Son Zəng Sözləri, Son zəngə aid sözlər
0
(0)

Ən gözəl və mənalı son zəng sözlərini sizlər üçün ərsəyə gətirdik✅


Məktəb həyatı bitdi. Bundan sonra həyat məktəbi başlayacaq.

Bütün dərs ili başladan bir zəng idi, yenə də hamımızı ayıran zəng olacaq.

Məktəb bitincə xoşbəxt olacağımı sanmışdım. Halbuki, ayrılıq daha çətin imiş..

İlahi, biz də bu günləri görərdik? İndi mən də məzunam.

11 il bir sinif bölüşdük. Birgə güldükdə, üzülüb kədərləndikdə.. Biz bir sinifdən daha artığı idik. Biz bir ailə idik. Müəllimlər isə bizə Ana-Ata qədər əziz və doğma.

Gələcəyi qeyri-müəyyən olan dünyaya yeni bir insan əlavə etdiyiniz üçün sizi təbrik edirəm.

Vaxt var idi hər birimiz bu məktəb kaş tez bitərdi deyirdik.İndi isə tez bitdi deyə üzülüb kövrəlirik. 😢

Daha çağırmayacaq dərslərə bu zəng bizi
Hər zaman göynədəcək həsrəti qəlbimizi
Ah necə kövrəlmişik bu ayrılıq çağında!
Yaşa dolduq on bir il məktəbin qucağında.
(Son zəng mahnısı)

Bu gün həm bir sondur, həm də yeni bir başlanğıc. Həyatınızın yeni səhifələrində hər birinizə uğur, xoşbəxtik və səadət diləyirəm.

Bu məktəbə ilk addımlarımı atdığım günü sanki dünən olubmuş kimi xatırlayıram. Ehhh…illər necə də tez gəlib keçir. Uşaqlıqda sonzuz kimi görünən ömür bir göz qırpınında ötüb keçir. Geriyə isə yalnız xatirələr, aruzlar və istəklər qalır.

Bitdi deyə üzülmə, yaşandı deyə sevin.❤

Məzun olmaq hər şeyin bitdiyi demək deyil. Bu sadəcə başlanğıcdır, bunu unutmayın, amma bu günün həzzini doya doya yaşayın.

Kİm deyir ki, məktəb bitdi? Məktəb bitmədi. Hələ əsl məktəb bundan sonra başlayır😉

11 illik məktəb həyatımda bəlkə də kitablardan çox şey öyrənmədim. Amma insanlardan çox şey öyrəndim.

Bu son zəng ilə yalnız dərslər bitəcək. Aramızda dostluq və sevgi münasibətlər isə öz yoluna davam edəcək.

Yaşayaraq öyrənmək ən bahalı məktəbdir. Əvvəl imtahan edər, sonra dərsi. Hazır olun!

Həyatın pillələrini bir-bir qalxırsan və buna nail olursan. Ümid edirəm ki, bundan sonra hər şey istədiyiniz kimi olacaq. Məzun olmanız münasibətilə hər birinizi təbrik edirəm. Gələcək həyatınız uğurlu və düşərli olsun!🍀

Həyatdan məzun olana qədər bu gün həmişə yaddaşınızda qalsın. İstədiyiniz hər şey gerçəkləşsin. Təbrik edirəm əzizlərim!

Layiqli uğur üçün yalnız bir şey söyləmək olar. Sizi təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram.

Keşməkeşli 11 ili geridə qoyduq və indi məzun olduq, İnşallah həyatımızın qalan hissəsi indiki kimi əyləncəli, maraqlı və ən əsası dostlarımızla, sevdiklərimizlə keçəcək.

Son Zəng Sözləri, Son zəngə aid sözlər

Bu gün sevinc və kədər göz yaşları bir-birinə qarışıb. Heç bilməzdim bir zəng insanı bu qədər kövrəldər. Bəlkə də yarım qalmış arzular, istəklər və xəyallardır bir kövrək edən. Ancaq onu bilirəm ki, bu son zəng hələ son deyil, yeni bir başlanğıcdır.

Son zəng – bizi çağırır
Son zəng – bizi ayırır
Son zəng – bizi aparır
Gələcəyimizə

sponsor 3

Bəlkə də mən kitablardan çox şey öyrənə bilmədim. Amma yoldaşlarımdan, müəllimlərimdən çox şey öyrəndim. Sizlər mənim həyatıma çox şey qatdız. Dostluğu, qardaşlığı, sevgini bir sözlə insanlığı burda sizlərlə birgə öyrənmiş oldum.

Gənclik illərimizin ən anları, xatirələri bura aiddir. Ruhumuzun bir parçası, qəlbimizin bir hissəsi hələ uzun müddət burda qalacaq. Bu günləri heç vaxt unutmayacam. Özümü xoşbəxt hiss edirəm, çünki sizi tanıdım, bir sinifi, bir partanı bölüşdüm.

Məktəbin yüksək qiymətləri bizi uğurlu etmir ya da aşağı qiymətlərlə oxumaq o demək deyil ki, həyatda uğursuzuq. Əsas həyatı oxuyub öz yolunu tapmaq və orda özünə yer edə bilməkdir.

Yaşadığınız hər gün oxumaq imkanı olmayan imtahanlarla doludur. Həmişə mənəviyyatınızın və vicdanınızın səsinə qulaq asın və ürəyinizdən gələn doğruları edin. Və elə seçimlər edin ki, qazandıqlarınız itirdiklərinizə dəysin.

Yolunuzda uğurlar hər birinizə. Önümüzdəki illərdə yenidən görüşəndə ​​sizi uğurlu iş adamları, yaxşı işlər görmüş insanlar, xoşbəxt və firavan ömür sürən insanlar kimi görməkdən qürur duyacağıq.


Ötən il bizə təhvil verilən bu məşəl indi də illərdir olduğu kimi eyni hüzn və ayrılıq nəğmələri altında bizdən kiçiklərə təhvil verilir.

Bu gündən sonra artıq hər birimiz müstəqil həyata qədəm qoyuruq. Allahdan arzum budur ki, hər birimiz bizi uğurlu və xoşbəxt edəcək seçimlər edək və layiq olduğumuz gözəl həyatı yaşayaq.❤

Vaxt var idi məktəb imtahanlarını dərd edərdik. İndi isə həyatın əsl imtahanları başlayır. Həyat məktəbində kiminlə nəylə və nə vaxt sınanacağını isə yalnız Allah bilir! Çalışaq ki, bu imtahanlardan üzüağ çıxaq!

Ən çətini də sənə Ana-Ata qədər diqqət və qayğı göstərən, dərdinə yanan müəllimlərindən uzaq qalacağını düşünməkdir. O müəllimlər ki, bizə fərq qoymadan öz ovladları gözüylə baxdılar. Bəzən danladılar, amma çox vaxt da əzizləyib sevdilər. Və hər şeyi bizim yaxşlığımız, gələcəyimiz üçün etdilər! Biləsiz ki, sİzə bir ömür borcluyuq və minnətdarıq❤

Bu məktəbdə biz nələr görmədik ki? Dostluq, xəyanət, sevgi, yalan, fədakarlıq, satqınlıq. Hər şey gördük bu 11 ildə. Pisiylə-yaxşısıyla hər şeyə görə sağolun. Hər birinizə uğurlar!

Həyatınızda yeni bir dövr başlayır və yeni həyatınız seçimlərinizdən asılı olacaq. Gəlin elə seçimlər edək ki, sonda bizə qalan peşmançılıq və kədər deyil, xoşbəxtlik və sevinc olsun. Ümid edirəm ki, gec-tez hər kəs öz xəyalındakı həyatını gerçəklədirəcək.

Həyatıımın ən unudulmaz anları, xatirələri, aruzları məhz bura aiddir. Hər biriniz mənim xatirələrimdə özünməxsus yerə sahibsiz. Bu məktəb mənim ikinci ailəm idi. Və bir insandan ailəsindən ayrldıqa, uzaq düşdükdə necə hiss edirsə mən də elə hiss edirəm indi. Artıq həyatımızın yeni bir çağı başlayır. Bu açılan yeni həyat səhifəsində hər birinizə uzun ömür, can sağlığı və xoşbəxtlik diləyirəm,

11 illik məktəb həyatı ömrümüzün ən gözəl çağları idi. Biz bir ailə olduq. Burda dostluğu, sevgini, fəkadakarlığı və sədaqəti öyrəndik. Yaxşısıyla pisiylə həyatı və özümüzü tanıdıq. Bu gözəl xatirələrlə dolu günlərə görə hər birinizə minnətdaram. Yaxşı sizləri tanıdım. Yaxşı ki, sizlərlə bir sinifi bölüşdük.

Bənzər Sözlər:


Axtarış üçün sözlər:

son zəngə aid sözlər, məzuna aid sözlər, son zəng sözləri,son zəng üçün ürək sözləri,məzun sözləri,məzunlara ürək sözləri,
məzunlar üçün ürək sözləri, son zenge aid sozler, son zeng urek sozleri,son zəng aparıcı sözləri, məzun lentinə yazılan sözlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir