Bu məqalə Su haqqında esse yazmağınıza yardım edəcək. Xatırladaq ki, esse sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz fikrinizi bizimlə paylaşa və ulduzla qiymətləndirə bilərsiz..
Mövzu başlıqları
GİRİŞ
Su – hər damlası həyat mənbəyidir. Su axdığı hər yerə həyat verir, onunla təbiət canlanır, inkişaf edir. Planetimizdəki həyat onun üzərində bərqərar olmuşdur.
ƏSAS HİSSƏ
Su həyat mənbəyidir
Susuz həyatı təsəvvür etmək mümkün deyil. Su insan daxil bütün canlılar aləmi üçün əvəzolunmazdır. O, insan həyatı üçün oksigendən sonra ikinci ən vacib ehtiyacdır.Bədənimizin və dünyamızın 70%-dən çoxu sudan təşkil olunmuşdur. Çaylar, göllər, dəniz və okeanlar dünyamızın böyük bir hissəsini tutur. Suyun olduğu hər yerdə canlılar aləmi də zəngin və geniş olur. Su, həm də saflığın, aydınlıq və duruluğun rəmzidir.
Hər kəsə məlumdur ki, su içmək nəfəs almaq qədər önəmlidir. Suda orqanizm üçün vacib olan kalium, kalsium,natrium, maqnezium və fosfat kimi faydalı minerallar mövcuddur. Bu minerallar Bir ehtiyacdan ziyadə sağlam bədən və güclü immunt sistem üçün də su çox vacibdir. Buna görə də, həkimlər günlük ən az 2 litr su içməyi tövsiyə edir.
Susuz səhralara bir baxın. Necə də cansız və qurudurlar! Və bir də su ilə zəngin olan yerlərə nəzər salın. Necə də gözəl və ecazkar təbiətə sahibdirlər! Bu gün planetimiz zəngin bio aləmə sahibdirsə, bu suyun sayəsində mümkün olmuşdur. Kainatda milyonlarla planet var ki, orda su olmadığı üçün həyat yoxdur.
Su bəsit kimi görünən bir möcüzədir. O, həyati önəmə sahib 4 müqəddəs elementdən biridir. Hava, od, su və torpaq birləşərək həyat üçün, varlıq üçün əlverişli mühit yaradırlar. Hətta alimlər sübut edib ki, suyun belə yaddaşı var və o deyilən xoş və ya neqativ sözlərə reaksiya verir. Həqiqətən də, su Tanrının dünyaya bəxş etmiş olduğu bir lütfdür.
Sponsor Linklər
Sudan qənaətlə istifadə edək! İsrafa yox deyək!
Dünyamız su qıtlığı problemi ilə üz-üzədir. Planetimizin su ehtiyatlarının 2.5%-ə qədəri şirin sulardır ki, bunun da təqribən 0,3%-indən istifadə etmək mümkündür. Yerdə qalan 97.5% isə duzlu sudur. Planetimizdə 8 milyarddan çox insan yaşayır və onların sayı durmadan artır. Dünyanın şirin su ehtiyatları isə ildən-ilə azalır. Bu problem artıq Azərbaycanda da özünü göstərir. Əsas şirin su ehtiyatlarımız olan Kür və Araz çaylarının səviyyəsi getdikcə azalır. Ölkəmizdə xüsusilə bağ-bostan suvarılmasında və nəqliyyat vasitələrinin yuyulmasında böyük su kütləsi israf olunur. Son illər bunun qarşısının alınması üçün dövlət tərəfindən maarifləndirici tədbirlər görülür, öyrədici videoçarxlar hazırlanır və yayınlanır.
Suyu israf etməmək, ondan qənaətlə istifadə etmək bizim hər birimizin borcudur. Belə bir məsəl var kİ, suyun qədrini və önəmini ən yaxşı səhrada bir gün susuz qalmış adam bilər. Dünyanın elə bölgələri var ki, orda insanlar içməyə bir damcı belə təmiz su tapa bilmirlər.

Xüsusilə bir çox Afrika ölkələri çirkli su ilə həyatlarını davam etməyə məhkum qalıblar. Onlar hər gün yararsız bu sulardan istifadəyə məcbur qalıblar, hansı ki, bu sular xəstəlik və mikrob mənbəyidir.
Təəssüf ki, bəzi şirkətlər və dünya dövlətləri iqtisadi mənfəət naminə şirin suların çirkləndiriləmsinə və qurudulmasına göz yumurlar. Dünya təşkilarının və ekoloji qurumların etirazları isə çox da böyük təsir etmir və kiçik qazanclar naminə gələcəyimiz təhlükəyə atılır.
Buna çarə olaraq bir sıra ekoloq və alimlər bunları təklif edir:
- Qar və buzlaqların əridilməsi və istifadəsi. Dünyamızdakı şirin su ehtiyatlarının böyük bir hissəi məhz qar və buzlaq şəklindədir. Və onların
- Şirin suların çirklənməsinə və israfına səbəb olanların ağır cəza və cəriməyə təbe edilməsi.
- Duzlu suların təmizlənib şirin suya çevrilməsi. Hansı ki, bu çox yüksək məbləğ tələb edir və hər ölkə üçün iqtisadi baxımdan münasib deyidlri.
Təbiəti sevən və gələcək nəsillərə hörmət edən, suyu da israf etmədən, qənaət edərək istifadə edər.
NƏTİCƏ
Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür. Su olmasaydı, biz də olmazdıq. Bu həyat mənbəyini qədrini bilmədən israf etmək isə, cinayətdir və günahdır. Gələcək nəsillərə daha sağlam və təmiz bir həyatı naminə su ehtiyatlarımızı qorumalı və hər damlasının qədrini bilməliyik. Çünki, susuz həyat yoxdur!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Bənzər mövzular:
- Təbiətə qayğı lazımdırmı haqqında esse
- Ana təbiət haqqında esse
- Ətraf Mühitin Qorunması Haqqında İnşa
Su haqqında esse
Axtarış sözləri: su haqqında esse,su həyat mənbəyidir mövzusunda inşa,su həyatdır esse,su haqqinda insa,su heyat menbeyidir esse