tikdim ki izim qala insa yaz
4
(151)

Bu məqalə Tikdim ki izim qala mövuzunda inşa yazmağınıza yardım edəcəkdir. Çalışın inşaya öz fikir və sözlərinizə də əlavə edəsiz..

Tarix boyu yaddaşlarda qalmaq, bu dünyada bir iz qoymaq istəyi bir çox insanın əsas arzusu olmuşdur.

Qədim atalarımız da tarixi əsərlər, böyük memarlıq abidələri yaradarkən bunu təkcə özləri üçün deyil, həm də gələcək nəsillər üçün etmişdir.

Atalarımız yaxşı deyib:

Tikmədim özüm qalam, tikdim ki, izim qala..

Sənətkarlar bir-birindən gözəl sənət əsərləini təkcə özləri üçün yaratmırlar. Onlar həm də gələcək nəsillər üçün yaşayıb-yaradırlar. Hər bir sənət nümunəsi özundə gələcəyə göndərilmiş bir mesajdır.

Misir piramidaları, Şəki xan sarayı, İsgəndəriyyə mayakı, Qız qalası və buna bənzər yüzlərlə tarixi sənət nümunələri hələ də öz əzəmətini qoruyub saxlamaqdadır.

Bu abidələr təkcə keçmişimiz deyil, həm də bu günümüz və sabahımızdır.
Hər bir daşında bir sirr, bir hikmət gizlidir.
Bütün bunlar keçmişin bizlərə əmanətidir ki, biz gələcək nəsillər onlara hörmət etməyi qorumağı, dərk etməyi özümüzə borc bilməliyik.


Sadəcə özünü düşünən, başqalarını fikirləşmədən yaşayanları isə dünya tez unudur.. Bu cür adi adamlara tarixdə yer olmur və onlar uğursuz bir şəkildəcə dünyadan keçib gedirlər.
Gələcəyi düşünərək yaşayıb yaradan kamil insanlar isə hər zaman ürəklərdə və ağıllarda qalmağı bacarırlar.

Dünyadadan köçdükdən sonra belə dünyada qalacaq nəsə etmək, bunlarla xatırlanmaq, bunlarla tarixə düşmək çox az insana nəsib olmuşdur.
Tarixin səhifələrindən böyük şahlar və krallar keçmiş, tarixə öz damğalarnı vurmuşdur.Onlar dəbdəbəli saraylar , nəhəng qalalar inşa etdimiş, böyük tarixi əsərlər yaratmışdır Ancaq ən böyük krallar belə ölümün caynağından qaça bilməmiş, qonaq olduğu bu dünyanı tərk etmişdir.
Tarixdə isə sadəcə adları və yaratdıqları qalmışdır.

Bəli bu dünyada sadəcə əməllərimiz qalır.
Allah insanı həyatda sadəcə özü üçün yaşasın deyə yaratmayıb.
Kamil insan bütün bunları dərk edə bilən, yalnız özü üçün deyil, həm də Vətəni üçün , insanlıq üçün çalışan və yaşayandır.

Axtarış sözləri: Tikdim ki izim qala inşa,tikdim ki izim qala insa,tikdim ki izim qala haqqında inşa,tikdim ki izim qala movzusunda insa yaz,tikdim ki izim qala haqqinda insa yazmaq,tikdim ki izim qala insa yazmaq,tikdim ki izim qala movzusunda insa vikipediya,tikdim ki izim qala haqqinda insa,tikdim ki izim qala mövzusunda inşa,tikdimki izim qala insa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4 / 5. Səs sayı: 151

İlk səs verən sən ol!

One Comment

  1. Tikdim ki izim qala

    Tik

    🐒💿🏖️🛠️🏖️🛠️🏖️🛠️🏖️🏖️🛠️🏖️🦍🏖️🦍🏖️🛠️🏖️🏖️🏖️🛠️🏖️🛠️🏖️🛠️🦍

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir