Mən xeyriyyəçi olsaydım haqqında esse yazmaq üçün bu məqalə sizlərə yardım edəcək. Esse fikir vermək məqsədiylə yazılıb. Çalışın öz ona öz sözlərinizi də əlavə edəsiz. Sonda şərh yazaraq bizə dəstək ola bilərsiz.
GİRİŞ
Bizi yaşadan məhz digər insanlara göstərdiyimiz sevgi və xeyirxahlıqdır. Hər birimiz dünyada yaxşı əməllərlə iz qoymağa çalışmalıyıq. Dahi Nizaminin dediyi kimi:
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
ƏSAS HİSSƏ
Mən xeyriyyəçi olsaydım, bütün şəhid və qazilərin borclarını silərdim. Onlar vətənə olan borclarını artıqlamasıyla ödəyblər. Əslində , bizlər onlara borcluyuq. Bu gün Qarabağ azad olunubsa, bu gün rahat və firavan yaşaya biliriksə, bu məhz onların sayəsindədir. Maddi dəstəkdən əlavə qazilərimizin işlə təmin olunmasına öz köməklk göstərərdim.
Xeyriyyəçi biri olsaydım, Qarabağda yenidənqurma və bərpa işlərinə dəstək olar, pul yatırardım. Bİr azərbaycanlı kimi bunu özümə vəzifə və borc bilərdim. Burada tarix və mədəniyyət abidələrimizin bərpası, məktəb və yolların yenidən qurulması üçün böyük vəsaitə ehtiyac var.
Bir xeyriyyəçi kimi həm də yetim və kimsəsiz uşaqların təhsil xərclərini ödəyər, onların gələcəkdə yaxşı bir peşə sahibi olması üçün maddi və mənəvi dəstək oladım. Bununla bərabər, maddi durumu aşağı olan gənclərin xaricdə təhsil alması üçün köməklik göstərərdim.
Məncə gənclərə dəstək olmaq, yardım etmək lazımdır. Axı biz gənclər bu ölkənin gələcəyiyik.
Sponsor Linklər
Həmçinin xeyriyyə mərkəzi yaratmaq və könüllü insanların yardımı ilə ehtiyac sahiblərinə maddi dəstək göstərmək istərdim. Bu gün Azərbaycanda bir çox xeyriyyə mərkəzi var ki, onlar ehtiyacı olan insanlar üçün bir ümid, bir işıq olurlar. Burda gənc şagird və tələbələr könüllü olaraq xeyriyyə işlərində yaxından iştirak edirlər.
Bəzi ucqar kəndlərimiz var ki, orda məktəb və yolları yararsız vəziyyətdədir, hətta işıq və qazı belə yoxdu. Xeyriyyəçi olsaydım burda məktəbləri təmir edər, yeni yollar salardım ki, bizim kimi uşaqlar məktəbə rahat gedib yaxşı təhsil ala bilsinlər. Həmçinin işıq və qaz xətti çəkdirərdim. Doğrudur, dövlətimiz zatən hər il bu işləri görür. Ancaq mən də varlı olsaydım, dövlətə və xalqa dəstək olmağa çalışardım.
Bütün bunları etmək istərkən məhz böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi özümə ən böyük örnək, nümunəvi insan bilirəm. Onun dövründə bir çox insan neft və qazın sayəsində milyonçu oldu. Ancaq Tağıyev və Musa Nağıyev kimi xeyriyyəçi insanlar tarixə düşdü, könüllərdə yaşadı.
NƏTİCƏ
Bu dünyada sadəcə əməllərimiz qalır. Nə qədər var-dövlət sahibi olsaq da heç biri o dünyaya aparmırıq. Bİzə qalan yalnız xeyir işlərimiz və əməllərimizdir. Məhz budur insanın əsl sərvəti.
Mən xeyriyyəçi olsaydım haqqında esse
Bənzər mövzular:
- Kiçik yaşda olanlar da xeyirxah işlər görə bilərlər inşa
- İnsan əməlləri ilə yaşayır inşa
- Yaxşılıq Haqqında Sözlər
- Yaxşılıq haqqında atalar sözləri
Axtarış sözləri: mən xeyriyyəçi olsaydım mövzusunda esse yaz,mən xeyriyyəçi olsaydım haqqında esse,mən xeyriyyəçi olsaydım haqqında inşa,xeyriyyeci olsaydim ne ederdim haqqinda insa,men xeyriyyeci olsaydim insa,men xeyriyyeci olsaydim haqqinda insa
Mən sizə çox təşəkkür edirəm ki,bizə belə yaxşı nəsihət verdiniz !❤️🇦🇿
TƏŞƏKKÜRLƏR 💯