Ləzzətli Pizza resepti | Asan və tez hazırlanan

asan pizza resepti yazili pizza resepteri
3.8
(4)

Bu pizzanın dadına baxan hər kəs sizdən pizzanın reseptini və hazırlanma qaydasını soruşacaq !

Hazırlanmasının  asan olması və ortaya çıxan ləzzəti ilə  hər kəsin favori seçimi olacaq bu pizza.

Özəlliklə uşaqlarınızın çox sevəcəyi bu pizza reseptindən sonra, başqa yerdən alınmış pizzaya ehtiyac olmayacaq.

Hər kəsin evində olan ərzaqlarla evinizdə   rahatlıq fərqli növlərdə pizzanızı hazırlaya bilərsiniz.

Bu pizza reseptini əlinizin altında bir yerdə not etməli və daha çox zaman itirmədən hazırlamalısınız.

Hazırlayanlara nuş olsun. 😊

ASAN VƏ TEZ HAZIRLANAN PİZZA RESEPTİ ÜÇÜN LAZIM OLAN  ƏRZAQLAR:

  • 5 su stəkanı un
  • Yarım paket yaş maya ( vəya 10 qram quru maya )
  • 1 yemək qaşığı toz şəkər
  • Yarım yemək qaşığı duz
  • 4 yemək qaşığı zeytunyağı( vəya günəbaxan  yağı )                         
  • 2 su stəkanı ilıq su

SOSU ÜÇÜN :

  • 2 su stəkanı pomidor sosu
  • 2 yemək qaşığı zeytun yağı
  • 1 çay qaşığı quru nanə
  • 1 çay qaşığı kəkik

ÜZƏRİ ÜÇÜN :

  • Mozzarella pendiri
  • Holland pendiri
  • Sosiska ( vəya toyuq filesi )
  • Pomidor
  • Göbələk
  • Bişmiş qarğıdalı

PİZZA ÜÇÜN İSTİFADƏ EDİLƏN TAVANIN ÖLÇÜSÜ 40sm

Unu yoğurma qabına alaq və ortasını oyaraq geniş açaq

Unun ortasına yarım paket yaş maya, şəkər, duz zeytunyağı və ilıq suyu yavaş yavaş əlavə edərək xəmiri yoğurmağa başlayaq.

Yumuşaq ələ yapışmayan xəmir hazır edək.

Mayalanan xəmirin üstünü steçlə örtərək təxminən 30 dəqiqə saxlayaq.

Mayalanan xəmirin üstünü açaraq və un səptiyimiz taxtanın üzərinə qoyaq.

Xəmiri biraz yoğurub formaya saldıqdan sonra 2 bərabər hissəyə bölək.

əgər daha incə xəmirli pizza hazırlamaq istəyirsinizsə 3 hissəyə də bölə bilərsiniz.

Sonra ayırdığımız hissəni oxlov köməyi yayaq və ya əlimizlə  açaq.

Xəmiri yayan zaman oxlova yapışmasın deyə az-az un səpmək lazımdır.

Açdığımız xəmiri pizza tavasına qoymazdan əvvəl ölçüsünü uyğunlaşdıraq, sonra isə xəmiri tavaya qoyaq.

sponsor 3

Əgər pizza tavanız yoxdursa, adi tavaya yağlı kağız qoyaraqda istifadə edə bilərsiniz.

Bir çəngəl köməyi ilə xəmirin üzərinə deşiklər açaq ki, xəmir bişən zaman qabarmasın.

Pizza tavasını əvvəlcədən qızdırılmış 200 dərərcli sobaya qoyaraq xəmirimizi 10 dəqiqə bişirək.

Xəmirimiz bişərkən pizza sosu üçün, zeytunyağı, pomidor sosu, quru nanə , və kəkiki əlavə edib yaxşı-yaxşı qarışdıraq.

Yarı bişən xəmiri sobadan çıxardıb hazırladığımız sosu xəmirin üzərinə əlavə edib hər tərəfinə yayaq.

Pomidor sosunun üzərinə bol-bol mozarella penirini vəya holland pendirini rəndəliyərək əlavə edək.

Üzərinə sosiska vəya toyuq filesi , pomidor  dilimlənmiş göbələk, bişmiş qarğıdalını əlavə edək.

Son olaraq pizzamızı əvvəlcədən qızdırılmış 200 dərəcəli sobaya 20 dəqiqə bişməyə qoyaq ( bişmə vaxtı sizin sobanıza görə daha tez vəya gec ola bilər)

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.8 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir