Yaxşılıq etməsən əgər insana,
Nizami Gəncəvi
Böyüklük şərəfi verilməz sana.
Əziyyət eyləsən cəfa görərsən,
Mehribanlıq etsən səfa sürərsən.
Xoş ətirlər saçmaq istəyən adam,
Gültək xoşxasiyyət olmalı mudam.
Bilik öyrənməyi ar bilən hər kəs
Dünyada mərifət qazana bilməz.
Əlində yumşalsa dəmir, onu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil.
Sponsor Linklər
Aslanın böyrünə əl çəkmək üçün,
Üstün olmalıdır aslana gücün.
Fələklərə yüksəldər, hünər cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan.
Çox gözəl olsa da eybi gizlətmək
Dost dostun eybini örtməsin gərək.
Sözün də su kimi lətafəti var
Hər sözü az desən daha xoş olar
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Bir ürəkdə olmaz iki sevgili
İki ürəklinin düz olmaz dili.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Məhəbbət odur ki, odu sönməsin
İnsan yaşadıqca üzü dönməsin.
İnsanla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir.
Yaxşılar cilovu verməzlər pisə,
Satmazlar dostları yada, nakəsə.
Dünyada xoşbəxtdir yalnız o kəslər
Ki, öz çörəyini dostlarla yeyər.
Iki saf güzgünü üz-üzə qoysan,
Onlarda bir ləkə olmaz heç zaman
Döyüşdən yaxşıdır barışıq şəfqət,
Biri dərd gətirir, biri səadət.
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
Dostluq, mehribanlıq göstərsən ey yar,
Gəlib qulun olar azad adamlar.
Əgər istər isən haqdan inayət,
Pislik eyləməyi kökündən tərk et.
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyat var,
Yaxşı ad almışla yaxşı ol müdam,
Yoxsa, axır özün olarsan bədnam.
Hansı bir ölkədə alışsa çıraq
Hər bir qanacaqlı verər ona yağ.
Boş təbil döyərək, hay-haray salma,
Heç kəsin səsinə biganə qalma
Həm hünər göstərmək, həm də mal üçün
Çalışmaq bir borcdur istiqbal üçün!
Yaxşı adamların göz yum eybinə,
Yaxşı şey öyrətməz yaman göz sənə.
Qüvvətli olsan da qəlbi yumşaq ol.
Kamalına görədir şan-şöhrətin dünyada,
Onsuz adın, hünərin olar çətin dünyada.
Mərdə layiq sifət deyildir, inan,
Ki, bal oğurlansın bal arısından.
Bir xərabə görsən qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.
Ağılsız kəslərlə oturub duran
Ağıldan, şüurdan deməsin dastan.
Düşməni qanına qərq etmək olar,
Dostla vuruşmağın mənasımı var.
Kimsənin dalınca söyləmə yaman,
Utanma üz-üzə gəldiyin zaman.
Dərinlik, sonsuzluq varsa dəryada,
Arxların suyundan yaranmış o da.
Əqilli adamla dostluq bağlasan,
Bilik və mərifət alarsan ondan.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət sədaqətlə abad eylər ölkəni.
Qızılı saymaqda bil ki, səhvin var,
Dünyanın gözünü ağıl parladar.
Əqilli adamla dostluq bağlasan,
Bilik və mərifət alarsan ondan.
Kəhrəba olsa da əqrəb quyruğu,
Yenə də əqrəbdir, zəhərlidir bu.
Heç qorxma acizə zülm edənlərdən,
Yoxsa qul olarsan onlara hökmən.
Ey dostum umuram öz hikmətimlə
Nurlu yol açasan məsləhətinlə.
Qarışqa birlikdə göstərib hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kəslə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.
Bilir bu hikməti hər arif kişi,
Pis nəticə verməz yaxşının işi.
Hər qapıya can atıb səba kimi cumma sən,
Alçaqlardan sədaqət, dostluq vəfa umma sən.
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətin nəsibi səadətdir hər zaman.
Haqq sözü eşitmək istəməyənlər,
Ağlını itirib öləcək hədər.
Qəlbini çalmasın bu mal, bu dövlət,
Azı bir zillətdir, çoxu fəlakət.
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
Bir olsa yoldaşın, dostun əməli
Daşdan su çıxarar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdə doğar.
Axtarış sözləri: Nizami Gencevinin Kelamlari,Nizami Gencevi Sözleri,Nizami Gəncəvi Qəzəlləri,Nizami Gencevi Sozleri


Salam buraya çoxlu sayda sitat qoysaz yaxşı olar