Azərbaycan haqqında maraqlı məlumatlar

Azerbaycan haqqinda maraqli melumatlar Azerbaycana aid faktlar azeri 1
1.5
(2)

Azərbaycan qədim tarixə, əlverişli strateji-coğrafi mövqeyə, zəngin yeraltı və yerüstü sərvətlərə, əsrarəngiz təbiətə malik, müxtəlif  mədəniyyətlərin qovşağında yerləşən ölkədir. Vətənimiz iki bir birindən fərqli mədəniyyətin, həm Avropa, həm də Asiyanın kəsişdiyi, eyni zamanda bir birinə qovuşduğu, müxtəlif dinlərin, tarix və adət-ənənələrin özünə məxsusluğunun saxlandığı və mühafizə olunduğu, xalqların, müxtəlif etnik azlıqların və dinlərin nümayəndələrinin qardaşlıq, dostluq şəraitində yaşadığı regiondur.

Məhz bu səbəbdən onun həm tarixində, həm mədəniyyətində, həm adət-ənənələrində, həm ərzisində yerləşən tarixi-mədəni abidələrdə,  həm də digər sahələrində fərqliliklər və maraqlı nüanslar özünü göstərir. İlk öncə qeyd edək ki, Azərbaycan qədim Albaniyanın mərkəzi olmuşdur. Mesopotamiya dövlətlərinin əsas ticarət məntəqələrindən biri, böyük ipək yolunun keçdiyi tarixi region olaraq hələ də öz əhəmiyyətini itirməmişdir. Azərbaycanın qədim insan məskəni olmasına dair sübutlar 1,7-1,8 milyon il əvvəl yaşamış ilk ibtidai insanlara aid  qədim arxeoloji və paleontoloji materialların tapılması ilə bir daha təstiqlənib.

Azərbaycan haqqında maraqlı məlumatlar

Azerbaycan haqqinda maraqli melumatlar Azerbaycana aid faktlar azerbaycan dovleti
Azərbaycan haqqında maraqlı məlumatlar

     Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyətin yaradıldığı dövlət olmaqla adını tarixə qızıl hərflərlə yazmışdır. Eyni zamanda hətta Amerika və İsveçrədən belə əvvəl qadınlara  seçki hüququ tanıyan ilk müsəlman dövləti Azərbaycan olmuşdur. Əli bəy Hüseynzadənin demokratik ideya fikirləri əsasında yaradılan bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng müasirliyimizi, yaşıl rəng islam dəyərlərinə bağlı olduğumuzu bildirir.

    Azərbaycan adının mənası farsca “Azər Payeqan”, yəni “Atəş saxlayanlar” deməkdir. Bu xüsusi ad Azərbaycanı “Odlar Yurdu” kimi müəyyən edir və Azərbaycan bütün dünyada “Odlar Yurdu” kimi tanınır. Bununla əlaqədardır ki, Azərbaycan zərdüştlüyün ilk yayıldığı regionlardan biri sayılır. Bunun sübutu kimi, əsası 1711-ci ildə qoyulması iddia edilən “Atəşgah” məbədi tarixi memarlıq abidələri kimi dövlətimiz tərəfindən mühafizə olunur. Hazırda dünyanın yalnız iki yerində – Şimali Hindistanda və Azərbaycanda belə atəşgah var.

    Ölkəmizin hər bölgəsi tarixi mədəniyyət abidələri ilə zəngindir, onların hər biri həmin dövrün abu-havasını insanlara dərinliklərinə qədər hiss etdirir. Bakıda Şirvanşahlar sarayı, Qız qalası, miniatür kitab muzeyi, Şəkidə Xan sarayı, Karvansaray, şərq kilsələrinin anası hesab edilən alban kilsəsi, Naxçıvanda Mömunə Xatun türbəsi, Əlincə qalası tikildikləri tarixin izlərini illər keçməsinə rəğmən hələ  də yaşadır.

        2002-ci ildə istifadəyə verilən Bakı Miniatür Kitablar Muzeyi bu sahədə dünyada yeganə olma xüsusiyyətinə malikdir. 64 millətdən olan 6500-dən çox kitabdan ibarət muzeydə yalnız böyüdücü şüşə ilə oxuna bilən dünyanın ən kiçik üç kitabı da var.

      Azərbaycan həm də  dünyanın ən qədim neft ixracatçısıdır. Dünyada ilk neft qazması 1847-ci ildə Abşeronda aparılmışdır.

       Tarixi gözəllikləri ilə yanaşı sərvətləri ilə də zəngin olan Azərbaycanın Naftalan şəhəri müalicəvi xam neftlə vanna qəbul edə biləcəyiniz isti bulaqlarla doludur. Azərbaycanın Naftalan bölgəsinin xam neftindən də bəzi xəstəliklərin müalicəsində dəstək üçün istifadə olunur. Məlumdur ki, bölgədəki sağlamlıq ocaqlarında tətbiq olunan yağ vannaları xüsusilə səfəf, eqzema, oynaq pozğunluqları, qadın xəstəlikləri və revmatizm kimi problemlərdə təsirli olur.

image

İndi isə Azərbaycan haqqında digər maraqlı məlumatlara nəzər salaq:

  • Qafqazda, eləcə də bütün Cənubi Avropa və Yaxın Şərqdə ilk qadın pilot məhz Azərbaycanlıdır- O, Leyla Məmmədbəyovadır.
  • Müsəlman şərqində ilk balet məhz Azərbaycanda yazılmışdır-bu, Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletidir.
  • Şərq ölkələrində ilk opera da məhz Azərbaycanda yazılmışdır- Bu, Üzeyir Hacıbəyovun bəstələdiyi “Leyla və Məcnun” operasıdır.
  • Dünyadakı 13 iqlim qurşağından 9-u Azərbaycandadır.
  • Azərbaycanın cənub bölgəsində bitən Dəmirağac bu  bölgədəki ən nadir mirvarilərdəndir. Çox maraqlıdır ki, onun budaqları nə odda yanır, nə də suya batır. İçinə mismar vurmaq mümkün deyil. Talış meşələrində bitən bu ağac 200 ildən çox yaşayır. Digər maraqlı cəhət də odur ki, ağacın budaqları bir-birinə sürtündükcə birləşir.
  • Neft daşları dünyada yaradılmış ilk neft platformasıdır. Onun təməli 1947-ci ildə qoyulub. Ceyms Bondun məşhur macəralarından biri olan “Dünya Yetməz” filminin mühüm treylerləri burada, Neft Taşlarında çəkilib. Neft daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonu ilə birləşir. O, Xəzər dənizinin səthindən çətinliklə görünən “Qara qayalar”ın ətrafında salınıb. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu şəhərcik dənizin dibində, dəniz səthindən bir neçə metr hündürlükdə qoyulmuş metal dirəklər üzərində salınmışdır.
  • Naxçıvandakı Duz Dağı onu dünyaya tanıdan simvollardan biridir.  Dünyada yeganə olan bu dağ təkcə saf və təmiz duzu ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır. Rəvayətə görə, burada duz 6 min il əvvəl çıxarılıb. Tarixi ilə məşhur olan və dünyaya yayılan “İpək Yolu”ndan əvvəl “Duz yolu” Naxçıvan bölgəsindən Yaxın Şərq ölkələrinə qədər uzanırdı. Buradan bu ölkələrə duz daşınırdı.
    Burada dünyaca məşhur Duz Dağı Fizioterapiya Mərkəzi fəaliyyət göstərir.
  • Palçıq vulkanı dünyanın ən maraqlı möcüzələrindən biri kimi tanınır. İslamdan əvvəl Vulkan atəşpərəstlərin dini məkanı idi. Bu abidə haqqında çoxlu əfsanə və şayiələr var.
  • Vulkanın 200 metr cənubunda yeraltından zəif vulkanlar püskürür və ətrafa palçıqla qarışmış su səpələnir. Bu vulkan suyu ilə yerdən çıxan kükürdlü qazın yanına alışqan gətirildikdə alovun qəfil alışdığı görünür. Abidənin ətrafında yanan alov 10-15 metr hündürlüyə çatır. Qışda odun yanması daha aydın görünür.
  • Xarı bülbül Azərbaycanın və dünyanın ən nadir bitki növüdür. Ümumiyyətlə Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir.
  • Əshabi-Kəhf Azərbaycanın Naxçıvan şəhərindən təqribən 12 km aralıda, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşən müqəddəs yerdir. Dünyanın nadir müqəddəs yerlərindən biridir. Kiçik Asiya və ya Fələstin ərazisində eyniadlı yer haqqında qədim dini ədəbiyyatlarda, həm də müqəddəs Qurani-Kərimdə məlumat var. Lakin hərtərəfli araşdırmalara görə, “Quran-Kərim”də adı çəkilən müqəddəs yer ancaq Naxçıvana aiddir.

Mağaranın quruluşu onun təbii coğrafi mühiti ilə yaxından tanış olmaq və buranın dünyada ilk yaşayış ərazilərindən biri olduğunu söyləmək imkanı verir.

Bənzər mövzular:

Axtarış sözləri: Azərbaycan haqqında maraqlı məlumatlar,Azerbaycan haqqinda melumat,Azerbaycan haqqinda maraqli melumatlar,Azərbaycan respublikası,Azərbaycan haqqında maraqlı faktlar,Azərbaycan haqqında ümumi məlumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1.5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir