Bu məqalə Mən xoşbəxtliyi nədə görürəm haqqında esse yazmağınıza yardım edəcəkdir.
Çalışın inşaya öz fikir və sözlərinizi də əlavə edəsiz..
Giriş
Xoşbəxt olmaq hər bir insanın arzusudur. Kim istəməz ki, xoşbəxt yaşamağı? Ancaq xoşbəxtlik insandan-insana dəyişir və onun çoxlu yolları vardır… Bir insanı xoşbəxt edən bir şey, digərini xoşbəxt etməyə də bilər.
Əsas hissə
Mən xoşbəxtliyi yaxşı bir insan olmaqda görürəm.
Məncə ən gözəl insan başqalarını xoşbəxt edərək xoşbəxt olandır. Yaxşılıq etmək və faydalı bir insan olmaq mənə böyük sevinc bəxş edir.
Məsələn yoldan keçən yaşlı nənə və babalara kömək etmək, ac heyvanlara yemək və su vermək, çiçəkləri sulamaq. Xeyirxah olmaq, insanların sevgisin və hörmətini qazanmaq doğurdan da, insanı xoşbəxt edir. Və xoşbəxtlik hər insana gözəl yaraşır.
Xətrini çox istədiyim babam belə deyərdi : “Ən böyük xoşbəxtlik kiçik şeylərdə gizlidir.” O zaman babamın nə demək istədiyini anlamamışdım. Böyüdükcə, başa düşdüm ki, kiçik yaxşılıqlar belə insana böyük sevinc bəxş edə bilir. Məsələn, evdə balaca şirin bir məstanımız var. Ona yemək və su vermək, onunla oynamaq, sevib əzizləmək məni çox xoşbəxt edir. Bəlkə də, dünyanın ən bahalı oyuncağını mənə alsaydılar bu qədər xoşbəxt olmazdım.
Sponsor Linklər
Mən xoşbəxtliyi həm də öyrənməkdə və paylaşmaqda görürəm. Sinifdə hər birimiz dərslərdə bir-birimizə dəstək olur, əyləncəli bir şəkildə həm öyrənir həm də öyrədirik. Bunları birgə edərkən mən anladım ki, yeni nəsə öyrənmək və bunu başqalarına öyrətmək mənə xoşbəxtlik verir. Buna görə də məncə Müəllimlər dünyanın ən xoşbəxt insanlarıdır. Və mən də, böyüyəndə müəllim olmaq istəyirəm.İstərdim ki, mənim də şagirdlərim olsun və onlara bilmədiklərini öyrədim. Gələcəkdə daha yaxşı bir həyat üçün balacalara kömək edim, bildiyim hər şeyi öyrədim.”
Nəticə
İnsan məncə, başqalarını incitmədən və aldatmadan özünü xoşbəxt etməyi bacarmalıdır..Başqalarına pislik edərək heç kəs xoşbəxt və firavan yaşaya bilməz. Məncə xoşbəxtliyin açarı yaxşılıqdır.
Allah da bizi məhz yaxşı bir insan olaq deyə yaradıb. O zaman gəlin birlikdə, yaxşı əməllər edək və əsl xoşbəxtiyə layiq olaq.
Bənzər mövzulu inşalar:
Xeyirxah insanlar unudulmur insa
mən xoşbəxtliyi nədə görürəm esse,men xosbextliyi nede gorurem haqqinda esse,men xosbextliyi nede gorurem esse,mən xoşbəxtliyi nədə görürəm haqqında esse,mən xoşbəxtliyi nədə görürəm inşa
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Çox maraqlı və gözəldir💙❤️🖤.
maraqlı bir şey lapa bilmirəm
Sağolun kim yazıbsa
Sağolun kim yazıbsa
qesey sozler yazılıb ama usaqcadı
ela
Cox maraqli idi