Bu məqalə “Vətən“ mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.
Hər insana öz vətəni əzizdir. Vətən həm də Ana deməkdir. Hər birimiz onun qoynunda böyüyür, boya-başa çatırıq. Atalarımız yaxşı deyib:
Ana kimi yar olmaz, Vətən kimi diyar.
Vətən – hər daşı, hər qarışı tarixdir, müqəddəsdir. O bizə keçmiş əcdadlarımızın ən böyük əmanətidir. Bu əmanəti qorumaq, ona xidmət etmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının şərəf borcudur.
Vətənimiz tarix boyu, ərənlərin, igidlərin yurdu olub. Babək, Koroğlu, Cavanşir və Şah İsmayıl Xətai kimi igid, cəsur sərkərdələr yetişdirib, boya-başa çatdırıb. Onlar düşmənlərdən vətəni qoruyub, savaşlarda böyük şücaət göstərmiş,, qəhrəmanlıqları ilə tarixdə iz qoymuşlar. Bu igidlər haqsızlıq və ədələtsizliyə qarşı savaşmağı, vətənə sahib çıxmağı özlərinə şərəf bilmişdir. Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə və digər adını bilmədiyimiz bütün adsız qəhrəmanlar onların layiqli davamçıları kimi vətənə xidmət edib, öz borclarını yerinə yetiriblər.
Yurudum gözəl təbiəti, zəngin təbii sərvətləri ilə hər zaman diqqətləri öz üzərinə çəkmiş, böyük savaşlara və müharibələrə meydan olmuşdur. Tarix boyu minlərlə insan bu torpaqlar uğrununa canından keçmiş, gələcək nəsillərin xoşbəxtiyi və əmin-amanlığı üçün özlərini fəda etmişdir. Bu torpaqarda hər addımda bir şəhid yatır, bir şəhid uyuyur. Torpaqları müqəddəs edən, bu candır, bu qandır. Onun hər qarışında şəhid qanı vardır. Vətənə qayğı göstər, hörmət et və onu sev. Çünki, o hər birimizə Anadır.
Sponsor Linklər
Vətən Haqqında Aforizmlər
Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz.
Vətən haqqında inşa
Allah yurduma minbir sərvət bəxş etmişdir. Torpaqlarımızın altı da üstü də təbii sərvətlərlə zəngindir. Qızılı, Neft-qazı, balı kürüsü, müalicəvi istirahət yerləri ilə dünyada tanınır.
Ən keyfiyyətli neft yataqlarından çoxu bizim torpaqlardan çıxarılır. Həmçinin dünyanın ən yüksək keyfiyyətli və bahalı balıq kürüləri də burdadır. Sərin bulaqları, şəfalı mineral suları, uca dağ və meşələri yurduma ayrı bir gözəllik qatır. Özünəməxsus fauna və florası, qədim tarixi və müasirliyi ilə hər il yüz minlərlə turisti özünə cəlb etməyi bacarır. Azərbaycanım həm də öz qonaqərvərliyi və mehriban, səmimi insanlarıyla seçilir. Bizlər tarix boyu xarici qonaqlara xoş qarşılamış, ən yaxşı süfrələri qonaq üçün açmışıq. Bu səbədəndir ki, vətənim Azərbaycan dedikdə ilk yada düşənlərdən biri də qonaqpərvərliyimizdir.
Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, həm də zəngin mədəniyyəti ilə tanınır. Vətənim dünyada musiqinin, incənətin beşiyidir. Dünyanı heyran edən ən gözəl səslər, bənzərsiz musiqilər bu diyarda doğmuşdur. Azərbaycan musiqisi muğamı, tarı, kamananı ilə ruhları oxşar, könülləri fəth edər. O, dünya musiqisinə böyük sənət əsərləri bəxş etmiş, özünəməxsusluğu ilə öz damğasını vurmuşdur. Yurdum dünyaya Rəşid Behbudov, Üzeyir Hacıbəyov,Qara Qarayev, Asəf Zeynallı kimi böyük musiqiçiləri bəxş etmiş, öz üslubu və janrı ilə musiqi dünyasına ayrı bir rəng qatmışdır.
Gördüyünüz kimi, Azərbaycan zəngin tarixə və mədəniyyətə sahib, dünyada özünəməxsus yer tutan bənzərsiz bir ölkədir. Vətənim günü-gündən inkişaf edir, güclənir və tanınır. Məncə kimliyindən asılı olmayaraq hər bir Azərbaycanlı buna xidmət etməlidir: Azərbaycanın daha da inkişafı, güclənməsi və dünyada tanınması üçün çalışmalı, bunu özünə vəzifə, borc bilməlidir. Gələcək nəsillərə gözəl bir vətən miras qoyaq ki, bizdən sonra gələnlər bizlərdən razı qalsınlar. Daha gözəl bir vətən ümidilə sağolun.
Bənzər mövzular:
Axtarış sözləri: təcili qan lazımdır inşa,təcili qan lazımdır və xeyirxah əli haqqında inşa,tecili qan lazimdir insa,tecili qan lazimdir haqqinda insa,tecili qan axtarilir ve xeyirxah eli haqqinda insa