağ ol, əzizim” şeiri
Müəllif: Kəmalə Abıyeva
Sən mənim ömrümdə bir sevinc payı,
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.
Durmuşuq aramız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım?
sən məndən uzaqsan dünyalar qədər…
Gör necə yaxınıq, gör necə uzaq,
doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da bir ömürdür gərək yaşayaq
ayrı yaransaq da yerlə göy kimi.
Yarpaqlar titrəsə, bil ki səsimdi,
sənə pıçıldaram “var ol əzizim”.
Sənin var olmağın mənim bəsimdi,
elə varlığınçün sağ ol, əzizim.
“Tut əlimdən! Elə tut ki, elə bil arzu tutursan ürəyində” şeiri
Müəllif: Azər Sani
Oğrun-oğrun nə qədər seyr eləyim güzgüdə süzgün baxışı…
Güzgü əks etdirə bilmir axı qəlbimdəki düzgün baxışı…
O baxışlar ki, mənim qəlbimi viran eləyibdir…
Axı sərhəd tanımır…
O məhəbbət ki, könül mülkünü talan eləyibdir…
O da bir hədd tanımır…
Nə olar, dinlə bu qəlbin səsini…
Ahu fəryada qarışmış o həzin nəğməsini…
Dinləsən bəlkə də buzlar əriyər…
Sındırıb güzgünü ardınca baxışlar yeriyər…
Sən ayaq qoyduğun hər bir yerə sürtər üzünü…
Sanki bu yollara illərdi ki, dikmiş gözünü…
Ey gözüm nuru, gül üzlüm…
Mənə də sarı dolan…
Səni səndən də xəbərsiz sevənin halına yan…
Ahım olmuşdu küləklər…
Gözümün yaşı yağış…
Qalma biganə nə olsun…
Bu işə barı qarış…
Bir nəzər sal mənə nə olar…
Tutuşub yandı ürək…
Həsrətindən sinəm içrə yanıb odlandı ürək…
Bax ki, baxmaqla həyat bəxş elə solmuş qəlbə…
İçi sənsizliyin ağırlığı dolmuş qəlbə…
O baxışlardan axan istiliyi duysun ürək…
Ehtiyac içrə olan ruhumu doydursun ürək…
Tut əlimdən, elə tut ki…
Qırılıb qalsa da qollar yer üzündə…
Yenə də bir-birinə sarmaşaraq…
Həsrətə meydan oxusunlar…
Tut əlimdən, elə tut ki…
Elə bil arzu tutursan ürəyində…
Elə bir arzu ki…
Hazırdı yerindən qopara çərxini hətta fələyin də…
Tut əlimdən…
Elə bir tutqu ki…
Dünya qəfəsin sındıra bilsin…
Bu tutunmaqdan ürəklər tutuşub…
Atəşi eşqə dənizi yandıra bilsin…
Tut əlimdən elə sıx ki…
Ölüm hətta belə acizliyini hiss edə bilsin…
Elə tut ki əcəlin səbri tükənsin…
Əlin üzsün, gedə bilsin…
“Sevgi” şeiri
Müəllif: Ülkər Hüseynli
Sevgi qızmar səhrada bir qurtum sərin sudur,
Sevgi tükənən ömrü yaşatmaq arzusudur.
Sevgi səmimiyyətdir,qayğı,əməkdir,məncə,
Ondan ciddi hismi var?Sevgidə yox əyləncə.
Gerçək sevgi ürəkdən,ruhun bətnindən doğur,
Gerçək aşiq nə gözə,nə də üzə bənd olur.
Bu anlaşan ruhların tarazlıq nöqtəsidir,
İlahi ucalığın vəhdət mərhələsidir.
O hər an dodağında bir adın pıçıltısı,
Yuxusuz gecələrdə qəlbinin çırpıntısı.
Sevgi Allahdan gələn ilahi nur,çağırış,
Boz gündə parlaq Günəş,qızmarda sərin yağış.
Gözlər,əllər,dodaqlar,sadəcə,görüntüdür,
Sevilən zərif ruhdur,qalan hər şey örtüdür.
Xoş təbəssüm,həssaslıq,alında incə naxış,
Sevilir məsum,duyan,fitrətdən doğma baxış.
Sevgi bütün rənglərin qovuşması ağ işıq,
Yaşamağın qayəsi,ömrə bəzək, yaraşıq.
Kainat musiqidir,fərqli səsdə,həvəsdə,
Sevgi varsa,iki qəlb dinər bir kökün üstə.
O qol gücü deyil ki,ürəklərin gücüdür,
Sərt daşı yarıb çıxan çiçəklərin gücüdür.
Zaman,məkan fövqündən doğulub sevgi sözü,
Allahın sevgisidir bütün kainat özü…
Bənzər mövzular:
- Ramiz Rövşən Sevgi şeirləri
- Mənalı Sevgi Şeirləri, Menali sevgi seirleri
- Sevgiliyə veriləcək suallar
- Sevgi Sözləri , Sevgiyə Aid Sözlər
- Dahilərdən Sevgi haqqında mənalı sözlər və kəlamlar
Axtarış sözləri: romantik sevgi şeirləri, sevgi seirleri, gözəl sevgi şeirləri,gözəl sevgi şeirləri,şeirlər sevgi, sevgiyə aid şeirlər sevgiyə aid şeir sevgi seyirleri ,sevgi weyirleri qəmli sevgi şeirləri sevgi seiri, sevgiye aid seir şeir sevgi,