Neft daşları filmlərimizdə haqqında inşa
4.1
(54)

Bu məqalə Neft daşları filmlərimizdə  haqqında inşa yazmağınıza yardım edəcək. İnşa sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın ona öz fikir və sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşa və inşanı ulduzla qiymətləndirə bilərsiz.


Neft Daşları dünyanın ilk neft platformasıdır. Bu baxımdan Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə yerləşir.

Neft Daşları haqqında “Möcüzələr adası”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər”, “Dənizdə möcüzə”, “İki Xəzər”, “Polad dirəklər üzərində şəhər”, “Neft Daşları – su üzərində şəhər” və digər filmlər çəkilib.

1) “Möcüzələr adası” filmi Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır. Burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir.

2) “Xəzər neftçiləri haqqında dastan” filmi 1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.
Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.
Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.

3) “Dənizi fəth edənlər” Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir.
1959-cu ildə çəkilmiş “Dənizi Fəth edənlər”-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir.

4) “Qara daşlar” kinopovestdə neft uğrunda aparılan qəhrəmanlıq mübarizəsindən, qabaqcıl neftçilərin irəli sürdükləri cürətli təşəbbüslərin həyata keçirilməsinə mane olan mühafizəkarlarla yenilikçilərin toqquşmasından, gənclərimizin əmək fədakarlığından bəhs edilir.

Film neft kəşfiyyatçılarının dənizdə qazma işləri apardıqları zaman baş verən dramatik hadisələrdən bəhs edir.

5) 1966-cı ildə çəkilmiş “Dənizdə möcüzə” kinolenti dünyada tayı-bərabəri olmayan, Xəzər dənizində polad dirəklər üzərində salınmış Neft Daşlarına həsr olunmuşdur.

6) 1975-ci ilin filmi olan “İki Xəzər” -də Xəzərin qoynunda gecə-gündüz neft çıxaran ağır zəhmətə qatlaşan cəsur Azərbaycan neftçilərinə ithaf olunmuşdur. Nəbi Xəzrinin Xəzəri fəth edənlərə, dəniz neftçilərinə həsr olunmuş eyniadlı poeması səslənir. Onun fonunda Neft Daşları, tikintilər ekranda canlanır. Gənc neftçilər estradada mahnı oxuyurlar… Mədəndə yanğın baş verir. Yanğınsöndürənlər əsl qəhrəmanlıq göstərirlər.

7) “Polad dirəklər üzərində şəhər” filmi Neft Daşlarının 25 illiyinə həsr olunmuşdur.

Burada məşhur “Xəzər neftçiləri haqqında dastan” filmindən bir epizod göstərilir: ilk qazma buruğu. İlk neft fontanı, 1949-cu il noyabrın 7-də dənizdə ilk qazma buruğu neft verdi. Neft Daşlarının-ölkənin yeni sənaye bazasının əfsanəsi belə başlandı.
Bu filmdə Neft Daşlarından, burada çalışan zəhmətsevər və cəsur adamlardan danışılır.

8) “Neft Daşları-Su üzərində şəhər” İsveçrə-Azərbaycan istehsalı olan sənədli film 1949-cu ildə sovet dövrü inşa edilmiş Neft Daşlarının keçmişi və bu gününə həsr edilib. Neft Daşlarının 60 illik tarixində ilk dəfə olaraq xarici çəkiliş qrupuna dəmir platformalar üzərində şəhəri bütünlüklə çəkmək imkanı verilib. Sovet dövründən qalmış ağ-qara arxiv kadrları ilə bərabər müasir video görüntülərlə çəkiliş qrupu “Neft Atlantidası” –nın əsl tarixini yaratmağa çalışıb.

Neft daşları filmlərimizdə haqqında inşa

Bənzər mövzular:

Axtarış sözləri: neft daşları filmlərimizdə haqqında inşa,neft daşları filmlərdə haqqında inşa,neft daşları filmlərimizdə haqqında esse,neft daşları filmlərimiz haqqında inşa,neft daşları haqqında esse,neft daşları filmlərimizdə inşa,neft daşları filimlərimizdə mövzusunda inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 54

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir