Bu məqalə “Yaxşı lider necə olmalıdır“ mövzusunda esse yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
GİRİŞ
Liderlik qabiliyyəti hər kəsin sahib olmadığı özəl bir xüsusiyyətdir. Elə insanlar var ki, onlar dünyaya lider ruhlu olaraq gəlirər. Hər zaman və hər yerdə idarə etməyi çox yaxşı bacarır, bu xüsusiyyətlərinə görə digərlərindən fərqlənirlər. Sanki onlar lider olmaq üçün doğulublar.
ƏSAS HİSSƏ
Yaxşı lider necə olmalıdır?
Liderlik özü də bir istedaddır. Hər kəs rəhbər ola bilər, ancaq hər kəs lider ola bilməz. Liderlik sanki bir Tanrı vergisidir.
Ən yaxşı liderlər, cəsur qərarları, uzaqgörən fikirləri və iradəli xarakterləri ilə digərlərindən fərqlənirlər. Onlar komandanın döyünən ürəyi və düşünən ağlıdırlar.
Lider sadəcə əmr verən insan deyildir. Yaxşı lider öz heyətini irəli apara bilən, onların inkişafı və yüksəlişi üçün əlindən gələni edəndir. Əsl liderlər öz bilik və təcrübələrini komandası ilə bölüşür,onların zəif və güclü tərəflərini tanımaqlarına kömək edir. Onlar məşğul olduqları hər hansı sahədə uğur və müvəffəqiyyətlər qazanmaq gücünə sahbidirlər.
Sponsor Linklər
Lider ruhlu insanlar özlərini hər yerdə biruzə verirlər: məktəbdə, evdə, işdə və hətta adi anlarda belə. Liderlik onlar üçün bir həyat tərzidir. Onlar hər kəsdən fərqli düşünə bilir, başqalarının baxıb da görə bilmədiklərini görür və aşkar edirlər.
Elələri olur ki, hiyləylə, qorxuyla və digər qeyri-insani üsulları insanları aldadır, onlardan istifadə edirlər. Ən yaxşı liderlər belə ucuz yollara getmirlər. Bu cür üsullar zəif və acgöz olanlar üçündür. Lider ruhlu insanlar dürüstlüyün ən yaxşı siyasət olduğun yaxşı bilirlər. Yalanlarla da insanlara təsir etmək, onları idarə etmək mümkündür. Ancaq bir yerə qədər. Çünki, gec-tez yalanlar üzə çıxır və bu liderin etibarını və hörmətini zədələyir. Bu da liderlik gücünün itirilməsi deməkdir. Əsl öndər insanlar zəka, bilik və ağlın yolunu seçir, vicdanla idarə edirlər. Göründüyü kimi ən yaxşı liderlər həm də dürüst və səmimi olanlardır.
Yaxşı liderlər insanların ehtiyac və arzularına görə onları idarə etməyi bacarır, bu yolla onlara istiqamət verə bilirlər. Onlar tabeliyində olan insanları ustalıqla idarə edir, məqsədə gedən yolda ən qısa və səmərli üsulları asanlıqla tapırlar.
Yaxşı lider bəzən əmr etmədən də idarə etməyi bacarandır. Bu cür idarəetmə xüsusi bir sənətdir.
Həqiqi liderlik qabiliyyətinə sahib insan, idarəçiliyndə olanlarla bir ailə kimi olmağı bacarır və onlar arasında səmimi münasibətlər sistemi qurur. Yeri gəldikdə bir müəllim kimi həyat dərsi verir, yeri gəldikdə dost kimi arxa, dayaq durur. Tarix belə liderlər çox şahidlik etmişdir: Atatürk, Heydər Əliyev, Avram Linkoln, Mahatma Qandi və s. Əsl lider necə olmalıdır sualına ən yaxşı cavab cür böyük şəxsiyyətlərin bioqrafiyasıdır.Onların həyatları əsl liderlik məktəbidir.
NƏTİCƏ:
Yaxşı liderlər düşüncə və ağlın gücündən doğru şəkildə istifadə edərək, ətrafına minlərlə insanı toplayır, onları uğurlu nəticəyə aparırlar. Bu cür insalar ən çətin durumlarda belə ən doğru qərarlları verir, səhvlərdən öyrənərək və inkişaf edərək daim irəli addımlayırlar. Əsl liderlərin ortaq cəhətləri qətiyyətli, mübariz, zəkalı və səbrli olmalarıdır.. Onlar gənclər üçün həm yaxşı örnəkdirlər, həm də əsl öndər.
Bənzər mövzular:
- Hər bir insan öz uğurunun memarıdır haqqında esse,
- Həyatda öz yerini tapan xoşbəxtdir esse,
- Mümkünsüz görünən əslində mümkündür haqqında inşa
Axtarış sözləri: yaxşı lider necə olmalıdır esse,yaxsi lider nece olmalidir movzusunda esse,yaxşı lider öz ölkəsi üçün nələr edə bilər,yaxsi lider oz olkesi ucun ne ede biler,yaxsi lider nece olmalidir haqqinda insa,yaxsi lider necə olmalidir haqqinda esse
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!



Sonluq yoxdur
Nəticə sonluqdur.