Mümkünsüz görünən əslində mümkündür haqqında inşa

mümkünsüz görünən əslində mümkündür haqqında inşa,mümkünsüz görünən əslində mümkündür haqqında esse,mumkunsuz gorunen eslinde mumkundur haqqinda insa,
3.1
(16)

Bu məqalə “Mümkünsüz görünən əslində mümkündür  mövzusunda inşa yazmağınıza yardım edəcək. Bu sizə fikir vermək məqsədiylə yazılıb. Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..Sonda şərh yazaraq öz düşüncələrinizi bizimlə paylaşın.

İnsan öz iradəsi, inanc və istedadı tarix boyu bir çox mümkünsüzü mümkün etmişdir. Bir çoxları bunu məntiqsiz və qeyri-real saysa da, böyük iradə sahibləri öz güclərinə və zəkalarına inanaraq möcüzə saylılacaq işlərə imza atmışdır.
Məsələn, xx əsrin əvvələrinə qədər uçmaq insanlıq üçün sadəcə bir xəyal idi. 1903-cü ildə Amerikalı Rayt qardaşlar ilk motorlu təyyarələrini hazır edərək havada 12 saniyə uçaraq 40 metr məsafə qət etdilər və bəşər tarixində bir ilki gerçəkləşdirdilər. Daha sora təyyarəni daha da təkmilləşdirib daha uzun müddət havada uçdular. Bu ilk motorlu təyyarənin atası sayılır. Uçmaq o günə kimə hər kəsə mümkünsüz görünürdü. Təkcə Rayt qardaşlarından başqa. Onlar uğurlu olacaqlarına inandılar və mümkünsüz görünənin mümkün edib uçmağı bacardılar. Tarix buna bənzər örnəklərlə doludur. Başqalarına deyil öz ürəyini dinləyən, hər kəsdən fərqli düşünən xəyalpərəst insanlar mümkünsüz sayılanı mümkün edərək insanlıq tarixi dəyişmiş və adlarını tarixə yazmışlar.

Bu gün istifadə etdiyimiz yüzlərlə möcüzə saylacaq ixitiralardan istifadə edirik. Çox uzağa getməyək. Məsələn, mobil telefonlarla dünyanın istənilən nöqtəsinəistədiyimiz vaxt zəng edə bilir, görüntülü əlaqə qura blirik. Bu gün bizə adi gəlsə də, keçmişdəki insanlar üçün bu mümkünsüz sayılırdı. Əgər telefonun olmadığı bir dövrə gedə bilsəydik və o insanlara bundan bəhs etsəydik, heç kəs bizə inanmazdı. Hər kəs bunu mümkünsüz olduğunu deyər, hətta bizi dəli hesab edərdilər. 4 milyarddan çox insanı bir-birinə bağlayan internet də dövrümüzün möcüzələrindən biridir. Qəribədir ki, mümkünsüz görünən şeylər gerçək olduqda ilk vaxtlar bizə möcüzə və sehr kimi gəlir. Ancaq zamanla adiləşir və bizə elə gəlir ki, bu sadə bir şeydir.

İnsanlığın arzu və xəyalı sərhəd tanımır. Onun bacarmaq istədiyi ancaq hələ ki, mümkünsüz görünən bir çox arzuları var.
Kim bilir, bəlkə də bu gün mümkünsüz görünən bir çox şey, gələcəkdə mümkün olacaq? Məsələn, uçan maşınlarla səmada gəzmək, düşünən robotlar yaratmaq və ya insanların başqa panetlərdə yaşaması kimi.Bu gün üçün bunlar real görünmür, ancaq kim deyə bilər ki gələcəkdə mümkün olmayacaq?
Bir dahinin dediyi kimi:
“Dünənin xəyalı bu günün gerçəyi, bu günün xəyalı sabahın həqiqətidir.”

Mümkünsüz görünən əslində mümkündür haqqında inşa

Bəzən bir insan belə bütün dünyanı dəyişəcək ixtiralar və yeniliklər edir. Məsələn, sahib Nikola Tesla tarixin ən böyük elm adamarından biridir. Elektrik lampasından avtomobil motoruna kimi irili xırdalı 1000-ə yaxın ixtiranın müəllifidir. Tesla elektriki naqilsiz və təhlükəsiz bir şəkildə dünyanın istənilən yerinə ötürməyin mümkün olduğunu söylədikdə heç kəs ona inanmamışdı. Ta ki, o dahiliyini sübut edib bunu bacarana qədər. Texnologiyanın bu səviyyəyə çatmasında və inkişafında onun böyük rolu olmuşdur.
Bir çox dahi, alim və mühəndis dəfələrlə sübut etmişdir ki, mümkünsüz görünən əslində mümkündür. Yetər ki, insan özünə bütün qəlbiylə inansın və inanığı uğruna daim çalışsın.

Uca Allah insana elə bir ixtiyar və güc verib ki, insan möcüzə sayıla biləcək bir çox şeyi bacarır, mümkünsüz kimi görünən bir şeyi zamanla mümkün edir. Hansı ki, təbiətdə heç bir canlı bunu edə bilmir. Onun gücü və qüdrəti hər şeyə yetər. İnsan öz güc və qüdrətini kəşf etdikcə möcüzə və sehr sayıla biləcək böyük ixtiralar etmiş, dünyanı dəyişmişdir.
Mümkünsüz görünən hər şeyi mümkün etmək isə yalnız Allaha məxsusdur.
İstərdim ki, bu gün mümkünsüz görünən xəyal və arzular bir gün gerçək olsun. Məsələn, müharibənin olmadığı, hər kəsin sülh içində yaşadığı, kasıbların və xəstələrin olmadığı bir dünya. İnanıram ki, bir gün bunlar da mümkün olacaq.

Bənzər mövzular:

Axtarış sözləri: mümkünsüz görünən əslində mümkündür haqqında inşa,mümkünsüz görünən əslində mümkündür haqqında esse,mumkunsuz gorunen eslinde mumkundur haqqinda insa,mümkünsüz görünən əslində mümkündür esse,mumkunsuz gorunen eslinde mumkundur esse

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.1 / 5. Səs sayı: 16

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir