Hacı Şahin Həsənli: Yaddaşlarda qalan hikmət dolu mənalı kəlamları

Haci sahin sozleri hikmetli haci sahinin kelamlari
4.6
(16)

İnsan şəxsiyyətinin güzgüsü ailədəki düzgün münasibətdir.

Qurani Kərim bizim zövqümüzə uyğun və xoşumuza gələn söz danışmır, bizə lazım olan sözü danışır.

Sosial şəbəkələrlə bağlı fikir mən razıyam ki, bir mənalı deyil müxtəlif yanaşmalar var. Amma ümumiyyətlə istənilən elmi nailiyyətdən düzgün pozitiv yöndə istifadə edəcəyiksə o, bizə halal hesab olunur yəni istənilən bir texniki vasitədən, istənilən yeni bir hadisədən, yeni bir texnologiyadan belə deyək pozitiv müsbət yöndə bəhrələnəcəyiksə, istifadə edəcəyiksə bunun dini nöqteyi-nəzərdən heç bir problemi yoxdur.

Ən pis adam o adamdır ki, kasıba yuxarıdan aşağı baxır.

İnsan öz Rəbbini, öz kimliyini, insan olduğunu unutmamalıdır.

Ağızdan çıxan haram, piz sözlər insanla Allah arasında pərdə yaradar… Ondan sonra duaların Allaha çatmaz…

Bir adam dünyadan köçür. Bu insanı sən çiynində aparırsan..Təsəvvür elə ki, bu insanı Allah mənim üçün dünyadan aparıb ki, mən bundan ibrət alım.

Biz bunu heç zaman unutmayacayıq: İmam hüseyni(Ə) öldürənlər namaz qılanlar idi.

Nə zaman ki, biz dini söz ilə yox, əməl ilə təmsil edəcəyik.. o zaman haqq bərqərar olacaq..

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 16

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir