Bu məqalə Xocalı faciəsi haqqında esse yazmağınıza yardım edəcək. Bu esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Bu esse olduğu üçün tarixi faktlardan çox, şəxsi münasibət və fikir olmalıdır.
Sonda ulduzla esseni qiymətləndirə və şərh yazaraq düşüncələrinizi paylaşa bilərsiniz.
Giriş
Xocalı faciəsi bütün dünyanın gözü qarşısında baş vermiş bir insanlıq dramıdır. 90-cı illərdə baş vermiş bu faciə ümumilikdə bəşər tarixinin üz qarasıdır. Bu soyqırım, həm də insanlıq üçün bir utanc mənbəyidir.
Əsas Hissə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə eməni silahlı qüvvələri şəhərə qəfl hücuma keçdi. O gecə Xocalı əhalisi başına gələcəklərində xəbərsiz bir şəkildəcə öz yurdlarında, öz evlərində idilər. Mənfur düşmənin məqsədi təkcə işğal deyildi. Onlar əli silahsız, gücsüz və günahsız inanların üzrəinə ağır və atəşli silahlarla gəlirdilər.
Düşmən gözünü belə qırpmadan və qadın, uşaq, qoca demədən hər kəsi xüsusi amansızlıqla qətlə yetirdi. Günahsız insanların əl-qollarını sındıırıb gözlərini çıxararaq, diri-diri yandıraraq və digər qeyri-insani işgəncələrlə öldürdülər. Onların arasında hətta qarnı yarılmış hamilə qadın da var idi. Xocalı faciəsində baş verən qeyri-insani vəhşiliklərin hər birini burda yazmağa əlim gəlmədi. Xocalı qurbanlarının şəkillərinə belə çətinliklə və böyük ürək ağrısıyla baxıram.
İnsan insana bunu edə bilməzdi. Bunu ancaq insanlıqdan uzaq məxluqlar edə bilərdi. Hətta faşist və nemestlər belə bu cür vəhşilik törətməmişdi.
Xocalıda anaların fəryadına yer-göy titrədi.Uşaqların çarəsizcə ağlamağına mələklər belə ağladı.
O gecə, təkcə günahsız soydaşlarımız ölmədi, o gecə həm də insanlıq öldü. Xocalıda günahsız insanlar həyatını, cəlladlar isə insanlığını itirdi.
Sponsor Linklər
Xocalı faciəsini dünyaya tanıdan və göstərən milli qəhrəman Çingiz Mustafayevdir. Onun çəkdiyi ideo kadrlar, fotolar – hər birisi erməni vəhşiliyinin əyani sübutu idi. Çingiz, Xocalı həqiqətlərini dünyaya çatdırarkən, düşmən atəşi nəticəsində şəhid oldu. Məhz onun cəsarət və şücəəti nəticəsində, dünya bu gün Xocalı faciəsindən xəbərdardır. Onun çəkdiyi görüntülər tarixi fakt kimi erməni vandalizminin və terrorunun sübutudur.
Uydurma “erməni soyrıqımı”na gəldikdə bəzi dünya dövlətləri saxta faktlarlı həqiqət kimi qəbul edir, yaxın tarixdə baş vermiş Xocalı faciəsini isə görməzdən gəlir. Qərb dövlətləri özlərinə sərf etmədikdə 3 meymunu oynayırlar. Xocalı soyqırımına gəlikdə kor,kar və lal olurlar.
Azərbaycan Xocalıya cavab olara ermənilərə qarşı daha betər soyqırım edə biləcək gücdə idi. Ancaq biz belə bir vəhşiliyi ermənilərə qarşı etmədik. Çünki biz ermənideyilik, Azərbaycanlıyıq. Mənfur ermənilər günahsız, gücsüz və silahsız insanları öldürəcək qədər alçaq oldular. Biz isə qisasımızı, günahsız insanlardan deyil, günahkarlardan alırıq və alacağıq da.
Biz 44 günlük müharibədə zəfər qazanıb Xocalını da öz azadlığına qovuşdurduq. Artıq Xocalı qurbanlarının ruhu şaddır. Mən istərdim ki, bir daha bu dünya Xocalı faciəsi kimi bir vəhşiliyi yaşamasın, günahsız adamlar hədər yerə ölməsin.
Nəticə
Qarabağ zəfəri ilə bərabər artıq Xocalı cəlladları da bir-bir tutulub haqq və ədalət qarşısında dindirilir. Onların qana bulanmış əlləri və vicdansız ruhları özlərinə qənim olacaq. Haqq və ədalət gec-tez öz yerini tapır. Xocalını unutmamalıyıq, Çünki, tarixini unudanlar tarixini təkrar yaşamağa məhkumdurlar.
Bənzər mövzular:
Axtarış sözləri: xocalı faciəsi haqqında esse,xocali faciesi haqqinda esse,xocalı soyqırımı haqqında esse,26 fevral esse,xocalı haqqında esse,xocalı faciəsi esse,xocalıya aid esse,xocalı esse yaz
vaciə
cox gozəldir.