Fernando Magellan haqqında məlumat

fernan magellan ekspedisiya haqqında məlumat,fernan magellan vikipediya,fernando magellan haqqinda melumat,fernando magellan wikipedia,ferdinand magellan haqqinda,fernan magellan dunya seyahati
4
(7)

Qısa məlumat

Fernando Magellan portuqaliyalı dənizçi, səyyah və kəşfiyyatçı idi.O, dostu Xuan Sebastyan Elkano ilə birgə dünyanı dövrə vuran ilk səyyah hesab olunur. Magellanın 1519-cu ildən 1522-ci ilə qədər  etdiyi ekspedisiyası Cənubi Amerikadakı boğazdan keçərək, Atlantik və Sakit Okeanları birləşdirən ilk dəniz səyahəti idi. İspaniya İmperiyasının dəstəyi  baş tutan bu səyahətdə əsas məqsəd yeni torpaqlar kəşf etmək və sərvət toplayıb zəngin olmaq idi.   Magellanın hekayəsi bu səfəri müşayiət edən, xatirələrini yazan Antonio Piqafetta sayəsində bu günə qədər gəlib çatmışdır.

Magellanın ölümündən 16 ay sonra onun gəmilərindən biri olan “Viktoriya” dünyanı dövrə vuraraq İspaniyaya qayıtmağı bacardı.

Magellan son səyahətini başa vurmadan Filippindəki Maktan döyüşündə öldürülür.  Bununla belə, o, Ədviyyat adalarından kənara çıxaraq bütün meridianlardan keçən ilk insan hesab olunur. Səyahəti zamanı çox sakit gördüyü üçün Sakit Okeanı ilk dəfə  “sakit dəniz”   adlandırdı.  Sakit okean XVIII əsrin sonlarına qədər Magellanın adını daşıyırdı.  Sonradan  onun adı Magellan boğazına verilmişdir.

Bu ad, həmçinin cənub yarımkürəsinin gecə səmasında görünən iki cırtdan qalaktikaya (Magellan Buludları),  ABŞ Dəniz Qüvvələrinin dünyanı dövrə vurmaq üçün hazırladığı layihəyə (Magellan Layihəsi ),  NASA-nın  kosmik gəmisinə və digər obyektlərə.

Dünyanı səyahətinə  çıxan 237 (başqa bir mənbəyə görə 270) dənizçidən yalnız 18-i İspaniyaya qayıdıb səyahətini başa vura bilib. Bu dənizçilərə Magellanın ölümündən sonra Xuan Sebastian Elkano adlı ispan başçılıq etmişdir.

Fernando Magellan haqqında məlumat (geniş)

Doğumu və İlk Səyahətləri

Təxminən 1480-ci ildə Portuqal zadəgan ailəsində anadan olan Magellan mahir dənizçi və dəniz zabiti idi.   O, dənizdə yol tapmaq bacarığı və əzmkarlığı ilə seçilirdi..  

 Magellan ilk dəniz səyahətinə 1505-ci ildə, cəmi 25 yaşında çıxmışdı. Onun missiyası Fransisko de Almeydanı Hindistana Portuqaliyanın vitse-krali kimi aparmaq idi.  

1506-cı ildə Magellan Şərqi Hindistana getdi və Ədviyyat adalarına ekspedisiyalar etdi. 1509-cu ilin fevralında Diu döyüşünə qatıldı. 1510-cu ildə kapitan təyin edildi, lakin bir il ərzində icazəsiz gəmiləri apardığı üçün kapitanlığı əindən alındı

1511-ci ildə Mərakeşə göndərilir və burada Azamor döyüşündə iştirak edir. Bu döyüşdə dizindən ağır yaralanır və müharibəni icazəsiz tərk edir. O, həmçinin Əməvilərlə qeyri-qanuni ticarətdə günahlandırıldı. Bütün bunlara görə Portuqaliya kralı Magellanın xidmətindən imtina edir Bundan sonra Magellan İspaniya Krallığına öz dənizçilik xidmətini təklif edir.

Dünya Səyahəti haqqında

1519-cu il sentyabrın 20-də Magellanın komandanlığı altında olan beş gəmi Seviliyadan çıxıb Malakka adasına yola düşür.   Ekspedisiya Cənubi Amerikada boğaz açmaq, İspaniyadan varlı ölkələrə -Hindistana və İndoneziyaya daha qısa dəniz yolu tapmaq üçün idi. 

Portuqaliya kralı Manuel Ferdinand onu ələ keçirmək üçün dəniz dəstəsi göndərsə də, Magellan qaçmağı bacardı. Daha sonra dəstəsi ilə birgə ekvatoru keçdilər və dekabrın 6-da Braziliya çatdılar. 1520-ci ildə gəmilər Cənubi Amerika sahillərindən enərək indiki Magellan boğazına daxil oldular.

  Qalan üç gəmi Sakit Okeana çatdı və  Magellan buranı sakitliyinə görə Mar Pacifico (Sakit Dəniz) adlandırdı. O,  Cənubi Amerikanın cənub ucundan keçərək Atlantik və Sakit Okeanları birləşdirdi. Ekipajın bəziləri  bir qrup yaratdıb üsyan etdilər. Beş gəmidən ikisinin kapitanlarının iştirak etdiyi qiyam uğursuz oldu.  

 “Santyaqo” gəmisi müşahidə üçün sahilə səfər edərkən fırtınaya tutulub batdı. Bütün ekipajı sahilə çıxmağı bacaran gəmidən iki nəfər Magellana xəbər çatdırıb  sahildəkilərə kömək gəldi. Bu macəradan sonra Magellan yenidən yola düşməzdən əvvəl bir neçə həftə gözləməyi üstün tutdu.

Şimal-qərbə doğru hərəkət edən komanda 1521-ci ildə ekvatora çatdı.  Sonra isə 150 nəfərlə Filippinə daxil  olublar. Magellan malayca tərcüməçisi sayəsində yerli əhali ilə ünsiyyət qura bilirdi.  

Fernando Magellan haqqında məlumat
Fernando Magellan haqqında məlumat

Səyahət zamanı Magellanın dəstəsi getdiyi ərazilərdə ticarət əlaqələri qurmağa, qarət etməyə və yerli əhalini xristianlaşdırmağa çalışırdı. Nəticədə yerli əhali ilə gəlmələr arasında münaqişə də döyüşlər yaranırdı.

 

Filippindəki Maktan adasının sakinləri ispanlara tabe olmaq istəmədilər. Belə olduqda isə Magellan və onun dənizçiləri adaya hücum edərək evləri yandırmağa, əhalini qarət etməyə başladılar. Adanın başçısı olan Lapu-Lapu adlı şəxs çoxlu sayda döyüşçü yığaraq ispanlara hücum edir. Magellan 27 aprel 1521-ci ildə yerlilərlə döyüşdüyü Mactan döyüşündə öldü.   

Magellanın ölümündən sonra davam edən səyahət

Filippində verdikləri itkilər ekspedisiyanın sayını ciddi şəkildə azaltdı. Bu səbəbdən 1521-ci ildə Konsepsyonu tərk etdilər. Trinidad və Viktoriyadan ibarət donanma qərbə doğru hərəkət etdi. 6 noyabr 1521-ci ildə Ədviyyat adaları çatdıqda 115 nəfər qalmışdı

Viktoriya 21 dekabr 1521-ci ildə Hind okeanından vətənə qayıdır. 1522-ci il mayın 6-da Xuan Sebastian Elkanonun komandanlığı altında gəmi Ümid burnundan keçəndə yemək olaraq yalnız düyü qalmışdı. Cape Verde adalarına çatmazdan əvvəl 20 dənizçi C vitamini çatışmazlığı səbəbindən baş verən aclıq və sinqa xəstəliyindən öldü. Halbuki gəmidə  tərkibində C vitamininin olan tonlarla mixək var idi.  Həmçinin gəmidə 26 tondan çox ədviyyat var idi.

6 sentyabr 1522-ci ildə, getdikdən təxminən üç il sonra, Juan Sebastián Elcano və qalan dənizçiləri daşıyan Viktoriya İspaniyaya çatdı. Ekspedisiya müəyyən sərvət və qazanc əldə etsə də, dənizçilər maaşlarını tam ala bilmədilər.

sponsor 3

    Magellanın komandası Avropa üçün tamamilə yeni olan bir çox heyvan növləri ilə qarşılaşdı. Bunlardan bəziləri “qömbəzsiz dəvələr” adlanan  lamalar və “lələkləri yolunmayan, dəriləri soyulan qara qazlar” olaraq təsvir olunan pinqvinlərdir.

 Magellan öz ölkəsi Portuqaliya tərəfindən xain elan edilmişdi. Gəmidəki heyətin əksəriyyəti  geri qayıtdıqdan sonra Magellan haqqında mənfi təbliğat apardlığı üçün İspaniyada ona qarşı kin vardı. Son gəmidə ona sadiq dostlarından  biri olan Antonio Piqafettanın yazdığı qeydlər və araşdırmalar sayəsində Magellanın reputasiyası bərpa edildi.

Dünya səyahətinin nəticələri

  • 69.800 km-lik səyahəti sayəsində dünyanın çevrəsi də hesablanmışdı.
  • Magellan və dəstəsi Cənubi Amerikanın cənub burnuna çatan ilk avropalı oldu.
  • O, Cənubi Amerikada yerli tayfaları görən ilk avropalı idi  Bu qarşılaşmadan sonra o, bəzi filippinliləri qul kimi qəbul etdi. Avropalı kimi o, ilk dəfə Filippinə ayaq basdı və onun yerli əhalisini gördü.
  • Yeni növ bitki və heyvan növləri kəşf edildi.
  • Dünya ticarətində yeni yollar yarandı və ticarət həcmi artdı.
  • Magellan ilə dünya turu zamanı aralarında ispan, portuqal, fransız və ingilis olmaqla 232 dənizçi həyatını itirdi.
  • Bu səyahət sayəsində beynəlxalq vaxt sisteminin zəruriliyi aydın oldu. Qayıdanda anladılar, coğrafi yerlər arasında vaxt fərqi var.
  •  Dünya səyahətindən sonra kəşf olunan ərazilər Avropanın müstəmləkəsinə çevrildi və buralardan çox insan qul kimi işlədilməyə başladı. Onların dilləri və dinləri zamanla dəyişdirildi və qul bazarlarında alınıb satılmağa başladı

Bənzər mövzular:

Axtarış sözləri: fernan magellan ekspedisiya haqqında məlumat,fernan magellan vikipediya,fernando magellan haqqinda melumat,fernando magellan wikipedia,ferdinand magellan haqqinda,fernan magellan dunya seyahati,fernando magellan haqqında təqdimat ,dünya səyahəti fernando magellan haqqinda qisa melumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 7

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir